Rəfael Cəbrayılovun aqibəti necə olacaq? - GƏLİŞMƏ
Deputat, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılovla bağlı son günlərdə yaranan qalmaqal səngimək bilmir. Ailəvi dost olduğu Fətəliyeva Təranə Rasim qızından ev tikmək üçün 300 min dollar borc alan və bunun müqabilində deputat vəsiqəsini girov qoyan deputatla bağlı hər keçən gün yeni-yeni faktlar üzə çıxır.
2015-ci ilin sentyabrında aldığı borcu qaytarmadığına görə R.Cəbrayılov artıq məhkəməyə verilib. Onunla bağlı daha bir fakt ortaya çıxıb. Məlum olub ki, R.Cəbrayılov Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəlliməsi Xatirə Nəcəfovadan da 300 min dollar borc alıb. Bu məbləğ ona ev almaq üçün verilib. Bununla əlaqədar X.Nəcəfova “Yeni Sabah”a müraciət edib.
“Binəqədidə ”Gənclər şəhərciyi"ndə ev almaq, həmçinin biznes qurmaq üçün Rafael Cəbrayılova 300 min dollar vermişik. Notariat kontorunda aramızda borc müqaviləsi bağlanıb. Bundan əlavə, o, deputat vəsiqəsini girov qoyub. Üzərindən 5 il keçməsinə baxmayaraq, hələ də pul qaytarılmayıb. Dəfələrlə müraciət etmişik, evinə getmişik, amma nəticəsi yoxdur. Hər dəfə bir vəd verir. Biz bu cür oyuna düşəcəyimizi təsəvvür belə etmirdik. Düşünürdüm ki, 3 oğlum var, evləri olar. İndi nə ev var, nə də pul. Olanımızı vermişik, Rafael Cəbrayılova", - deyə BDU-nun müəlliməsi bildirib.
Şikayətçi əlavə edib ki, məsələ ilə bağlı yüksək vəzifəli şəxslərə və bir sıra qurumlara müraciət edib: “Konkret olaraq baş nazir cənab Novruz Məmmədova müraciət etmişəm. Sağ olsun, məni dinlədi, baş verənlərdən xəbərdar oldu. Problemin həll olunması üçün Milli Məclisin sədri Oqtay Əsədovla danışdı. Daha sonra Baş Prokurorluqdan mənimlə əlaqə saxladılar. Əlaqə saxlayan baş prokurorun köməkçisi Toğrul müəllim idi. Dedi ki, artıq bizə tapşırıq verilib. Novruz Məmmədov, prezidentin köməkçisi Fuad Ələsgərov bu işə qarışıb. Mən özüm də vitse-spiker Ziyafət Əsgərovla kolleqayam. Bir fakültədə işləyirik. Şəxsən qəbulunda olmuşam. Sağ olsunlar, hamısı bu işə qarışıb”.
X.Nəcəfova sonda bildirib ki, R.Cəbrayılovun ona borclu olması barədə notariusla təsdiq olunmuş borc müqaviləsindən başqa video sübutlar da var.
Artıq deputatın cəzalandırılacağı yönündə xəbərlər yayılmağa başlayıb. Milli Məclisin imicinə müəyyən dərəcədə xələl gətirdiyi üçün hökumətin qanunla onu ən sərt formada cəzalandıracağı, hətta deputat mandatının əlindən alına biləcəyi deyilir.
Məsələyə MM-in İntizam Komissiyasının sədri Ağacan Abıyev münasibət bildirib. O, demokrat.az-a açıqlamasında deyib ki, hazırda deputatlar məzuniyyətdədir: “Yəqin ki, Rafael Cəbrayılovun deputat vəsiqəsini girov qoyması ilə bağlı məsələni məzuniyyətdən qayıdandan sonra müzakirə edəcəyik. Ancaq bununla bağlı əvvəlcə Milli Məclis rəhbərliyi ilə müzakirə aparılmalıdır. Bundan sonra İntizam Komissiyasının müvafiq qərarı olacaq. Gəlin, hələ tələsməyək. Məzuniyyət bitsin, millət vəkilləri bir araya gəlsin ki, yığılıb müzakirə apara bilək”.
A.Abıyev R.Cəbrayılovun deputat vəsiqəsini girov qoymasının səhv addım olduğunu söyləyib:
“Əgər Rafael Cəbrayılov belə bir hərəkət edibsə, bu, çox səhv addımdır. Girov qoymaq üçün başqa sənədlər var. Şəxsiyyət vəsiqəsi, pasportu girov qoya bilərsən, amma deputat vəsiqəsini girov qoymaq olmaz”.
“Rafael Cəbrayılovla bağlı məsələni mətbuatdan oxudum. Bunun nə dərəcədə doğru olduğunu deyə bilmərəm. Ancaq onunla bağlı konkret fakt olarsa, hansısa hüquq-mühafizə orqanlarından sənədlərlə, dəlillərlə müraciət edilərsə, hətta müddəti bitmiş olan vəsiqədən istifadə halları təsdiqlənərsə İntizam Komissiyası bu məsələyə mütləq baxacaq və adekvat olaraq reaksiya veriləcək”.
Bu fikirləri isə modern.az-a MM-in İntizam Komissiyasının katibi Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı məsələnin mənəvi tərəfi barədə də danışıb: “Deputat mandatı 40 mindən çox seçicinin etimadı, xalqın adından danışmaq, xalqı təmsil etmək hüququ deməkdir. Xalqın təmsilçisi olmaqdan şərəfli bir şey yoxdur. Ola bilər ki, I, II çağırış, ya da digər çağırışın deputatı olasan. O dövr bitsə də, o vəsiqə sənin üçün çox qiymətlidir. Bu, məsələnin mənəvi tərəfidir”.
Məsələnin hüquqi tərəfindən danışan xanım parlamentari qeyd edib ki, şəxs növbəti dəfə deputat seçilmirsə, onun deputatlıq mandatına xitam verilir və deputatlıq vəsiqəsi heç bir işə yaramır: “İnanmağım gəlmir ki, bir millət vəkili mənəvi cəhətdən qiymətli olan vəsiqəni nəyəsə qarşılıq olaraq girov qoysun. Onun qarşılığı yoxdur. Bəzi şeylər var ki, onları girov qoymaq olmaz”.
Vəhdət Partiyasının sədri, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli modern.az-a açıqlamasında bildirib ki, seçicinin etimadını girov qoymaq olmaz: “Ümumiyyətlə, deputat vəsiqəsini girov qoymaq olmaz. Vəsiqə maddi əhəmiyyət daşımır ki, onu girov qoyasan. Nəinki deputat vəsiqəsini, hər hansı bir görəv vəsiqəsini girov qoymaq olmaz. Bununla bağlı cinayət məsuliyyəti olmasa da, şəxs çox ciddi tənbeh oluna bilər. Çünki deputat vəsiqəsi səni seçən seçicinin etimadıdır. Məsələn, 40 min seçicinin etimadını necə girov qoymaq olar?! Bu qətiyyən doğru deyil”.
Qeyd edək ki, R.Cəbrayılov haqqında məlumat yayılan ilk günlərdə məsələyə münasibət bildirərkən hadisənin mahiyyətindən danışmaq əvəzinə bu haqda yazan saytları qınamışdı.
Deputat borcları, hazırkı məhkəmə çəkişmələri və deputat vəsiqəsinin girov qoyulması ilə bağlı suallara cavab verməkdən imtina edib.
“Yeni Müsavat” olaraq dəfələrlə deputata zəng etməyimizə baxmayaraq, telefonumuzu açmadı.
Deputat Fazil Mustafa “Yeni Müsavat”a dedi ki, hər hansı bir şəkildə deputat vəsiqəsinin kiməsə verilməsi, yaxud girov götürülməsi qanunauyğun addım deyil: “Amma qanunda da bununla bağlı xüsusi olaraq, qadağanedici forma yoxdur. Burada həm də indiki mandatdan söhbət getmir. Vaxtında məsələ ilə bağlı müraciət olunmalı idi. Çünki ötən çağırışın mandat vəsiqəsindən söhbət gedir. Bir az mürəkkəb məsələdir. Məsələni araşdırmaq lazımdır. Hər halda, məsələnin mənəvi tərəfi əsas götürülür. Deputat vəsiqəsinin hər hansı bir şəkildə girov qoyulması mənəvi cəhətdən doğru deyil. Qanunverici orqan belə məsələlərdə gözdən düşmür. Ona görə ki, hər bir deputatın fəaliyyəti özünə bağlı olan məsələdir. Qanunverici orqan bununla bağlı müəyyən tədbirlər görməlidir. Ona görə bu məsələ bir az mürəkkəbdir. Məsuliyyət fərdidir. Qanunverici orqanı burada günahlandırmaq doğru deyil. Məsələn, Türkiyə parlamentində bir PKK terrorçusu da var. O seçilir və onun fəaliyyətini bütövlükdə qanunverici orqana necə aid etmək olar? Hər şeyi qanunverici orqanın adına yazmaq doğru deyil. Burada, sadəcə, fərdi, mənəvi məsuliyyətdən söhbət gedir. Bu baxımdan məsələni parlamentə şamil etmək doğru deyil. İndidən İntizam Komissiyasının məsələyə baxıb, hansı cəzanı tətbiq edəcəyini söyləyə bilmərəm”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:24-09-2019, 09:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-09-2019, 09:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09