Saxta generalın tora saldığı baş həkim 130 mini yeni vəzifə üçün verib? - ilginc təfərrüatlar
Özünü DTX polkovniki, general kimi təqdim edərək baş həkimdən və digər şəxslərdən külli miqdarda pul alan dəstə növbəti dəfə hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilən 1961-ci il təvəllüdlü Əliyev Rövşən Soltan oğlu, 1968-ci il təvəllüdlü Çobanov Hətəmxan Bədirxan oğlu və 1978-ci il təvəllüdlü Elxan Hümbətovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən Elxan Hümbətov ifadə verib.
E.Hümbətov zərərçəkmiş, Qusar rayon mərkəzi xəstəxanasının baş həkimi Mübariz Zeynalovdan pul aldığını təsdiq edib. Amma deyib ki, baş həkimi şantaj etməyib, baş həkim pulu başqa bir vəzifəyə keçmək üçün veribmiş.
"Sumqayıta baş həkim kimi işə düzəlmək istəyirdi. Pulu da ona görə verib. Bir neçə dəfəyə mənə 130 min manat verib. Onu şantaj eləməmişəm, flaş-kart söhbəti də yalandır. İfadəsində deyir ki, guya mən generala zəng eləmişəm. Generalın adını da telefonunun ekranında görüb. Mənim telefonumun ekranı qırılıb, heç nömrə görünmür. Telefon da istintaqa təqdim edilib. Mən başqa adama zəng eləmişəm. Onu yalandan istintaqda öyrədiblər ki, belə desin. Mübariz həkimi Sumqayıtın icra başçısı ilə görüşdürəcəkdik. İş alınmadıqda isə pulunu geri qaytaracaqdıq. Artıq Mübariz həkim mənim dayım Ələkbər Həsənovu da tanıyırdı. İşi də dayımın köməkliyi ilə həll edəcəkdik".
Zərərçəkmiş Mübariz Zeynalov məhkəmədə iştirak etmədiyindən hakim Rövşən Hümbətovun ətraflı dindirilməsini istəməyib. Hakim bildirib ki, Mübariz Zeynalov növbəti məhkəmədə iştirak edən zaman Rövşən Hümbətov dindirilən və qarşılıqlı suallar verilər.
Məhkəmə iclasında hal şahidi Emin Abdullayev də ifadə verib.
Məlum olub ki, o, Elxan Hümbətovun evinə baxış keçirilən zaman orada hal şahidi kimi iştirak edib. O, Elxanın evindən general forması çıxdığını gördüyünü deyib.
Məhkəmədə şahid qismində Mustafa Zeynalov da dindirilib.
O, təqsirləndirilənlərdən Rövşən Hümbətovu uzun illərdir tanıdığını, münasibətlərinin yaxşı olduğunu deyib
İxtisasca hüquqşünas olan Mustafa Zeynalov bank sistemində işlədiyini deyib. O bildirib ki, Rövşən onun yanına gələrək bir məsələdə kömək istəyib:
"Rövşən dedi ki, Elxan adlı şəxs Mübarizdən Gürcüstandan maşın gətirmək adı ilə pul alıb. O dedi ki, Elxan Mübarizin pulunu geri qaytarmır. Mənə dedi ki, bununla bağlı şikayət yazmaq lazımdır. Mən DİN-ə müraciət etməyi məsləhət gördüm. Dedim ki, pulun sahibi Mübariz bir ərizə yazıb göndərə bilər. Həmin məktubu yazdılar. Sonra Rövşən mənə zəng elədi ki, Elxan pulu qaytarmadı, indi axtarışa verilib. Bir gün də eşitdim ki, onları həbs ediblər".
Baş həkim necə aldadılmasını, başına gətirilən oyunları məgkəmədə danışıb. Həmin ifadəni bu linkdən oxuya bilərsiniz:
https://musavat.com/news/bakida-saxta-general-ve-polkovnikin-mudhis-plani-bas-hekimi-ele-bir-tora-saldilar-ki-ozel_641482.html
Qeyd edək ki, təqsirləndirilən şəxslərə qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə pul tələb etmək ittihamı irəli sürülüb. Bu iş üzrə ümumilikdə 3 nəfər zərərçəkmiş var. Onlardan biri də keçmiş məktəb direktorudur. Zərərçəkmişlər təqsirləndirilən şəxslərlə barışıb. Baş həkim və digərlərinə dəymiş zərər ödənilib.
Musavat.com
Paylaş:
Müəllif : Yazar
Tarix:27-09-2019, 17:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-09-2019, 17:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
Dünən, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
Dünən, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Dünən, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56
Qanunlara əməl olunarsa, əmək fəaliyyəti ilə məşğul olmaq istəyən və belə hüququ olan heç bir əlil işsiz qalmaz.
13-11-2024, 10:54
Özünü yaşadığı evdə başından vuran 17 yaşlı gənc MƏMUR ÖVLADIDIR - Görün kimin oğludur + FOTO
13-11-2024, 09:55