reklam
Regionxeberlericom.az » Sosial » COP29 ən çox ONLARA QAZANDIRACAQ: Külli miqdarda mənfəət götürəcək sahələr

reklam

COP29 ən çox ONLARA QAZANDIRACAQ: Külli miqdarda mənfəət götürəcək sahələr
















Paytaxtımızda təşkil olunan COP29, bu gündən etibarən rəsmi olaraq başlayıb. Mötəbər tədbirlə bağlı dünyanın müxtəlif ölkələrindən 80 mindən çox qonağın gəlişi gözlənilir. İçərisində dövlət və hökumət başçılarının, jurnalistlərin, qeyri-hökumət təşkilatları rəhbərlərinin də olduğu xeyli sayda qonaq təxminən 2 həftə müddətində tədbirlə əlaqədar Bakıda olacaq. 

Bu isə öz növbəsində paytaxtda fəaliyyət göstərən müxtəlif xidmət sektorları ilə bağlı olduqca əla fürsətdir. Çünki COP29-un təşkili Bakının turizm potensialına da ciddi töhfə verə bilər. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, tədbir ərzində xidmət sahələrinin bir çoxunun dövriyyəsində ciddi artım özünü göstərəcək:

“Əlbəttə, COP29-dan ən çox xidmət sahələrinin – otellərin, restoranların, kafelərin daha çox pul qazanması gözlənilir. Yəni çox güman ki, tədbir müddəti ərazində onların gəlirləri xeyli artacaq. Sadəcə hər şey daha dəqiq qonaq sayından asılıdır. Nə qədər qonağın gəlməsi hələ dəqiq bilinmir. Əgər elan olunduğu kimi 80-100 min qonağın gəlməsi baş verəcəksə, bu zaman təbii ki, kafelərin, restoranların, otellərin dövriyəsində də ciddi artım olacaq”. 

Ekspert qeyd edib ki, otellərin, kafelərin və restoranların gəlirlərinin artımı həm özləri, həm də ölkə iqtisadiyyatı üçün olduqca faydalıdır:

“Onların gəlirlərinin artması həm öz biznesləri üçün yaxşıdır, həm də gəlir və dövriyyələrindən dövlət büdcəsinə veriləcək vergilərin də həcmi artacaq. Bu kifayət qədər ciddi və müsbət hadisəyə çevrilə bilər. Ümumilikdə ölkə iqtisadiyyatına da müsbət dinamika və dalğa yaratmağa kömək edə bilər”.




Paylaş:


Müəllif : Tarix:
11-11-2024, 14:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər