“Kinostudiyanın maddi-texniki bazası yenilənməsə...” - Xalq artistindən SOS SİQNALI
“Kino Azərbaycanı dünyada tanıtmaq üçün çox mühüm təbliğat və təsir vasitəsidir”.
Bu fikirləri milli kinomuzun düşdüyü böhran vəziyyətindən çıxış yolları haqda danışan Xalq artisti Xalidə Quliyeva Yenicag.az-a açıqlamasında deyib.
Aktrisa Azərbaycan kinosunu dünya miqyasına çıxarmaq üçün tarixi filmlərin çəkilməsinə ehtiyac olduğunu vurğulayıb:
“Birmənalı olaraq demək istəyirəm ki, kino ilk növbədə sənətdir. Xalqımızın, millətimizin, coğrafiyamızın güzgüsüdür. Kino Azərbaycanı dünyada tanıtmaq üçün çox mühüm təbliğat və təsir vasitəsidir.
Bu səbəbdən də kino sənətimizin ocağı, məbədi olan Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazası yenilənməlidir. Bütün istedadlı gəncləri bir araya gətirmək, fəaliyyəti gücləndirmək lazımdır. Kino sənətimiz dövlət siyasətinə çevrilməlidir.
“Azərbaycanfilm” kinostudiyasının vaxtilə çox böyük fəaliyyət dövrü olub. Ulu öndər Heydər Əliyevin dönəmində kinomuz qızıl dövrünü yaşayıb, o illərdə milli kinomuzun ən gözəl inciləri yarandı.
Qarşımızda belə gözəl nümunə var. Bu gün o nümunədən istifadə olunmalıdır. Tarixi filmlər çəkilməlidir. Qarabağ savaşında qəhrəmanlıq göstərən cəsur oğullarımız, eləcə də 1990-cı ildən üzü bu yana torpaq uğrunda canını fəda edən xanım şəhidlərimizin həyatı ekranlaşdırılmalıdır. Belə filmlər çəkərək onları dünya arenasına çıxarmalıyıq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-10-2023, 13:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər