"Kiminsə qabağını kəsib nəsə istəməyə acizlik çəkirəm..." - Daha bir şəhid anasının haqqı tapdanıb...
Bakı şəhəri 8-ci mkr Şövkət Məmmədova 11 m151 ünvanında yaşayan Paşayeva Şöhrət Rza qızı bir sra dövlət qurumlarının rəhbərlərinə müraciət ünvanlayıb. regionxeberlericom.az bildirir ki, bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Mənim oğlum Paşayev Niyazi Vaqif oğlu Qarabağ uğrunda gedən döyüşlərdə həlak olub.Oğlumun əsgər getməsi digər əsgərlərdən çox fərqlidi.Oğlum orduya könüllü yazılanda 16 yaşı tamam olmamışdı.O zaman Bərdə rayonunda yaşayırdıq. Qarabağ müharibəsinin ən qızğın dövrü idi.Bir-birinin ardınca rayonlar alınırdı.Ermənilərin vəhşilikləri hamını hiddətləndirirdi.Oğlum da məktəbdən ayrılaraq Bərdədə təşkil olunmuş könüllü batalyona yazılmışdı.Açığı o dövrdə vətənpərvərlik,torpağa bağlılıq daha güclü idi.Dəfələrlə ardınca hərbi hissəyə gedib onu gətirməyə çalışdım.Amma nə etdimsə onu geri gətirə bilmədim.Kamandirdən xahiş etdimki,onu eve göndərsin.Oda bildirdi ki, mən nə qədər edirəm evə getmir.Dedi ki,o uşaq olsada böyüklərdən yaxşı silahdan istifadə edir,çox yaxşı vuruşur.
Atasının da təkidinə baxmaraq biz onu yolundan döndərə bilmədik.Düzü o zaman orduda nizam intizam yox idi,hamı hərbi dəstə təşkil edib vuruşurdu.Əslində azyaşlını orduya buraxmaq olmazdı.İndi heç o yaşda uşağı işə götürmürlər,qaldıkı orduya oğlum milli ordunun uğurlu əməliyyat olan Ağdərə əməliyyatında iştirak etdi.O zamanki Mardakert rayonunun Mərquşəvan kəndinin ermənilərdən azad olunmasında döyüşdə ağır yaralandı.Bakıya gətirildi,3 aydan çox hərbi hospitalda qaldı.Onurğa beynin zədələnməsi onun ayağının tutulmasına səbəb olmuşdu.Hərbi hospitalda həkimlər,xəstə əsgərlər ona xüsusi qayğı göstərirdilər.Ona qan (HIV-) lazım idi.Televiziyada elan verilməklə 100lərlə insan ona qan vermək üçün növbəyə düzülmüşdülər.Lakin həkimlərin səyinə baxmayaraq, 11 avqust 1992-ci il tarixdə dünyasını dəyişdi.Bərdə şəhidlər xiyabanında dəfn olundu.Uzun müddət Bərdə camaatı bu uşağın vətənpərvərliyindən danışırdı.Bərdə "Şəhidlər" kitabında onun cəsarəti,şücaəti haqqında xüsusi məlumat yazılıb.Məktəblərdə onun haqqında inşa yazırdılar.Ondan bir neçə il sonra atası da yeganə oğlunun ölümünə dözməyib dünyasını dəyişdi.Mən də tək qaldığım üçün Bakıya qızımın yanına köçdüm.Binəqədi rayon sakiniyəm.Şəhid ailələri üçün verilən bütün imtiyazlardan yararlanıram.Lakin, cənab prezidentin şəhid ailələri ilə bağlı son sərəncamı bizə şamil edilmədi.Hərbi kommisarlıqdan bildirdilər ki, o azyaşlıdır hərbi qulluqçu deyil.Belə çıxır ki, səni zorla hərbi xidmətə aparmalıdırlar,könüllü gedirsənsə sən əsgər deyilsən.Bəs niyə bizə Sovet dövründə uşaqlar fasiştlərlə vuruşduqlarına görə Sovet İttifaqı qəhrəmanı adını verirdilər?(Zoya Kosmidiyanski).Dərindən araşdırılsa bu elə bir qəhrəmanlıq səlnaməsidir.Mənə deyirdilər ki , “Sən dişdi adam deyilsən.Prezident Aparatının qabağına,Milli Məclisə getsən bu məsələni həll edərlər....”. Lakin mən onsuz da onun orduya getməsində özümü günahkar sayıram.Kiminsə qabağını kəsib nəsə istəməyə acizlik çəkirəm.Hər kəs məndən müavinəti alıb-almamağım barəsində mənə sual verir,mən çox utanaraq yox deyəndə heç kəs inana bilmir.Mən özümü çox alçalmış kimi hiss edirəmki,məgər könüllü vətən uğrunda döyüşmək şəhidlik deyilmi?
Xahiş edərdim ki, bu məsələ ilə maraqlanasınız".
Paylaş:
Müəllif : Yazar
Tarix:25-09-2019, 09:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-09-2019, 09:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
Dünən, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
Dünən, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Dünən, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56
Qanunlara əməl olunarsa, əmək fəaliyyəti ilə məşğul olmaq istəyən və belə hüququ olan heç bir əlil işsiz qalmaz.
13-11-2024, 10:54
Özünü yaşadığı evdə başından vuran 17 yaşlı gənc MƏMUR ÖVLADIDIR - Görün kimin oğludur + FOTO
13-11-2024, 09:55