Uşaqpulu ilə bağlı son xəbər: Bir uşağa görə... - Mühüm açıqlama
Zaman-zaman uşaqpulunun verilməsi məsələsi istər mediada, istər ictimaiyyətdə, istərsə də Milli Məclisdə (MM) gündəmə gətirilir. Hətta bəzi ekspertlərin fikrincə, MM-in yeni tərkibi bu məsələni müzakirəyə çıxara bilər.
Deyilənlər nə dərəcədə real görünür?
MM-in yeni tərkibi uşaqpuluna yenidən baxacaqmı? Bu istiqamətdə müzakirələr başlaya bilərmi? vakansiyalar
Globalinfo.az-a danışan sabiq deputat, iqtisadçı Vahid Əhmədovun fikrincə, uşaqpulu obyektiv məsələdir.
O deyib ki, doğrudan da bu məsələ Milli Məclisdə tez-tez gündəmə gətirilib:
“Düzdür, ünvanlı sosial yardımlar verilir, amma bu, birbaşa lazımi ünvana çatmır. Yolda müəyyən “problemlər” yaranır, bu işi dolayı yollarla başqası üçün “həll edirlər” və s. Burada bəzi neqativ hallar baş verir. Ona görə də bunun qarşısını almağın ən yaxşı yolu uşaqpulunun verilməsidir”.
Vahid Əhmədov
Sabiq deputatın fikrincə, uşaqpulu birbaşa ailəyə çatacaq:
“Məsələn, kimin neçə uşağı varsa, ona uyğun pul alacaq. Bu, çox vacib məsələdir. Həm uşaqların normal təhsil ala bilməsi, həm məktəb ləvazimatları üçün uşaqpulunun verilməsinə böyük ehtiyac var. Hesab edirəm ki, yeni və köhnə deputatlar bu məsələlərə toxunacaq”.
Sabiq deputat deyib ki, uşaqlara veriləcək məbləği hesablamaq lazımdır:
“Bir uşaq üçün 100 manat da ola bilər, 150 manat da. Heç olmasa, bir uşağın normal təhsili, məktəb ləvazimatı üçün nə qədər vəsait lazımdır, onu hesablasınlar və ona uyğun uşaqpulu təyin etsinlər. Həm də dövlətin imkanına baxılmalıdır ki, büdcədə nə qədər pul var. Uşaqpulu çox vacibdir və ən asası bu məsələdə ünvanlı yardım söhbəti yoxdur. Çünki uşaq olan ailəyə pul çatır, ünvanlı sosial yardımlar kimi yolda itmir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-09-2024, 21:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər