Hesabatdan yayınanlar: Hansı qurumların fəaliyyəti şəffafdır? - GƏLİŞMƏ
Dövlətə məxsus “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC 2018-ci ili 31 milyon 714 min manat xalis zərər ilə başa vurub.
Bu, 2017-ci illə müqayisədə 31,6% azdır. ASC 2017-ci ili 46 milyon 411 min manat zərər ilə bağlamışdı.
Ötən il “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın cəmi gəlirləri 829 milyon 402 min manat, cəmi xərcləri isə 861 milyon 117 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən zərər yaranıb. 2017-ci ildə ASC-nin cəmi gəlirləri 559 milyon 407 min manat, cəmi xərcləri isə 605 milyon 818 min manat təşkil etmişdi. 31 dekabr 2018-ci il tarixində “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” 2 milyard 769 milyon manat cəmi aktivlərə malik olub. Bu, 2017-ci ilin sonu ilə müqayisədə 1,1% azdır.
Bu, digər qurumların da maliyyə hesabatını gündəmə gətirib. Qeyd edək ki, dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan komersiya təşkilatları və publik hüquqi şəxslər “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq illik maliyyə hesabatlarını və konsolidə edilmiş maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, qanunvericiliyə görə, dövlət qurumları illik maliyyə hesabatlarını ictimaiyyətə təqdim etməlidir:
“Hesabatlar həmin qurumların internet səhifələrində yerləşdirilməlidir. Çünki bütün hallarda söhbət dövlət vəsaitinin xərclənməsindən gedir. Doğrudur, Səhmdar Cəmiyyətlər kimi fəaliyyət göstərən bir sıra dövlət qurumlarının internet səhifələrində maliyyə hesabatları var, amma burada problem ondan ibarətdir ki, həmin hesabatlar bir çox hallara beynəlxalq audit şirkətləri deyil, fiziki şəxs kimi fəaliyyət göstərən auditor tərəfindən hazırlanır. Bu da həmin hesabatlara ictimai inamı xeyli azaltmış olur. Çünki praktik olaraq xarici audit şirkətlərinin həmin hesabatları hazırlaması daha məqsədəuyğundur. Nəzərə alsaq ki, bu cəmiyyətlərin maliyyə imkanları genişdir, “ən böyük dördlük” hesab edilən audit şirkətlərini cəlb edilə bilər”.
İqtisadçı bildirib ki, digər problem hesabatların tam olaraq yerləşdirilməməsidir:
“Sadəcə, hesabatlarda rəqəmlər yer alır ki, bu da təşkilatın fəaliyyəti barədə tam məlumatın əldə edilməsinə imkan vermir. Düşünürəm ki, növbəti mərhələdə yalnız bütün dövlət qurumlarının maliyyə hesabatlarını internet səhifələrində yerləşdirməsi deyil, həm də həmin maliyyə və audit hesabatları üçün konkret standartların tətbiq edilməsinə ehtiyac var. Həmin standartlara uyğun olaraq hesabatların hazırlanmasına nəzarət gücləndirilməlidir”.
Digər dövlət qurumları - icra strukturları, nazirliklərin ictimaiyyətə illik hesabatlar təqdim etməsinə gəlincə, Vüqar Bayramov deyib ki, qanunvericilikdə səhmdar cəmiyyət olan dövlət qurumlarının maliyyə hesabatı təqdim etməsi tələb olunur:
“Çünki onlar dövlət büdcəsindən maliyyələşən qurumlardır, Doğrudur, nazirliklər və komitələr də dövlət büdcəsindən maliyyələşir, amma onlar nəzarətedici, səhmdar cəmiyyətlər isə birbaşa icraedici qurumlardır. Təbii ki, daha məqsədəuyğun olardı ki, nazirlik və komitələr də maliyyə hesabatlarını öz internet səhifələrində yerləşdirsinlər”.
Konkret olaraq maliyyə hesabatları ictimaiyyətə açıq olan təşkilatlara gəlincə, Cümhuriyət” qəzetinin araşdırmasına görə, onların arasında SOCAR, Azərbaycan Beynəlxalq Bankı, “Bakı Metropoliteni” QSC, “Azərsu” ASC, “Azəristiliktəchizat” ASC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərişıq” ASC, “Azərkosmos” ASC-nin adını çəkmək olar.
Bu il “Azərbaycan Hava Yolları” QSC-nin maliyyə hesabatını hələ ki, açıqlamaması Hesablama Palatasında da narazılıq doğurub. İnternetdə hələ ki, “Azərenerji” QSC-nin, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin də 2018-ci il üzrə maliyyə hesabatına rast gəlinmir. Qeyd etmək yerinə düşər ki, Maliyyə Nazirliyi artıq 2020-ci il üçün ilkin icmal və büdcə göstəricilərini açıqlayıb və cəmi 3 aydan sonra gələn ilin dövlət büdcəsi təsdiqlənəcək. Belə olan təqdirdə, dövlət büdcəsindən maliyyələşən təşkilatların indiyə qədər 2018-ci il üzrə maliyyə göstəricilərini açıqlamamasının səbəbləri haqlı suallar doğurur.
Əksər özəl bankların maliyyə hesabatları da ictimayyət üçün açıqdır. Eləcə də internet axtarış etməklə bank olmayan kredit təşkilatlarının, sığorta agentliklərinin maliyyə hesabatları ilə tanış olmaq olar.
Siyasi partiyalar isə öz maliyyə hesabatlarını Mərkəzi Seçki Komisiyasına təqdim edirlər ki, burada qeyd olunan rəqəmlər də ictimaiyyətdən gizlədilmir.
İllik maliyyə hesabatı verməli olan qurumlardan biri də bələdiyyələrdir. Bu, “Bələdiyyələrin statusu haqqında” Qanunla tənzimlənir. Qanunda nəzərdə tutulur ki, bələdiyyə hər ilin yanvar ayının üçüncü həftəsinin bazar ertəsi görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir. Hesabat yazılı formada tərtib edilir və bələdiyyənin iclaslarında təsdiq edilir. Yerli əhalini tanış etmək məqsədi ilə hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılır.
Bələdiyyə seçicilərə verdiyi hesabatı təsdiq etdikdən sonra 10 gün müddətində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidir.
Komersiya təşkilatları və Qeyri Hökumət Təşkilatları da Maliyyə Nazirliyinə illik maliyyə hesabat veririlər. Amma bu tipli qurumlardan illk hesabatlarını ictimayyətə açıqlamaları tələb olunmur. İllik maliyyə hesabatları müəyyən edilmiş müddətdə təqdim olunmaqda Maliyyə Nazirliyi həmin təşkilatlara yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 (otuz) gün müddətində təqdim edilməsinə dair göstəriş verir. Maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulur.
Nazirliklər isə ictimaiyyətə maliyyə göstəriciləri deyil, fəaliyyətləri ilə bağlı illik hesabatlar təqdim edirlər. Məsələn, Təhsil Nazirliyinin hesabatlarında məktəblərin, şagirdlərin, olimpiada qaliblərini sayı və s. kimi məqamlar yer alır.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-10-2019, 13:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-10-2019, 13:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09