reklam
Regionxeberlericom.az » Sosial » "O gündən 3 il keçməsinə baxmayaraq..." - GİLEY

reklam

"O gündən 3 il keçməsinə baxmayaraq..." - GİLEY


Bir müddət bundan əvvəl aktualxeber.az saytında “İcra başçısı bir ailənin dağılmasına bais olub”, “İcra başçısının ailə klanı” və “Bacanaqların talan etdiyi rayon” başlıqlı məqalələr dərc edilib. Həmin məqalələrdə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin qanunsuz əməlləri, rayon sakinləri və sahibkarların ondan ölkə başçısı İlham Əliyevə çoxsaylı şikayətlər göndərməsindən bəhs edilmişdi.
Həmin yazılarda oxşar şikayətlə Ağsu şəhəri, Xətai küçəsi, 5 nömrəli evin sakini Oruclu Adil Aydın oğlu və Salyan rayonu, Salyan şəhəri Ə. Quliyev küçəsi ev 1 mənzil 61-də qeydiyyatda olan Mahmudova Fatimə Seyidağa qızının Ənvər Seyidəliyevdən çox ciddi ittihamlarla dolu şikayətlərindən götürdüyümüz faktlar qeyd edilmişdi. Ağsu sakini Müslümovun “çətiri altında” karyerada irəliləyən 21 nəfərdən ibarət qohumlarının siyahısını da redaksiyamıza göndərmişdi. Biz onların adlarını və vəzifələrini həmin məqalədə göstərmişdik. Növbəti yazımızda isə bacanaqların rayonda qanunsuz olaraq zəbt etdikləri obyektlərin siyahısını dərc etmişdik. Bu günlərdə redaksiyamıza Mahmudova Fatimə Seyidağa qızınınAzərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya ünvanladığı müraciətin bir surəti daxil olubdur.
Müraciəti olduğu kimi veririk: “Yazıb sizə bildirirəm ki, mən 2009-cu ildən jurnalist fəaliyyətiylə məşğul olmuşam. Bir neçə rayonlara ezamiyyətə gedərək məmurlarla görüşüb müsahibələr almışam. 2013-cü ildə Ağsu rayonunun icra başçısı Ənvər Seyidəliyevlə də müsahibə almaq üçün görüşdüm. Sonra Ənvər Seyidəliyev məni ikinci dəfə öz otağına çağıraraq bildirdi ki, Ağsu rayonunda qazıntılar zamanı “köhnə Ağsu” adlı şəhərcik aşkar edilib, onunla bağlı tədbirə sizi dəvət edirəm. Məndə də bir jurnalist kimi, bir Azərbaycan övladı kimi böyük maraq oyandı. Mən Ağsu rayonuna yollandım. Ənvər Seyidəliyev məni öz otağına dəvət etdi. Mən orada başqa bir biabırçılıq və şok yaşadım. Ə. Seyidəliyev mənim üstümə hücüm edərək, hansısa münasibətdə olmaq üçün məni çox pis bir vəziyyətə saldı. Mənim ailəli olduğumu, anamın Qarabağda döyüşlərin könüllü iştirakçısı olduğunu və bir körpəm olduğunu bildiyi halda, öz çirkin əməlindən əl çəkmədi. Mən çox pis vəziyyətdə Bakıya qayıtdım. Bu hadisəni yoldaşıma dedim və nəticədə mənim ailəm dağıldı. Bu hadisəni bilən anamın da ürəyi partladı və dünyadan köçdü. Mənə hədə-qorxu gələn Ə.Seyidəliyev bunu heç kimə deməməyimi və mənimlə ailə quraçağını dedi. Mən də qorxu içində və övladımı fikirləşdiyim üçün onunla razılaşdım. 4 il müddət ərzində məcbur olduğum üçün onunla kəbinli ailə həyatı sürdüm. Sonra o mənim valideynlərimin mənə aldığı “Şərur” MTK-da yerləşən evimi satdırdı. 80 min manatı məndən aldı ki, bir işim var onu həll edim başqa yerdən ev alacam. O gündən 3 il keçməsinə baxmayaraq mən ailəsiz, anasız, bir balamla kiminsə evində kirayə yaşamağa məcbur qalmışam. Sizdən çox xahiş edirəm, bir ana kimi, Azərbaycanın bir qeyrətli qadını kimi mənim pulumun və mənzilimin geri qaytarılmasında mənə kömək edəsiniz”.

Ümidvarıq ki, bu müraciətədən sonra şikayətçinin dərdinə bir əlac qılınacaq.

Qarşı tərəfi də dinləməyə hazırıq.
aktualxeber.az


Paylaş:


Müəllif : Tarix:
24-09-2019, 11:24
Sikayət   


loading...
Загрузка...