Şəkidə hər an FACİƏ baş verə bilər... - Əgər...
Düz 6 ay əvvəl Bakının Nizami rayonunda yerləşən "Diqlas” Ticarət Mərkəzindəki yanğın bir daha binaların tezalışan üzlüklərlə üzlənməsi məsələsini gündəmə gətirib.
2015-ci ilin mayında Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş dəhşətli yanğın hadisəsində böyük itkilərin olması da məhz hündürmərtəbəli binanın tezalışan – poliuretan adlı materialla üzlənməsi ilə əlaqələndirilmişdi. İstintaqın gəldiyi, sonradan məhkəmə hökmü ilə bərkidilən qənaətə görə binanın üzlüyü tezalışan kimyəvi birləşmələrdən ibarət olub və yanarkən zəhərli qazlar ayrılıb. Binanın üzlük materialında başlayan yanğın bir anının içində böyük bir ərazini əhatə edib, sakinlərin bir hissəsi binadan çıxmağa imkan tapmayıblar.
2015-ci il mayın 19-da baş verən məşum yanğından 1 gün sonra prezident İlham Əliyev hadisə yerində olub, binaya baxış zamanı hadisənin səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsini tapşırmışdı. Daha sonra baş verən yanğınla əlaqədar prezidentin rəhbərliyi ilə iclası keçirilib.
Həmin iclasda İlham Əliyev Xətai rayonunda da oxşar hadisənin baş verdiyini vurğulayaraq demişdi ki, ilkin versiya ondan ibarətdir ki, təmirdə istifadə olunan üzlük materialları keyfiyyətsiz olub və odadavamlı materiallar deyil.
Prezidentin sözlərindən sitat: "Mən Bakıda aparılan təmirlə bağlı dəfələrlə məsələ qaldırdım ki, ilk növbədə, təmir keyfiyyətlə aparılmalıdır və təhlükəli maddələrdən istifadə olunmamalıdır. Müvafiq dövlət qurumlarının nümayəndələri məni də dəfələrlə inandırırdılar ki, istifadə olunan bütün materiallar keyfiyyətlidir və odadavamlıdır. Ancaq hadisə onu göstərir ki, bu, yalan məlumatdır. Bu məsələ də araşdırılmalıdır ki, bu binaların təmirində istifadə olunan materiallar harada istehsal edilib, və ya haradan idxal olunub! Onlara kim sertifikat verib? Hansı ekspertizadan keçib? Əgər ekspertizadan keçibsə, o rəyi kim verib? Əgər ekspertizadan keçməyibsə, deməli, bu binalar qanunsuz şəkildə təmir olunub. Yəni bütün bu məsələlər ciddi şəkildə araşdırılmalıdır. Artıq müvafiq göstərişlər verilib. Mənə verilən məlumatlar hələ ki məni qane etmir. Çünki görürəm ki, burada bəzi qurumlar bu məsuliyyəti bir-birinin üstünə atmaq istəyirlər. Ona görə hüquq mühafizə orqanları, ilk növbədə, prokurorluq məsələni ciddi araşdırmalıdır və konkret nəticə hasil edilməlidir ki, günahkarlar kimlərdir”.
Həmin iclasda prezident tezalışan materiallarla üzlənmiş bütün binalardan həmin üzlüklərin sökülməsini tapşırmışdı.
"O materiallar təhlil edilməlidir, əgər orada təhlükə varsa, odadavamlı deyilsə, dərhal bütün binaların üzlükləri sökülməlidir. Dərhal! Bunu tez bir zamanda etmək olar. Bir həftə, maksimum iki həftə ərzində bütün binaların fasad üzlükləri sökülməlidir” – deyə, prezident vurğulamışdı.
Həmin iclasda iştirak edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov təkcə Bakıda bu qəbildən olan 263 binanın olduğunu, onların üzlüyünün söküləcəyini demişdi.
Maraqlıdır ki, 2015-ci ildəki məşum olaydan 3 il 10 ay sonra Bakının Nizami rayonunda "Diqlas” Ticarət Mərkəzi az bir müddətdə alışıb kül oldu. Olaydan sonra yenə də məlum oldu ki, binanın kibrit çöpü kimi bir anının içində yanıb külə dönməsinin səbəbi üzlük materialdır. Bu dəfə isə adı poliureta deyil, alkapondur. 2015-ci ilin mayında faciəvi sonluqla başa çatan yanğından sonra Bakıdavə digər şəhərlərdə dövlət hesabına binaların tezalışan üzlükləri dəyişdirilib. Bu haqda rəsmi olaraq ölkə rəhbərliyinə də məlumat verilib.
Bəs Şəki şəhərindəki M.Ə.Rəsulzadə küçəsi 168-də yerləşən G.Hacıyev adına Mərkəzi Xəstəxananın əsas korpusu niyə diqqətdən kənar qalıb? Xatırladaq ki, həmin binanın fasad hissəində rekonstruksiya işlərinin görülməsi "Tikinti Materialları Kombinatı” ASC tərəfindən 2012-ci ildə həyata keçirilmişdir. Bu işlərin həyata keçirilməsi dövlətə 413.265 manata başa gəlmişdir. Apardığımız araşdırmalar nəticəsində məlum olmuşdur ki, binanın fasad hissəsinin 20 faizi aqlay təbii daş üzlükdən, qalan 80 faizi isə tezalışan poliuretan maddəsindən istifadə edilməklə üzlənmişdir.
Doğrudur, 2015-ci il 19 may faciəsindən sonra Şəki sakinləri yerli mətbuatda da dövlətin strateji obyekti sayılan xəsəxana binası fasadının da prezidentin tapşırığına uyğun olaraq dərhal sökülməsi məsləsini dəfəlrlə qaldırsalar da, hələlik aidiyyatı rəhbərlər tərəfindən heç bir ölçü götürülməmişdir. Sakinlər haqlı olaraq qeyd edirlər ki, " Allah eləməsin, xəstəxanada yanğın baş verərsə, çarpayılarda yatan xəstələrin heç biri qaçıb canını qurtara bilməyəcək”. Çünki, Bakının azadlıq prospektindəki binanın yanğını zamanı sağlam vətəndaşlarımız canlarını qaçıb qurtara bilməmişdilər, qaldı xəstələr.
Bir daha xatırladırıq ki, yanğın hadisəsilə bağlı keçirdiyi iclasda prezident tezalışan materiallarla üzlənmiş bütün binalardan həmin üzlüklərin sökülməsini tapşırmışdı. "Hüquq mühafizə orqanları, ilk növbədə, prokurorluq məsələni ciddi araşdırmalıdır və konkret nəticə hasil edilməlidir ki, günahkarlar kimlərdir”.
Qeyd edək ki, tezalışan maddəilə üzlənmiş Şəki rayon xəstəxanasının əvvəlki binası Şəki rayon Prokurorluğunun 184, Polis Şöbəsinin isə 210 metrliyində yerləşir.
Qaldı ki, digər tezalışan alkaponla üzlənmiş, potensial yanğın mənbələri ola biləcək binaların məsələsinə, yenə də qeyd etmək yerinə düşərdi ki, 2011-ci ildə istifadəyə verilmiş Şəki Rayon Mərkəzi Xəstəxanasının yeni korpusunun alkopondan üzlənmiş materialdan olması da real təhlükə mənbəyidir. Hesab edirik ki, nə qədər ki, ikinci "Diqlas” faciəsi baş verməyib tezliklə həmin binanın üzlükləri yeniləri ilə əvəzlənməlidir. Əks halda, bizlər bir daha acı yanğın xəbərlərinə şahidlik edə bilərik. //DOSYE.ORG
Paylaş:
Müəllif : Yazar
Tarix:24-09-2019, 09:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-09-2019, 09:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16