“Niyə yazmadı ki, İsa Qəmbər qarabağlıları, Arif Hacılı zaqatalıları başına toplayıb” - QALMAQAL
Azərbaycanda siyasətçilərlə jurnalistlər arasında mübahisə, qovğa həmişə olub. Bir çox hallarda jurnalistlərin tənqidlərinə siyasətçilər dözümsüzlük nümayiş etdirir, emosional şəkildə təhqirlərə yol verir.
Sonuncu belə hadisə siyasi şərhçi Azər Rəşidoğlu ilə AMİP katibi Əli Orucov arasında yaşanıb. Jurnalistin AMİP lideri Etibar Məmmədovun ünvanına yazdığı tənqidlərə Ə.Orucov olduqca sərt və ağır ifadələrlə cavab verib.
“Yeni Müsavat” xatırladır ki, A.Rəşidoğlu E.Məmmədovun fəallaşdığını yazıb: “Etibar Hüsənli fəallaşır. Başqa partiyalara qurultay üçün yer verməyən Bakı Şəhər İcra Hakimiyyəti Hüsənliyə 13 oktyabrda ”Ambassador" hoteldə geniş müşavirə keçirməyə razılıq verib.
Tədbirdə Qərbi Azərbaycandan olan ziyalıların iştirakı gözlənilir. Məlumata görə, Hüsənli siyasətə qayıtdığını elan edəcək".
Onun bu sözlərinə AMİP katibi sərt sözlərlə münasibət bildirib. Ə.Orucov qeyd edib ki, A.Rəşidoğlu yeri gəldi-gəlmədi yuyulmamış qaşıq kimi ortaya düşüb. “Qandığını da danışır, qanmadığını da. Sonuncu dəfə AMİP Mərkəzi Şurasının keçirilməsi ilə bağlı paylaşdığı statusunda isə hökumətə işverənlik edib. Əvvəla, siyasi şərhçi adlandırılan bu gerizəkalıya biriləri izah etsin ki, ”Ambassador" hoteli özəl mülkiyyətdir və hansısa dövlət qurumlarına heç bir aidiyyəti yoxdur".
Bir sözlə, AMİP katibi jurnalistin ünvanına təhqiramiz ifadələr yazıb və onu qərbi azərbaycanlılara patoloji nifrəti olmasında ittiham edib. Bu sözlərə A.Rəşidoğlunun cavabı gecikməyib: “Əslində nə Hüsənlinin özü, nə də ki, üstümə göndərdiyi qaragüruh bir gündə iki statusuma layiq deyillər. Lakin Əli Orucovun ağır təhqirindən sonra ağlasığmaz dəstək aldım. Yüzlərlə zəng və mesaj, şərhlərə görə əxlaqlı insanlarımıza minnətdaram”.
Bu mübahisə ilə bağlı tanınmış jurnalistlərdən, ictimai fəallardan reaksiyalar gəlib və onlar Ə.Orucovu qınayıblar.
Tarixçi Dilavər Əzimli geniş statusunda bildirib ki, bu, həm də AMİP-in millətə iç üzünü əks etdirdi: “Bütün müxalifət partiyaları bu gündədir. Bu adam Azəri təhqir edir. Onu ”işverən", ermənistanlıları daima təhqir edən adlandırır. Azər “işverən” olsaydı, indi başqaları kimi ya deputat seçilərdi, ya da imkanlı şəxs olardı".
KXCP üzvü Sahib Kərimli AMİP-lə Azər Rəşidoğlu arasında baş verənləri üzücü adlandırıb: “Partiyanın işi onu söymək deyil. Onunla polemika etmək, görüşmək, inandırmağa çalışmaq olmalıdır. Siyasətçilər olaraq tənqidə dözümlü olmalıyıq, söyməməli, söydürməməli, söyülməməliyik”.
İlahiyyatçı jurnalist Rəsul Mirhəşimli vurğulayıb ki, bir statusa etikadan kənar cavab yazmaq ayıbdır.
Ə.Orucov isə “Yeni Müsavat”a bildirdi ki, bəlkə də Azərbaycan siyasətində onun qədər mətbuata yaxın, fərq qoymayan və açıq olan, tənqidlərə dözümlü yanaşan siyasətçi çox azdır: “Həm də ona görə ki, özüm uzun müddət müxtəlif dövrü mətbuatda jurnalist kimi çalışmışam. Bu gün də millət.az saytının təsisiçisi və baş redaktoruyam. Təəssüf ki, bəzi yazarlar öz peşəsindən immunitet və yaxud toxunulmazlıq kimi yararlanmağa çalışırlar. Təhqirlə, tənqidi, aşağılamanı səhv salanlar var.
Yaxud aşırı qərəzi, kini, nifrəti bir çox hallarda açıq büruzə vermə halları var. Mən buna qarşıyam. Əgər hansısa məsələyə, hansısa siyasi liderə yanaşmada qərəz varsa, bu, jurnalistika deyil. Mənim mətbuatda ilk yazım orta məktəbin 5-ci sinfində oxuyarkən dərc olunub, yəni jurnalistika sahəsinə kifayət qədər bələdəm. Məndə təəccüb doğuran bu oldu ki, Azərbaycana təhqiri, söyüşü gətirən bəziləri bu gün özlərini aydan arı, sudan duru göstərməyə çalışdılar və mənim bir statusuma gözləmədiyim reaksiya verdilər. Siz deyildinizmi qəzetlərdən söyüş və təhqirlərinizlə düşməyənlər? Keçmişinizə baxın".
Ə.Orucov qeyd etdi ki, AMİP Mərkəzi Şurası 3 aydan gec olmayaraq keçirilməlidir: “Lakin uzun zamandır ki, bizə yer vermirdilər. Hətta özəl sektor sahibləri bu toplantını keçirməyə yer ayırmaqdan çəkinirdilər. Nəhayət ki, ”Ambassador" hotel razılaşdı. Sıradan bir işçi toplantını bu cür qeyri-sağlam tərzdə təqdim etməkdə, ermənistanlı regionunun adını yersiz şəkildə hallandırmaqda məqsəd nə idi? Eyni gündə Müsavat Partiyasının qurultayı da keçirilirdi. Niyə həmin siyasi şərhçi yazmadı ki, İsa Qəmbər qarabağlıları, Arif Hacılı zaqatalıları başına toplayıb özünü sədr elan edəcək?! Mən böyük bir regiona, onun təmsilçilərinə, üzdə olan şəxslərinə belə qısqanc və qərəzli yanaşmanın əleyhinəyəm. Regionçuluq və regionçuluq təfriqəsi salmağa cəhd edənlər xoş məramlı və xoş niyyətli ola bilməzlər. Bu tərzi Azər Rəşidoğlu bir-iki dəfə sərgiləsəydi, üstün keçmək olardı və keçilmişdi də. Amma sistemli, qeyri-peşəkar, həm də qərəzli şəkildə davam etdiyindən cavab almalıydı.
Burada da heç bir təhqirdən söhbət gedə bilməzdi. Qınağa haqqı çatmayan bir-iki nəfərin də cavablarını elə sosial şəbəkə iştirakçılarının özləri verdilər. Mənə gərək qalmadı".
Azər Rəşidoğlu: “Mən onun liderinə cavab verəcəm...”
Baş verənlərlə bağlı Azər Rəşidoğlu qəzetimizə əlavə şərh vermək istəmədi: “Əli Orucov mənim ranqımda olan biri deyil ki, ona cavab verim. Mən onun liderinə cavab verəcəm...”
Tanınmış telejurnalist, media eksperti Qulu Məhərrəmli “Yeni Müsavat”a dedi ki, siyasətçilərin tənqidə dözümsüzlüyünün bir çox səbəbləri var. Onun fikrincə, bu, cəmiyyətin ab-havası ilə bağlıdır. Q.Məhərrəmli hesab edir ki, təkcə siyasət adamları yox, məmurlar, bəzən adi vətəndaşlar da tənqidə dözümsüz olurlar: “Siyasətdə isə vəziyyət fərqlidir. Onların reytinqi, auditoriyası var. Konkret həmin hadisəyə gəlincə, Əli Orucov elə kəskin reaksiya verməməliydi. Azər Rəşidoğlu fikrini etik ifadə edən, sözünü deyə bilən jurnalistdir. Üstəlik, onun yazdığı statusdur və bir vətəndaş mövqeyidir.
Azər bəy siyasəti izləyən jurnalist kimi yanaşmasını meydana qoyub. Əli Orucov adi şəkildə etirazını bildirsəydi, o dərəcədə reaksiya doğurmazdı. Ümumiyyətlə, siyasətlə məşğul olanlar tənqidə dözümlü olmalıdırlar. Amma cəmiyyətdə həssaslığın, qıcığın adekvat olmaması ilə bağlı yaranmış bir tendensiya, təhlükədir".
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:15-10-2019, 09:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-10-2019, 09:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
Dünən, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
Dünən, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
Dünən, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Dünən, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56
Qanunlara əməl olunarsa, əmək fəaliyyəti ilə məşğul olmaq istəyən və belə hüququ olan heç bir əlil işsiz qalmaz.
13-11-2024, 10:54