reklam
Regionxeberlericom.az » Mədəniyyət » Dövlət Teatrının rəhbərinin müqavilə müddəti bitir - Yeni rəhbər kim olacaq?

reklam

Dövlət Teatrının rəhbərinin müqavilə müddəti bitir - Yeni rəhbər kim olacaq?


Mingəçevir Dövlət Dram Teatrının direktoru İntiqam Soltanın teatrla müqavilə müddəti başa çatır.

Məlumata görə, hələlik onunla bağlanmış müqavilə nazirlik tərəfindən yenilənməyib.

Bəs İntiqam Soltanı kim əvəz edəcək? O teatrda işinə davam edəcəkmi?

Regionxeberlericom.az bildirir ki, Lent.az-ın bu suallarına cavab verən  direktor bildirib ki, o hələlik Mingəçevir teatrında işinə davam edir və hazırda ordadır.

“Müqavilə müddətim bu ay başa çatır. Dövlət harada münasib bilsə, xidmətimə orda davam etməyə hazıram. Teatr varsa, mənim üçün həyat var”- deyə İntiqam Soltan bildirib.

Teatra kimin rəhbərlik edəcəyinə dair sualın isə hələlik cavabı yoxdur.




Paylaş:


Müəllif : Tarix:
10-05-2023, 13:12
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər