“Xalq artistinin xanımı ola-ola nazirin qəbuluna düşə bilmirəm” - ETİRAZ
Bir müddət əvvəl mədəniyyət naziri postuna yeni təyinat oldu. Prezident İlham Əliyevin sərəncamı ilə Adil Kərimli mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilərək, mədəniyyət naziri təyin olundu.
Yeni nazir təyin olunduqdan sonra mərhum Xalq artisti Yaşar Nurinin xanımı Rəhimə Nuriyeva nazirin qəbuluna düşmək üçün müraciət etdi.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Rəhimə xanım hələ də nazirlikdən onunla maraqlanan olmadığını bildirib:
“Yeni mədəniyyət nazirinə müraciət etdim, amma onlardan heç bir xəbər yoxdur. Məni hələ də qəbul etmirlər. Bir dəfə zəng vurub maraqlanmırlar ki, görək sənətkarın xanımı nə istəyir, nə sözü var? Yaşarın “liqot”ları var ki, onlar verilməyib. Bu nə deməkdir?! Xalq artistinin xanımı ola-ola nazirin qəbuluna düşə bilmirəm. Yaşarın o qədər fəxri adları, şöhrət nişanı olub, indi niyə onun ailəsinə belə davranırlar?”
Aktyorun xanımı bildirib ki, qanuni şəkildə Yaşar Nurinin adına küçə verilməli, yaşadığı evin qarşısına lövhə quraşdırılmalıdır:
“Qanuni şəkildə Yaşarın güzəştləri var, adına küçə verilməlidir, yaşadığı evin qarşısına lövhə qoyulmalıdır. Mən bunları yaxşı bilirəm, bunlar hamısı qanuni haqqımızdır. Niyə nazirlik bunların heç birini həyata keçirmir? Belə şey olar? O boyda sənətkarın ruhu qarşısında belə etmək olmaz axı…
Mən niyə qəbula düşə bilmirəm? Həm Mədəniyyət Nazirliyinə, həm Milli Məclisin Mədəniyyət komitəsinə müraciət edirəm, ailəmizlə maraqlanın.
Nə etmək istəyirlər, başa düşə bilmirəm. Artıq mədəniyyət sıfırdır. Hər kəs mədəniyyət sahəsindən gileylənir. Heç kim istədiyi kimi nə səhnəyə çıxa bilir, nə tamaşa oynaya bilir. Elə ancaq intriqalar, davalar. Aktyorlar artıq yaşa dolub, səhhətlərini itirirlər, belə olmaz, hər kəsə vaxtında dəyər vermək lazımdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-05-2023, 12:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər