reklam
Regionxeberlericom.az » Sosial » "Həmin qadının özü professor, əri generaldır" — Sabiq deputat və Baş konsuldan ŞOK AÇIQLAMALAR

reklam

"Həmin qadının özü professor, əri generaldır" — Sabiq deputat və Baş konsuldan ŞOK AÇIQLAMALAR


“Qızım ali məktəbdə oxuyanda bir qadın müəlliməsi vardı. İmtahanda bütün tələbələrdən 300 manat almamış qiymət yazmırdı. Qızım oxuyan qrupda 22 nəfər tələbənin 21 nəfərinin hərəsindən 300 manat aldı, bir ayağı şikəst oğlan pul vermədi deyə, onu kəsdi. Oğlan ağlayırdı. Qrup yoldaşları dedi ki, “borc al, ver müəllimə, sonra borcu qaytararsan”. Oğlan da dedi ki, sonra necə verəcəm, biz ailəliklə çox kasıb yaşayırıq. Heç mənim cibimdə günorta çörək yeməyə pulum yoxdur...”
regionxeberlericom.az "Ölkə.Az”-a istinadən xəbər verir ki, bunu sabiq deputat, Azərbaycanın İstanbuldakı sabiq Baş konsulu, yazıçı Xeyrəddin Qoca öz "Facebook" səhifəsində yazıb.

O, əlavə edib ki, pulu olmadığı üçün qızını həmin müəlliməyə tapşırıbmış:
“Yazdıqlarıma özüm şahid oldum... Aradan 10 il keçəndən sonra, bu günlərdə bilmişik ki, həmin rüşvətxor qadın indi professordur. Əri isə generaldır, mənim qızım onun tabeçiliyi altında işləyir və o, qızıma zülm edir! General da gecə-gündüz rüşvət almaqla məşğuldur, kürəkənini də işlədiyi idarədə böyük vəzifəyə düzəldib...

Qızını isə başqa nazirlikdə necə deyərlər, “pullu vəzifəyə” qoyub. Qızım da məndən soruşur ki, “ata, niyə biz onlar kimi mövqe qazana bilmirik, daim ehtiyac, əzab-əziyyət içərisində yaşayırıq?” Mən də cavab verirəm ki, “onda gərək biz də onlar kimi əclaf olaq!” Axı, biz elə doğulmamışıq!...”, - deyə sabiq deputat qeyd edib.


Paylaş:


Müəllif : Tarix:
27-09-2019, 17:19
Sikayət   


loading...
Загрузка...