reklam
Regionxeberlericom.az » Sosial » Vətəndaş «Ata Sığorta»dan NARAZIDIR - QALMAQAL

reklam

Vətəndaş «Ata Sığorta»dan NARAZIDIR - QALMAQAL


İsmayıllı sakini Aydın Əliyev aparıcı sığorta şirkətlərindən biri olan «Ata Sığorta»nı sığorta hadisəsinə görə ödəniş etməməkdə ittiham edib.

regionxeberlericom.az FED.az-a istinadən xəbər verir ki, vətəndaşın iddiasına görə, şirkət daşınmaz əmlakın icbari sığortası üzrə baş verən hadisəyə ilə bağlı ödənişi ləngidir.

A.Əliyev bildirib ki, 05.01.2018-ci il tarixində «Ata Sığorta» ASC ilə «İcbari sığortalar haqqında» qanuna əsasən BA seriyalı, 633639 №-li icbari sığorta müqaviləsi (şəhadətnamə verilmək yolu ilə) bağlanılıb. Müqavilə şərtlərinə əsasən A.Əliyevin istifadə etdiyi İsmayıllı rayonu, Tircan kəndi ünvanında yerləşən daşınmaz əmlaka 15 000 manat məbləğində sığorta təminatı verilib.

Sığorta müqaviləsi qüvvədə olan tarixdə İsmayıllı rayonu ərazisində təbii fəlakət, yəni leysan yağışları və bununla bağlı yer sürüşməsi hadisəsi baş verib. Baş vermiş hadisə səlahiyyətli dövlət qurumları tərəfindən təsdiq edilib.

Təbii fəlakət hadisəsi ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsə tikinti üzrə 25 min manat məbləğində zərər dəyib.

Lakin vətəndaşın iddiasına görə, «Ata Sığorta» üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməyərək sığortalıya sığorta ödənişini verməyib.

«Atasığorta» ASC-də isə bu ittihamları əsasız sayırlar. Şirkətdən FED.az-a bildirilib ki, hadisə baş verəndə vətəndaş ərizə ilə sığorta şirkətinə müraciət etməldir. Bu müraciətə baxılır, məsələ araşdırılır və buna grə müştəriyə ödəniş verilməsi barədə qərar qəbul edilir: «Qanunvericiliyə əsasən, müştəri sığorta tələbi ilə bağlı şirkətə müraciət etməlidir. Həmin müraciət mövcud deyil. Şəxs bizə ərizə ilə bağlı sığorta tələbi ilə bağlı müraciət etməyib. Bundan başqa, «İcbari sığortalar haqqında» qanunun 17-ci maddəsində tələb olunan sənədlərin siyahısı var. Həmin sənədlər bizə təqdim edildikdən sonra biz orda nəzərdə tutulmuş müddətdə ya ödəniş etməliyik, ya da imtina verməliyik. Həmin sənədlər də bugünədək «Ata Sığorta»ya təqdim edilməyib».

Şirkətdən bildirilir ki, sığorta şirkətinin nümayəndələri həmin şəxsin özü ilə də əlaqə saxlayıb: «Müştəri dedi ki, lazımı sənədləri təqdim edəcək» -deyə “Ata Sığorta”nın açıqlamasında bildirilir.


Paylaş:


Müəllif : Tarix:
23-09-2019, 13:57
Sikayət   


loading...
Загрузка...