reklam
Regionxeberlericom.az » Sosial » Qanunsuzluqla üzləşən məcburi köçkün Prezidentdən kömək istəyir-ŞİKAYƏT

reklam

Qanunsuzluqla üzləşən məcburi köçkün Prezidentdən kömək istəyir-ŞİKAYƏT















RegionXəbərləricom.az-ın elektron poçtuna Şəki rayon Çələbixan qəsəbəsi ev  42 ünvanında yaşayan Məmmədov Qaçay Mürşüd  oğlu tərəfindən daxil olan şikayətdə deyilir;

"Mən dəfələrlə Sizə və  yuxarı orqanlara, hətta Laçın rayon İcra Hakimiyyətinə  şikayətlər etsəm də, heç bir şikayətimə baxılmır. 

Biz ailədə  3 nəfərik, dolanışığımız ancaq  dövlət verən  120 manat çörək pulundan ibarətdir. Çox acınacaqlı vəziyyətdə yaşayırıq. Yaşadığım Şəki rayonunun Yeni Çələbixan  qəsəbəsində mədəniyyət  evi var, ancaq ona mədəniyyət evi demək olmaz. Çünki  bərbad  vəziyyətdədir. Heç bir işçisi yoxdur. İşçilərin hərəsi bir şəhər – yarısı Bakıda, yarısı Mingəçevirdə olur. Evdə oturub kartlarını alıb,  dövlətin pulunu yeyirlər.  Bu isə açıq-aşkar özbaşınalıqdır.

Xahiş edirəm  ki, icra nümayəndəsi  və dövlət qurumları heç  kimin xəbəri olmadan həmin klubda yoxlama aparsınlar. Qəsəbəmizdə mənim də hər hansı bir işlə təmin edilməyimə köməklik göstərəsiniz.  Özüm qəsəbəmizdə iş istəsəm də, vermirlər. 

Onu da bildirim  ki, dəfələrlə Şəki rayon Məşğulluq İdarəsinə işlə bağlı müraciət etmişəm. Lakin hər dəfə yalan vədlər verirlər. Xahiş edirəm mənim hər hansı dövlət idarəsində  daimi işlə təmin olunmağıma  köməklik göstərəsiniz. 

Cənab Prezident!

Sizdən  artıq dərəcədə xahiş edirəm tez bir zamanda mənə köməklik göstərəsiniz və dövlətimizi və insanlarımızı  aldadan məmurlar barəsində ciddi tədbir görəsiniz.   

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...

RegionXəbərləricom.az 






Paylaş:


Müəllif : Tarix:
24-06-2024, 18:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər