Yeni Baş nazirdən islahat GÖZLƏNTİSİ - GƏLİŞMƏ
Oktyabrın 8-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov istefa verib.
Onun yerinə Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsadov təyin olunub. Əli Əsədovun namizədliyini Milli Məclis təsdiq etdikdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə o, Baş nazir postuna təyinat alıb. Əli Əsədovun Baş nazir təyin olunmasından sonra hökumətdə islahatların aparılması yenidən diqqət mərkəzinə gəlib.
Məsələni Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov gündəmə gətirib. YAP-çı deputat islahatların anonsunu verib:
“Bu gün aparılan sosial-iqtisadi islahatlar tələb edir ki, çevik siyasət həyata keçirilsin. Əli Əsədov ölkədə aparılan abadlıq-quruculuq işlərinə Prezident İlham Əliyevin köməkçisi kimi yaxından iştirak edib. Hesab edirəm ki, bu təyinatdan sonra Nazirlər Kabinetində kifayət qədər islahatlar həyata keçiriləcək”.
Əli Əsədovun Baş nazir təyin olunmasından sonra ölkədə anonsu verilən islahatlar, əsasən hansı istiqamətdə gedəcək?
ReAl Partiyasının sədr müavini, iqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə şərhində bildirib ki, problem şəxslərdə deyil, səlahiyyət və məsuliyyətlərdədir:
“Bu gün hələ də bilmirik ki, Baş nazirin səlahiyyətləri və məhsuliyyəti harada başlayır, harada bitir. İndiki vəziyyətdə Baş nazirin yeri haradadır, bunu açıq şəkildə görə bilmirəm. Ona görə Baş nazirin iqtisadçı və ya sosial yönümlü mütəxəssis olması o qədər də önəmli deyil. Düşüncəmə görə, Nazirlər Kabneti və Baş nazir postu artıq lazımsızdır. Hesab edirəm ki, Konstitutsiyada dəyişiklik edilməsi, Nazirlər Kabineti və Baş nazir postunun ləğv olunması daha məntiqlidir. Hazırda qüvvədə olan Konstitusiyanı və səlahiyyət bölgülərini nəzərə alsaq, Azərbaycanda Baş nazirin hansı funksiya yerinə yetirdiyini aydın görə bilmirəm. Çünki səlahiyyət və məsuliyyət bölgüsü dəqiq deyil. Səlahiyyət yoxdursa, məsuliyyət tələb etmək mümkün deyil. Məsuliyyət yaranmırsa, ona nə səlahiyyət vermək olar? Fundamental məsələ bundan ibarətdir”.
N.Cəfərlinin sözlərinə görə təbii ki, Baş nazirin iqtisadçı olması yaxşı haldır:
“Hörmətli Novruz Məmmədov fransız dili müəllimi, yəni humanitar sahənin mütəxəssisi idi. Amma indiki Baş nazir iqtisadçı olduğuna görə ola bilər ki, iqtisadi məsələlərə daha çevik reaksiya versin. Amma bu reaksiya nədən ibarət olacaq, Baş nazirin özünün planı, proqramı, ölkədəki problemlərin təsbiti ilə bağlı fundamental çıxışı və ya məqaləsi varmı, çox təəssüf ki, bunları görməmişik. Ona görə də Baş nazirin ixtisasındansa yeri və səlahiyyətləri dəqiq müəyyənləşdirilməlidir. Ondan sonra da təbii ki, onun atdığı addımlara da qiymət vermək olar”.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-10-2019, 15:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-10-2019, 15:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
Dünən, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
Dünən, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
Dünən, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Dünən, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56
Qanunlara əməl olunarsa, əmək fəaliyyəti ilə məşğul olmaq istəyən və belə hüququ olan heç bir əlil işsiz qalmaz.
13-11-2024, 10:54