Qaz sayğaclarında sıfırlanma - “Azəriqaz” rəsmisindən izah
Hər il olduğu kimi, 2024-cü ilin sonunda qaz sayğaclarında limitlərin yenilənməsi baş verəcək.
Bu sözləri BAKU.WS-ə açıqlamasında "Azəriqaz" İB-nin Mətbuat Xidmətinin rəisi Eldəniz Vəliyev deyib.
Onun sözlərinə görə, smart kart tipli sayğaclar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə saat 00:00-dan etibarən yenilənməni avtomatik olaraq həyata keçirəcək:
"Artıq dekabrın 31-i 00:00-dan sonra ödəniş olunarsa, 12 qəpikdən (1200-lük limitə əsasən) hesablanacaq.
Mexaniki sayğaclardan istifadə edən abonentlərin limitlərinin yenilənməsi isə 5-6 yanvar tarixinə qədər çəkə bilər. Çünki abonentlər bəzən evdə olmur, bayram günlərində qonaq gedir. Lakin burada abonentlərin heç biri, hətta 5-6 gün sonra mexaniki sayğacların limitlərinin yenilənməsi prosesi həyata keçirilsə belə, heç bir narahatçılığa əsas yoxdur.
Hər bir abonentin 365 günü qorunur. Əgər bu il mexaniki sayğacla bağlı yenilənmə prosesi yanvarın 5-nə təsadüf edirsə, növbəti ilin yanvarın beşinə qədər həmin tarif və limitdən mavi yanacaq istifadə edə biləcək".
Paylaş:
Müəllif : Fuad
Tarix:21-12-2024, 12:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Vətəndaş asfalt yolun ortasına düzülən beton maneələrin düzgün yerləşdirilmədiyni deyir - VİDEO

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…