Şəki sakini Sahil Babayevdən kömək istəyir- MÜRACİƏT
RegionXəbərləricom.az-ın email poçtuna Şəki rayon Çələbixan qəsəbəsi ev 42 ünvanında yaşayan Məmmədov Qaçay Mürşüd oğlu tərəfindən şikayət məktubu daxil olub. Narazı vətəndaşın mətbuat vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə ünvanladığı müraciətini olduğu kimi dərc edirik.
"Mən dəfələrlə Sizə müraciət etsəm də, heç bir köməklik edilməmişdir. Şəki rayon Məşğulluq İdarəsində 2019-cu ildən bu günə qədər işsiz kimi qeydiyyatdayam. Lakin mən hələ də işlə təmin edilməmişəm. Hər dəfə idarəyə gedəndə mənə yalan vədlər verirlər. 2024-cü ilin may-iyun aylarında Şəki rayon Məşğulluq İdarəsinin müdiri məni Şərab zavoduna göndərdi. Mən səhərdən axşama kimi orada işlədikdən sonra axşam saat 17:00-da məni evə göndərdilər və mənə bildirdilər ki, bir ay bundan əvvəl biz işçi götürmüşük, əgər işçi lazım olarsa sizə xəbər edəcəyik. Mən həmin məsələni Şəki Məşğulluq İdarəsinin müdirinə bildirdim. Məşğulluq İdarəsinin müdiri Abdulla Kərimov hər dəfə mən idarəyə gedəndə “ayın 5 gəl, sonu gəl” kimi yalan vədlər verərək, bu günə qədər məni heç bir işlə təmin etməyib . O, vətəndaşların əsəbləri ilə oynayır.
Onu da bildirirəm ki, mən Məşğulluq İdarəsinin müdirindən Xankəndidə işlə təmin olunmağımı və özünəməşğulluq proqramı çərçivəsində mənə heyvan verilməsini də xahiş etmişdim. Əvvəl o mənə söz verdi, sonradan isə verdiyi sözlərə əməl etmədi. Hətta atam Məmmədov Mürşüd Sizin müavininiz Vüsal Nəsirli Şəkidə olan zaman onun qəbulunda da olmuşdur, lakin bunun da bir nəticəsi olmamışdır. Onu da xüsusilə qeyd edim ki, atam şəhid qardaşıdır.
Ailə vəziyyətim olduqca ağırdır. Ailədə heç kəs işləmir, gəlirimiz yalnız 120 manat çörək pulundan ibarətdir. O da heç kommunal xərcləri ödəmir.
Sizdən xahiş edirəm ki, mənim hər hansı dövlət işi ilə təmin edilməyimə və bu cür özbaşınalıqlara son qoyulmasına köməklik göstərəsiniz."
Paylaş:
Müəllif : Fuad
Tarix:11-10-2024, 16:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər