Röya 46 min manatlıq aksessuarı ilə həmkarlarını kölgədə qoydu - FOTO
Oxuyub, oynamaqları ilə gündəm yaradan şou əhli yenə də bahalı, dəbdəbəli geyim və aksessuarları ilə sosial şəbəkədə müzakirə mövzusuna çevrilib. Geyim-keçimə çamadanlarla pul xərcləyən ulduzların geyindiyi libaslar, taxdıqları aksessuarlar izləyicilərin marağına səbəb olub.
Instagramda populyarlıq qazanan “Kim haradan geyinir?” səhifəsinə istinadən ulduzların geyimlərinin markalarını və qiymətlərini təqdim edirik.
Üzərində sərvət gəzdirən Əməkdar artist Röya Ayxan geyindiyi libasları və taxdığı aksessuarları ilə diqqət mərkəzindədir. Röya sinəsini yenə də “Cartier” brendinə məxsus dəyəri 46410 manatlıq boyunbağı ilə bəzəyib.
Native Video by Adributor
Geyindiyi sinə dekolteli, dərin yırtmaclı üzəri xırda gül printləri ilə bəzədilmiş açıq çəhrayı rəngli libasın müəllifi azərbaycanlı dizayner Höküməyə məxsusdur. Donun qiyməti 525 manatdır. Geyim kombininə daxil edilən dəyəri 1521 manatlıq botlar isə “Gianvito Rossi” brendindəndir.
Şəxsi lüks avtomobilində görüntülənən Röyanın növbəti geyim kombini isə idman tərzində olub. “Gucci” brendinə məxsus idman üslublu ayaqqablarının qiyməti 1666 manat, dəyəri 4692 manat olan çanta isə “Louis Vuitton”dandır.
Əməkdar artistin digər geyimi də izləyicilər tərəfindən maraqla qarşılanıb. Röya əyninə qiyməti 300 manata olan “Emiland”a məxsus ağ rəngli bluz geyinib. Bluzu sənətçi dəyəri 4581 manatlıq uzun mavi rəngli “Versage” brendinə məxsus çəkmələrlə uyğunlaşdırıb. Aksessuarlarına gəlincə isə müğənni “Chanel” brendinin 7310 manatlıq çantasından istifadə edib.
Xalq artisti Aygün Kazımovanın məclislərin birində taxdığı aksessuar onu diqqət mərkəzinə salıb. Hər zaman dəb diktə edən pop divanın bu dəfəki seçimi “Lakobukia & Natia Khutsishvili”yə məxsus dəyəri 255 manatlıq ilan formalı sırğalar olub .
Dondan dona girən, fərqli imici ilə zövq oxşayan müğənni Günay İbrahimlinin geyimləri izləyicilər tərəfindən maraqla qarşılanır. Bu dəfəki idman üslubu sənətçinin obrazına şıklıq qatıb. İbrahimli ayağına “Moschino” brendinə məxsus qiyməti 457 manat olan üzəri ürək printi ilə bəzədilmiş ayaqqabı geyinib. Günayın aksessuarına gəlincə isə götürdüyü dəyəri 595 manatlıq qara çanta “Marc Jacobs” brendinə məxsusdur.
Günay qatıldığı konsert məkanlarının birinə fərqli və şık geyim obrazı ilə göz qamaşdırıb. Sənətçi boyun və kürək hissəsi qızılı tonlarda olan qolu açıq qara libasa üstünlük verib. “Karen Millen” brendinə aid olan donun qiyməti 331 manatdır. Əlinə götürdüyü qara üzəri qızılı tonlarda ilan formalı dizayn edilmiş dəyəri 337 manatlıq çanta “Elisabetta Franchi”yə məxsusdur.
Xanəndə Gülay Zeynallı da geyim seçiminə diqqətlə yanaşan məşhurlardandır. Məclislərin birinə geyindiyi uzun ağ rəngli ətək hissəsi büzməli donun qiyməti 62 manatdır. Gülay geyim dəstini üzəri ingilis sözləri ilə bəzəyən burnu açıq dəyəri 1521 manatlıq “Jimmy Choo” brendinə məxsus ayaqqabı ilə tamamlayıb.
Zeynallının digər seçdiyi libas isə “Three floor” brendinin 965 manatlıq uzun qara dondur.
Müğənni Roza Zərgərli həmkarlarından fərqli olaraq “massmarket” sayılan “Zara” brendindən yararlanıb. Sənətçi dəyəri 79 manatlıq boğazlı ağ uzun qoldan çiyin hissələrinə doğru uzanan qara zolaqlı dondan istifadə edib.
Şou biznesin əkizləri Sevil və Sevinc Səfərova bacılarının seçimi uzun çəhrayı rəngli üzəri hərf printləri bəzədilmiş 470 manatlıq don olub.
Geyindikləri digər füruzəyi rəngdə sinə dekolteli qolu açıq libaslarının qiyməti 470 manatdır. Hər iki donun internet üzərindən sifariş olunduğu bildirilib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:21-03-2019, 23:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:21-03-2019, 23:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti