Xırdalan - Zibilliklərin küçələrdə yaratdığı "gözəlliklər"... VİDEO
Evimiz kimi yaşadığımız şəhər də bizim simamızdır. Bu şəhərin küçələri evimizə gedən yolların başlanğıcıdır. Lakin əfsuslar olsun ki, utanc yerinə çevrilən zibilliklər artıq küçə boyu antisanitariya yaymaqla insanlara qucaq açan xəstəliklər yaradırlar. Zibilliklərin yaratdığı iyrənc görüntülər ürək bulandırıcı görüntüsü ilə yanaşı üfunət qoxusu da yayır. Vaxtlı vaxtında təmizlənməyən qutular, böyük ərazilərə düzgün hesablanmayan zibil qutusu sayları, obyektlərin qarşı və yan tərəflərində obyekt sahibləri tərəfindən zibilliyə çevrilən küçələr, küçə alverinin zəbt etdiyi ərazilərdə satıcıların yaratdığı zibilliklər sakinlərin haqlı narazılığına səbəb olur. Bununla bağlı Abşeron rayonunun rəsmi qurumlarının heç bir tədbir görməmələri gün kimi aydındır. Yararsız qutular küçələrə səpələnib, geyim üçün ayrılan qutular isə təyinatı üzrə istifadə olunmur. Binaların qarşısını zibil poliqonuna çevirmisiniz. Bunu bilərəkdən edirsiniz yoxsa, çoxmərtəbəli binaları həqiqətən görməzdən gəlirsiz, ay icra nümayəndəliyi?! Bəlkə siz tullantıların ayrı ayrı çeşidlənməsindən məlumatsızsınız?! Nuh əyyəmından qalma zibil qablarının yararsız olduğunu görmək üçün xüsusi bacarığa ehtiyac yoxdur. Kor kor, gör gör...
Hələ zibil daşıma üsulunuz heç bir inkişaf etmiş və ya etməmiş, lap heç bir cırtdan ölkədə belə yoxdur. Belə ki, zibil qablarındakı tullantı yerə tökülür, suyu küçə boyu axıdılır, sonra traktorla zibil maşınına yüklənir. Son dərəcə mükəmməl inkişafdır. Bunu digər dost ölkələrə də layihə kimi də təklif etmək olar.
Zibilliklərin lap zibilini çıxartdığınızdan deyəsən özünüzdə xəbərsizsiniz.
Abşeron rayon İcra hakimiyyəti. İcra nümayəndəliyi, Xırdalan Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) bu görüntülər sizin əməyinizin nəticəsidir. Nə vaxt tədbir görmək fikriniz var? Zibilliyin küçə boyu yaratdığı mənzərə, verdiyi xoşagəlməz qoxu sakinlərin həqiqətəndə haqlı olaraq narazılıqlarına səbəb olur.
Şəhərin mərkəzi, Heydər Əliyev prospekti boyunca tutmuş ara küçələrə qədər vəziyyət budur, bəlkə də elə ən yaxşı halı budur.
Abşeron rayonu Xırdalan şəhərinin küçələri sanki zibillik sərgisini nümayiş etdirir.
“SəhərMedia” xəbər portalı olaraq aidiyyatı üzrə icra nümayəndəliyi və Xırdalan Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) bununla bağlı ciddi tədbir görəcəyinə ümid edirik.
Məsələ diqqətimizdədir.
Təsisçi: Zaur Qafarov
Materialı təqdim edirik:
Paylaş:
Müəllif : Fuad
Tarix:17-08-2024, 11:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər