reklam
Regionxeberlericom.az » Mədəniyyət » “Mədəniyyət Nazirliyi enkaz altında olan Azərbaycanın teatrını təmizləməlidir” - ÇAĞIRIŞ

reklam

“Mədəniyyət Nazirliyi enkaz altında olan Azərbaycanın teatrını təmizləməlidir” - ÇAĞIRIŞ


“Bu dəfə Bakıya gəlməyimin səbəbi aktrisa Dilarə Əliyeva oldu. Dilarə xanım məni ARB kanalında yayımlanan “Söhbət var” verilişinə dəvət etdi. Dedi ki, Cahangir müəllim, nə vaxt gələ bilirsinizsə, biletinizi alıram, verilişə gəlin. Sağ olsun, bu sənətkara qiymətdir. Ədəb budur. Mən onsuz da Azərbaycan Diaspora Komitəsinin yubileyi üçün Bakıya gələcəkdim. Gəldim, diasporanın katibi ilə də görüşdüm. Bakıya gəlmişkən Mədəniyyət Naziri ilə də görüşüb, söhbət etdim. Onunla görüş məndə xoş təəssüratlar yaratdı”

Regionxeberlericom.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov deyib.

Sənətkar Azərbaycan teatrının, ümumiyyətlə mədəniyyətinin inkişafına mane olan nüansları da sadalayıb.

“Mən bundan əvvəlki Mədəniyyət naziri ilə də görüşmüşdüm. Hər kəs mənim xasiyyətimi bilir. İndiyə qədər heç kimə boş söz deməmişəm. Mənim üçün yaxşı olsun deyə də, heç kimə xoş söz demərəm. Sözü deyərəm, ağıllı adam qəbul edər, altında əzilən adam düşmən kəsilərmi, nə olarmı özü bilər. Sözün düzünü deyən adamdan qorxmaq lazım deyil. O adam arxadan bıçaqla vurmaz. Nazirlə Azərbaycan teatrı haqda da söhbətlərimiz oldu. Mən inanıram ki, Azərbaycan mədəniyyətinin, ələxsus da teatrının dirçəlişi üçün doğru qərarlar verilir. Uzun illər ərzində Azərbaycan teatrı yalnış mədəniyyət siyasəti ilə, işdən xəbəri olmayan adamların əlində olub. İndiki nazirin üstündə böyük yük var. Azərbaycan mədəniyyəti əgər doğru əllərə keçərsə, onun bir ay, bir il içində düzələcəyini düşünməyin. Elə bir vəziyyətə gəlib ki, uçmuş evin qalıqlarını yığıb, yerini təmizləyib, yenidən bina tikmək lazımdır. Bu saat Mədəniyyət Nazirliyi enkaz altında olan Azərbaycanın teatrını təmizləməlidir. Qurulacaq evlər, əkiləcək bağçalar, onun meyvəsi uzundur. Əkiblər yemişik, əkirik yesinlər. Mədəniyyət hər bir xalqın gələcəyinə yol açan önəmli varidatdır” deyə sənətkar bildirib.

Sənətkar illər öncə çəkildiyi “Ordan-Burdan” televiziya tamaşası haqda da danışıb.

“Bu rolu məndən öncə rəhmətlik sənətkarımız Səyavuş Aslan oynayacaqdı. Hətta 6 ay Salman bəy rolunu məşq etmişdi. Bəlkə də o çəkilsəydi, şübhəsiz bundan da gözəl olardı. Ramiz Həsənoğlu onunla hətta bir epizod da çəkmişdi. Qəfildən xəstələndi, böyrəyində problemlər çıxdı. Dekabr ayının 10-u idi, vaxt azalırdı, yanvarın 1-də efirə getməli idi. O vaxt Şəki Dövlət Dram teatrında baş rejissor işləyirdim. Ramiz Həsənoğlu xəbər tutub ki, Bakıdayam, gəlib evdə mənimlə görüşüb, bütün əsəri mənə oxudu. Nəsibə xanım da gözəl bir çay süfrəsi açmışdı. Senarini mənə verib dedi ki, sabah çəkilişdir. 6 günün içində çəkildim” deyə sənətkar bildirib.





Paylaş:


Müəllif : Tarix:
12-07-2023, 17:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər