reklam
Regionxeberlericom.az » Mədəniyyət » Məşhur aktyor Atatürkə çox bənzədildi - Özü də inanmadı

reklam

Məşhur aktyor Atatürkə çox bənzədildi - Özü də inanmadı

Levent Onanın quruluş verdiyi “Son akşam yemeyi” bədii filmində  Atatürk rolunu ifa edən Onur Tunanın  Mustafa Kemal Paşaya bənzərliyi görənləri heyrətə gətirib.

Lent.az-ın xəbərinə görə, hətta Onur Tuna özü belə bu bənzərliyə inana bilmədiyini söyləyib.

“Makiyaj və saçımda edilən bəzi dəyişikliklərdən sonra ona nə qədər bənzədiyimi  görəndə tüklərim tikan-tikan oldu. Özümü Atatürk olaraq görəndə nə güzgüyə, nə gözlərimə inanmadım. Biz hamımız Atatürkün gəncləri olaraq böyümüşük. Mən bu rolu qorxaraq ifa etdim. Çünki böyük məsuliyyət idi. Lakin güzgüdə mənə baxan mən deyildim, Atatürk idi, o mənə inam verdi. Bu rol bir aktyor olaraq mənim üçün böyük şərəfdir”,- deyə aktyor bildirib.

Filmin fraqmentləri yayımlandıqdan sonra məşhur aktyorun bənzərliyi görən hər kəsi heyrətləndirib.

Qrim ustası Derya Ergün isə bildirib ki, Atatürkün 1923-cü ildə çəkilmiş şəkillərini xeyli analiz etdikdən sonra işə başlayıb.

“Plastik makiyaj etmədik. Bu mimikaları öldürür. Onur Tunanın üz cizgiləri bizə çox kömək etdi. Baxışlarındakı təbii işıltı Atamızın gözlərində də var idi. Atatürkün saçları nazik olduğu üçün insan saçlarından xüsusi parik hazırladıq. Hər çəkilişdən öncə makiyaj və qrim tam 4 saat vaxtımızı aldı”,- deyə  qrim ustası bildirib.

Qeyd edək ki, “Son akşam yemeyi” filmi 27 oktyabrda türkiyə kinoteatrlarında  nümayi etdiriləcək.




Paylaş:


Müəllif : Tarix:
26-09-2023, 14:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər