“Binagadi Oil Company” Bakıda tanınmış şəxsin evini yıxmaq istəyir - QALMAQAL
Bakının neftli ərazilərində tikildiyi iddia olunan fərdi yaşayış evləri ilə bağlı məhkəmə çəkişmələri davam edir. Xeyli sayda insanın evlərinin sökülməsi barədə məhkəmə qərarları etirazlara səbəb olub. Hələlik bir sıra məhkəmə qətnamələri icraya yönəldilməsə də, hər an həmin evlərin yerlə yeksan olmaq təhlükəsi var. Bəs sakinlər neyləməlidirlər?
Yazıçı, publisist, "Yol qəzeti"nin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü Məti Osmanoğlu da yaşadığı evin sökülməsi haqqında qərardan narahatdır. Bu barədə AYNA-ya danışan Osmanoğlu bildirib ki, 1983-cü ildən Bakıda qeydiyyatdadır: “2000-ci ildən də torpaq sahəm vardı, 2006-cı ildə Biləcəri Bələdiyyəsinə müraciət etdim ki, həmin torpağı sənədləşdirsin. İndi də əlimdə bələdiyyə tərəfindən verilmiş (2017-ci ildə qanun dəyişdi) və satın aıdığım torpaq haqqında sənəd var. 13 ildir bura əsas yaşayış yerimizdir”.
Müsahibimizin sözlərinə görə, yalnız 2016-cı ildə xəbər tutub ki, yaşadığı ərazi “Binagadi Oil Company” şirkətinə məxsusdur və şirkət onları məhkəməyə verib: “Şirkət iddiasında göstərirdi ki, guya biz ona məxsus ərazini qanunsuz zəbt etmişik. Necə zəbt ola bilər ki, əlimdə bələdiyyə sənədi var? Mənə isə bildirilir ki, “Binagadi Oil Company” deyilən şirkət 2011-ci ilin 21 fevralından Britaniyada Böyük Kayman adasında qeydiyyata alınıb. Qanuna əsasən, bu şirkətin Azərbaycanda torpaq iddiası qaldırmaq, insanları evsiz-eşiksiz qoymaq səlahiyyəti yoxdur. Amma məhkəmə bizim tələbləri, məsələni tam araşdırmadan əleyhimizə qərar çıxarıb”.
Şikayətçinin sözlərinə görə, onun və onun kimi yüzlərlə sakinin hüquqları pozulub: “Mən xarici əməliyyat şirkətlərinin səlahiyyətləri ilə bağlı məlumatlıyam, uzun müddət BP şirkətində işləmişəm. O zaman BP-nin Səngəçal terminalı tikintisində, boru kəmərləri çəkilən yerlərdə yaşayış yerləri vardı, amma bununla bağlı sakinlərlə şirkət arasında hər hansı insident, məhkəmə çəkişməsi yaşanmadı. Səngəcal terminalı ətrafında köçürülmə planının müəllifi özüm olmuşam. İş yerini köçürmək asandır, amma yaşayış yerini köçürmək çətindir. O vaxt vətəndaşların köçürmə prosesi xeyli zamanımızı aldı. Çünki bu, həssas və vacib məsələdir”.
M.Osmanoğlu deyib ki, xarici şirkətlərlə bağlı məsələlərdə “Hasilatın pay bölgüsü haqqında saziş” bilərəkdən gündəmə gətirilmir: “Halbuki, bu vacib sənədə görə, həmin şirkətlərin Azərbaycan ictimaiyyəti qarşısında öhdəliyi var. Mənim evimin ərazisində hər hansı infrastruktur əməliyyatı aparılmır və ya neft borusu yoxdur. Axı bu halda hansı zərurətdən evimin sökülməsi haqqında qərar çıxa bilər? Onu da qeyd edim ki, 2011-ci ilə qədər iddiaçı şirkətin rəhbəri Fərhad Əliyev və qardaşı olub. Onlar həbs edildikdən sonra (vətənə xəyanət maddəsi ilə) şirkət “Global Enerji”yə verildi. Bu əsasla şirkətin Azərbaycanda nümayəndəliyinin fəaliyyətini davam etdirməsi qeyri-qanunidir. Bizə isə belə məlumat verildi ki, 2015-ci ildən sonra SOCAR prezidenti Rövnəq Abdullayev komissiya təşkil edib və yararsız ərazilərin, neflə çirklənmiş, neft ehtimalı olan torpaqların tikilmiş evlərdən təmizlənməsi göstərişini verib. İndi 10 minlərlə insanın evinin uçurulması təhlükəsi ilə qarşı-qarşıyayıq”.
“Evimiz dağıdılsa, könülsüz köçürülmüş sakin statusu, evindən məhrum edilmiş insan statusu alacağıq. Məhkəmə qətnaməsi hələlik icraata verilməyib, amma istədikləri vaxt evin sökülüməsini həyata keçirə bilərlər. Hesab edirəm ki, baş verənlər məqsədli şəkildə həyata keçirilir. Burada məqsəd dövlətə qarşı vətəndaşı qızışdırmaqdır, hətta deyərdim ki, burada təxribat var. Bu vəziyyət Azərbaycan vətəndaşının hüquqları ilə oynamaq deməkdir”, - deyə yazıçı vurğulayıb.
