reklam
Regionxeberlericom.az » Mədəniyyət » Müğənnilər əlbir olub meşə salırlar - Yeni trend

reklam

Müğənnilər əlbir olub meşə salırlar - Yeni trend

 Son günlər meşə yanğınlarının cənginə keçən Türkiyədə reper Norm Endər başlatdığı trendlə gündəmə gəlib.
  “Təbiət bizə yox, biz təbiətə möhtacıq” – yazan reper, Eroziyaya qarşı mübarizə, meşələrin salınması və təbii sərvətlərin qorunması fonduna (TEMA) 500 ağac bağışlayıb.
Onun ardınca digər türkiyəli məşhurlar da oxşar addım atıblar. Trend halına gələn yardım kampaniyasına müğənni Hadisə, Yusuf Aktaş (Reynmen) da qoşulublar. Hadisə 1000 ağac bağışlayıb.
Qeyd edək ki, bir neçə gündür davam edən meşə yanğınlarıTürkiyənin Antalya və İzmir vilayətlərində qeydə alınıb. 53 saat davam edən yanğın zamanı 500 hektarlıq meşə sahəsi məhv olub.
 


Paylaş:


Müəllif : Tarix:
23-08-2019, 13:12
Sikayət   


loading...
Загрузка...