reklam
Regionxeberlericom.az » Sosial » “Reqal“ MTK ali dərəcəli cərrahı necə çilədən çıxarıb... - GİLEY

reklam

“Reqal“ MTK ali dərəcəli cərrahı necə çilədən çıxarıb... - GİLEY

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Cənab Anar Ramiz oğlu Bağırova

Tibb üzrə fəlsəfə doktoru, Ali dərəcəli cərrah Qafar Bədəlxan oğlu İskəndərov tərəfindən

M Ü R A C İ Ə T

Hörmətli Sədr! Mülkiyyətçisi olduğum yaşayış evinin (Nəsimi rayonu, N. Yusifbəyli küçəsi, 25/27) razılaşma və rəsmi müqavilə olmadan “Reqal “ MTK tərəfindən 2017-ci il may ayının 16-da sökülməsi, mənə məxsus əmlakın talan edilməsi ilə bağlı müxtəlif instansiya məhkəmələrində iş gedir. Hazırda Bakı Apellyasiya məhkəməsinin qərarından tərəfimdən Ali Məhkəməyə kassasiya şikayəti verilmişdir. Eyni zamanda Ali Məhkəmənin qərarından Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciətimi yaxın günlərdə təqdim etməyi nəzərdə tutmuşam. Həmin məhkəmə instansiyalarında hakimlər tərəfindən vəkillərimin və mənim təqdim etdiyim rəsmi dövlət sənədləri tanınmır, qeydiyyata alınmır və ya onlara əhəmiyyət verilmir. Halbuki həmin sənədlər işin mahiyyətini açmağa, həqiqəti aşkar etməyə əsas verən mühüm sənədlərdir. Mən və vəkillərim tərəfindən qaldırılmış hazırki işin mahiyyətinə dair vəsatətlər rədd edilir, əks tərəfin iddiaları və əsaslandırılmayan vəsatətləri qeyd-şərtsiz qəbul edilir və nəticədə Azərbaycan qanunlarına və Konstitusiyasının əsas müddəalarına əsaslanmayan qərarlar çıxarılır. Belə vəziyyət mənim və vəkillərin, sonda dövlətimizin imicinə, nüfuzuna ciddi xələl gətirir. Ona görə də müdafiəmin daha düzgün, keyfiyyətli və etibarlı təmini üçün əlavə təcrübəli vəkillərin bu işə qosulmasına zərurət yaranmışdır. Mövcud vəziyyyəti nəzərə alaraq məhkəmə prosesinə qoşulmaq üçün daha 4-5 təcrübəli vəkilin cəlb olunmasını Sizdən xahis edirəm.

Hörmətlə: Q.B. İskəndərov //moderator.az//


Paylaş:


Müəllif : Tarix:
25-09-2019, 09:24
Sikayət   


loading...
Загрузка...