Kirayə evlərin qiyməti ilə bağlı ŞOK PROQNOZ - Sentyabrın sonuna qədər...
Yeni dərs ilinin başlamasına bir aydan az vaxt qalır. Bununla əlaqədar rayonlardan paytaxta və universitet, kollec olan bölgələrə tələbə axını gözlənilir. Adətən bunu fürsət bilən bəzi işbazlar kirayə mənzillərin qiymətini artırır. Bu il də qiymət artımı gözlənilirmi?
Mövzunu Globalinfo.az-a şərh edən Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlının sözlərinə görə, bu il də universitetlərin açılması ilə əlaqədar kirayə evlərin qiymətində artım gözlənilir.
O deyib ki, son illər kirayə mənzil bazarında tələbələr üçün əlçatan mənzillərin azalması müşahidə edilir: dirnaq modelleri
“Bir sözlə, kəskin məhdudlaşma prosesi gedir. Əksinə, bahalı mənzillərin sayı artır, ucuz ev tapmaq olmur. Bu da tələbələr üçün əlavə problemlər yaradır. Qeyd edim ki, qiymət artımı qaçılmazdır. Hər il olduğu kimi, bu il də bahalaşma prosesi təxmini sentyabrın sonlarına kimi davam edəcək. Çünki artıq mənzilə olan tələbat artıb. Bu səbəbdən indidən qiymətlərdə artım müşahidə edirik. Müşahidələrimiz onu göstərir ki, tələbələrin gəlişi ilə əlaqədar qısa müddət ərzində kirayə mənzilin ümumi qiyməti 20-25 faizə qədər bahalaşacaq. Bu, ciddi bir rəqəmdir”.
Ramil Osmanlı
R.Osmanlı rayonlardakı kirayə qiymətləri ilə bağlı danışıb:
“Düzdür, rayonlarda da bahalaşma olur, amma paytaxtdakı qədər deyil. Çünki Bakıda şəhərsalma prosesi çox sürətlə gedir. Məsələn, kirayə mənzil bazarında təklif portfelin əsas hissəsini təşkil edən 1 və 2 mərtəbəli fərdi yaşayış mənzillərindən ibarət olan yaşayış massivləri və köhnə yaşayış fonduna aid olan mənzillərdir. Bunların da sürətli söküntüsü baş verir. Bunun fonunda isə Bakı şəhərində tələbələr üçün kirayə mənzilə əlçatanlıq ildən-ilə azalır. Bu səbəbdən də hər il tələbə kontingentinin şəhər mərkəzindən kənarlara doğru axınını müşahidə edirik”.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-08-2024, 21:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər