İsveçrə bankında pulu olan azərbaycanlıların adı ictimaiyyətə açıqlanacaq? - Hökumət biləcək, ancaq...
İsveçrə bankları Azərbaycan da daxil olmaq şərtilə 19 ölkənin vətəndaşı olan müştəriləri haqqında məlumatları müvafiq ölkələrin hökumətlərinə təqdim edəcək.
Bunu maliyyə naziri Uli Maurer bildirib.
O deyib ki, İsveçrə korrupsiyaya, “çirkli pulların yuyulması”na, vergilərdən yayınma hallarına qarşı mübarizəyə dair İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yeni standartlarını tətbiq etməli olduğu üçün xarici vergi idarələrinə avtomatik rejimdə məlumat ötürmək məcburiyyətindədir: "Əks təqdirdə ölkə sanksiyalarla üzləşə bilər, bundan isə ilk növbədə iqtisadiyyata ziyan dəyəcək”.
Məlumatların 2020-ci ilin yanvar ayından toplanacağı, 2021-ci ilin əvvəlində aidiyyatı ölkələrin hökumətlərinə göndəriləcəyi bildirilir.
Maraqlıdır, müvafiq ölkələrin hökumətlərinə təqdim olunacaq sözügedən məlumatlar ictimaiyyətə açıqlana bilərmi?
Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında deyib ki, istənilən halda nəticə dəyişməyəcək:
“Bu barədə məlumat ictimaiyyətə açıqlanmayacaq. Necə ki, Azərbaycan banklarında olan məlumatlar açıqlanmır, eynilə xarici banklarda bizim vətəndaşların yerləşdirdiyi vəsaitlər barədə də məlumatlar açıqlanmayacaq. Bu siyahıya korrupsiya ilə əldə etdiyi vəsaitləri xarici banklarda saxlayan məmurlar, həmçinin vergidən yayınan yerli sahibkarlar da daxil ola bilər. Hər bir halda sözügedən mexanizm ona görə tətbiq edilir ki, bütün dünyada korrupsiya və “çirkli pulların yuyulması”na qarşı mübarizə aktualdır. Məlumat ona görə Azərbaycan hökumətinə veriləcək ki, hökumət özü baxsın və sözügedən Azərbaycan vətəndaşının bu pulu hansı yolla əldə etməsini müəyyənləşdirsin. Bir sözlə, bu, sırf Azərbaycan hökumətinin sərəncamında olan bir məsələdir”.
Ekspert paralel olaraq başqa məsələlərin də olduğunu bildirib:
“Tutaq ki, Azərbaycan hökuməti öz vətəndaşının xaricdə pulunu tapdı. Nə olsun? Həmin vətəndaş deyəcək ki, vəsait babamdan qalıb. Nəticə etibarı ilə bu məlumat Azərbaycan hökumətinə heç nə verməyəcək. Azərbaycanda xüsusən də məmur və onların ailələri üçün gəlir və xərclərin bəyan edilməsi məsələsi həll olunmasa, heç nə dəyişməyəcək”.
Ekspert əlavə edib ki, sözügedən məlumatdan öz mənfəəti üçün istifadəyə cəhd də istisna olunmur:
“Heç kimə sirr deyil ki, məmurların, sahibkarların pulunun əlindən alınması hadisələri olub. Ola bilər ki, bu məlumatdan da kimsə özü üçün istifadəyə cəhd etsn. Buna yol vermək olmaz. Bu baxımdan, gəlir və xərclərin bəyan edilməsi haqqında qanunvericilik olmalıdır. İlk növbədə ona görə ki, qeyri-qanuni yolla əldə edilmiş pullar xaricə çıxarılmasın. Çıxarılsa belə, iş aşkarlanıb pullar geri qaytarılanda dövlətə verilsin”.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-10-2019, 09:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-10-2019, 09:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
Dünən, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
Dünən, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
Dünən, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Dünən, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56
Qanunlara əməl olunarsa, əmək fəaliyyəti ilə məşğul olmaq istəyən və belə hüququ olan heç bir əlil işsiz qalmaz.
13-11-2024, 10:54