İsmayıllı sakinləri şikayətçidir-Video
Bir müddətdir ki, İsmayıllı rayonunda şəhərdaxili avtobusların fəaliyyətində ciddi problem yaşanır.
Məlumata görə, sakinlər deyirlər ki, şəhərdaxili avtobuslar demək olar ki, yoxa çıxıb. Əvvəllər xeyli avtobus fəaliyyət göstəsə də, indi cəmi 1-2 nəqliyyat vəsitəsi hərəkət edir.
Sakinlər bildirirlər ki, avtobusların olmaması səbəbindən ya piyada gedirlər, ya da taksidən istifadə edirlər. Bu da onlar üçün sərfəli deyil.
Məsələ ilə bağlı Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, şəhərdaxili avtobuslar əvvəllər “As Finance” MMC tərəfindən xəttə buraxılıb.
Sonra isə Avtovağzal başqa bir sahibkarın öhdəliyinə keçib. Avtovağzalı özəlləşdirən sahibkarın da şəxsi marşrutu olmadığından şəhərdaxili avtobuslar xəttə buraxılmır.
Rayon icra hakimiyəti tərəfindən bir neçə sahibkarla söhbət aparılıb. Məsələnin yaxın müddətdə həlini tapacağı gözlənilir.
RegionXəbərləricom.az mövzu ilə bağlı daha ətraflı Xezerxeberin videomaterialı təqdim edir.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-07-2024, 12:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər