Rüşvət almaqda ittiham edilən komandirin işi - Bir əsgər 32 dəfə buraxılışa gedib
Penitensiar Xidmətin bölük komandiri Kazım Həsənov hakim qarşısına çıxarılıb. O, rüşvət almaqda ittiham edilir.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Kazım Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə məhkəməyə dəvət edilən əlavə şahidlər dindirilib.
Şahidlər Kazım Həsənovun komandir olduğu bölüyün əsgərləri olub.
Dindirilənlər Kazım Həsənovun əsgərləri olub.
Şahid İsrafil Vəliyev bildirib ki, əsgərlikdə olanda 3 dəfə buraxılışa, bir dəfə də uzunmüddətli məzuniyyətə gedib. O, buna görə komandirə heç nə verməyib və başqalarının da pul verməsindən xəbəri yoxdur.
Digər şahidlər də eyni məzmunlu ifadələr veriblər.
Daha sonra sənədlərin tədqiqi mərhələsi başlayıb. Məlum olub ki, əsgərlərdən biri dörd ay ərzində 32 dəfə şəhər buraxılışına gedib. Hakim bir əsgərin bu qədər buraxılışda olmasının səbəbini soruşub.
Təqsirləndirilən bunu belə izah edib ki, həmin əsgər hərbi hissəyə yaxın ərazidə yaşayıb və nümunəvi xidmətinə görə, çox buraxılıb. Hakim digər əsgərlərə nə qədər buraxılış verilməsini aydınlaşdırmaq üçün növbəti prosesdə buraxılış kitabının gətiriləcəyini bildirib.
Qeyd edək ki, rəsmi ittihama görə, K.Həsənov tabeliyində olan əsgərlərdən həftəsonu buraxılış üçün 30-40 manat məbləğində rüşvət alıb.
İttihama münasibət bildirən K.Həsənov özünü qətiyyən təqsirli bilməyib.
Söyləyib ki, hərbi hissədə tabeliyində olan əsgərləri həftə sonları şəhərə buraxıb, Amma onlardan pul almayıb.
"Əsgərlər buraxılışa gedən zaman hərbi biletləri özünə verirdim. Hərbi hissəyə qayıdanda isə təhvil verirdilər. Bəzi əsgərlər axşam saat 9-da qayıtdıqları üçün həmin vaxt mən növbədə olmurdum. Ona görə də növbətçi zabitlər əsgərdən hərbi bileti təhvil alıb saxlayırdılar, səhəri gün mənə təhvil verirdilər. Mənim tabeliyimdə olan əsgərlərin sayı dəqiq deyildi. Yerdəyişmələr olurdu, amma təxminən 70-80 əsgər var idi" - deyə təqsirləndirilən şəxs ifadəsində bildirib.
Hazırda ev dustaqlığında olan K.Həsənov nə özünün, nə də digər zabitlərin əsgərlərdən pul almadığını deyib.
Suallara cavab verən K.Həsənov ona ittiham verilmədən öncə hərbi hissədə baş verən insident haqda danışıb.
Söyləyib ki, həmin ərəfədə əsgərlər arasında mübahisə olub:
"Əsgərlərdən biri o birinə güllə atmışdı. Əsgər Qasımzadə ilə başqa bir əsgər arasında mübahisə olmuşdu. Əsgərlərdən birinin digəri ilə problemi var idi. Eşitdiyimə görə, əsgər əsgəri təhqir etmişdi. Amma bu hadisənin mənə heç bir aidiyyatı yox idi".
Qeyd edək ki, K.Həsənova qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvətalma) maddəsi ilə ittiham edilir. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-09-2019, 11:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-09-2019, 11:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
Dünən, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
Dünən, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Dünən, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56
Qanunlara əməl olunarsa, əmək fəaliyyəti ilə məşğul olmaq istəyən və belə hüququ olan heç bir əlil işsiz qalmaz.
13-11-2024, 10:54
Özünü yaşadığı evdə başından vuran 17 yaşlı gənc MƏMUR ÖVLADIDIR - Görün kimin oğludur + FOTO
13-11-2024, 09:55