Məsələ ilə bağlı AYNA-ya şərh verən Neftçilərin Hüquqlarını Müdafiə İctimai Birliyinin (NHMİB) rəhbəri Mirvari Qəhrəmanlının sözlərinə görə, hələ Sovet vaxtında Balaxanı, Bibiheybət əraziləri qeyri-rəsmi şəkildə adamlara verilmişdi, paylanmışdı: “Bildiyiniz kimi, artıq Bibiheybətdə yaşayış yerləri ləgv olundu, əhali başqa yerlərə köçürüldü. Ümumiyyətlə, belə ərazilərlə bağlı geolojoli, ekoloji araşdırmalar aparılmalı, dəqiq rəy verilməlidir”.
O, neftli ərazilərdə, köhnə quyular üzərində inşa edilən evlərdə yaşayanların təhlükə ilə qarşı-qarşıda olduqlarını, lakin köçürülmə prosesinin ədalətlə həyata keçirilməsini vacibliyini bildirib: “Müvafiq dövlət qurumları bir araya gələrək proqram hazırlamalıdır. Vətəndaşların hüquqları qorunmaq şərtilə, köçürülmə prosesi həyata keçirilməlidir. Həmin sakinlərin, guya qanunsuz torpaq zəbt etmələrinə dair iddialara gəldikdə isə, necə olur ki, vətəndaş qaz, su, işıq pulunu ödəyir, amma onun yaşayış yeri tanınmır?!”.
Vəkil Elçin Sadıqov problemə dair AYNA-ya açıqlamasında deyib ki, Mülki Məcəllənin 178.5-ci maddəsinə görə, 10 il ərzində fasiləsiz torpağa sahiblik edən şəxs oranın mülkiyyətçisi hesab olunur: “Bu, qanunun birbaşa tələbidir, qanun həmin ərazini onun mülkiyyəti kimi qiymətləndirir. Bu sahədə Avropa Məhkəməsinin təcrübəsi də var. Şəxsin yaşayış yeri üçün dövlət sənəd verməsə belə, insanları su, elektrik enerjisi və qazla təmin edirsə, dövlət birbaşa həmin yaşayış yerini tanıyır və tanımalıdır. Əks halda, Avropa Məhkəməsi İnsan Haqları və söz azadlığının müdafiəsi haqqında Konvensiyanın 8-ci maddəsi və 1 saylı əlavə protokoluna əsasən (mənzil və mülkiyyət hüququ) baş verənləri hüquq pozuntusunu olaraq dəyərləndirir. Əgər insanların dövlət daxilində məhkəmələrdə iddaları təmin olunmursa, tələbləri nəzərə alınmırsa, bu pozuntu ilə əlaqədar Avropa Məhkəməsinə müraciət edə bilərlər”.
Milli Məclisin (MM) İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov da faktla bağlı AYNA-ya münasibətini açıqlayıb: “Bu məsələyə birmənalı yanaşmaq olmaz. Belə hallarda yaşayış yerinin münasibliyi, neft buruğuna yaxınlığı, yaşamaq üçün infrastrukturun olub-olmaması kimi məqamlar əhəmiyyət daşıyır. Həmin obyektlərin heç bir icazəsi yoxdur, mülkiyyət hüququnun qorunması sferasına aid deyil”.
“Hər halda ölkə rəhbərinin göstərişi ilə qanunsuz tikintilərlə bağlı xüsusi komissiya yaradılıb. Komissiyanın, yəqin ki, verəcəyi təkliflərdə bu məsələ də yer alacaq. Bu məsələdə dediyim məqamlar mütləq şəkildə araşdırılmalıdır. Axı buruqlar arasında ev tikintisi necə leqallaşa bilər? Bundan başqa, məsələ ilə bağlı dövlət adından qəbul olunan qərarları, qətnamələri qanunsuz adlandırmaq özü yalnışdır. Əslində bu cür yanaşma qanuna inamsızlıq yaradır. Əgər vətəndaş məhkəmə qərarından narazıdırsa, apellyasiya, kassasiya şikayəti vermək hüququ var”, - Kərimov vurğulayıb.
“Qanunsuz tikinti üzərində mülkiyyət hüququ yoxdur. Bu səbəbdən belə şikayətcilərin iddiaları əsassız sayılır. Amma burda istisnalar var. Şəxsin tikdiyi ev qanunvericiliyin tələblərinə uyğundursa, status verilə bilər. Kompensasiyaya gəlincə, qanunsuz tikilən hər obyektə kompensasiya vermək də doğru deyil”, - deyə o, əlavə edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-09-2019, 17:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-09-2019, 17:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
Dünən, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
Dünən, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Dünən, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56
Qanunlara əməl olunarsa, əmək fəaliyyəti ilə məşğul olmaq istəyən və belə hüququ olan heç bir əlil işsiz qalmaz.
13-11-2024, 10:54
Özünü yaşadığı evdə başından vuran 17 yaşlı gənc MƏMUR ÖVLADIDIR - Görün kimin oğludur + FOTO
13-11-2024, 09:55