reklam
Regionxeberlericom.az » Sosial » İşsizlikdən Sığorta Fondunun büdcəsi 9,5% artırılır

reklam

İşsizlikdən Sığorta Fondunun büdcəsi 9,5% artırılır
















2025-ci ildə İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 260 milyon 700 min manat olacaq. Bu da cari ildəkindən 22,7 milyon manat, yaxud 9,5% çoxdur.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb. 

İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 206,3 milyon manatı, yaxud 79,1%-i işsizlikdən sığorta haqları üzrə yığım hesabına formalaşacaq ki, bu da 2024-cü ilin təsdiq edilmiş müvafiq göstəricisindən 21,7 milyon manat və ya 11,7% çoxdur.  

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.




Paylaş:


Müəllif : Tarix:
27-11-2024, 14:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər