reklam
Regionxeberlericom.az » Sosial » Əmək Müqaviləsinə xitam verilərkən işçilərin hansı hüquqları var

reklam

Əmək Müqaviləsinə xitam verilərkən işçilərin hansı hüquqları var










Əmək Müqaviləsinə xitam verilərkən işçilərin aşağıda göstərilən hallarda - maddi təminat və müavinət almaq hüquqları vardır:

1. "İşçilərin sayının azaldılması və ya ştatların ixtisarı" ilə əlaqədar, həmin müəssisədə bağladığı Əmək müqaviləsi üzrə iş stajından asılı olaraq orta aylıq əmək haqqının - 2 aylıq misli miqdarına qədər müavinət.

2. İşçi və işçilərin əmək şəraitinin şərtlərinin dəyişməsi ilə əlaqədar olaraq əmək müqaviləsi ləğv edilərsə orta aylıq əmək haqqının azı iki misli miqdarında.

3. Əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə; orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət.

4. İşçilər hərbi və ya alternativ xidmətə çağırıldıqda: orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət.

5. İşçilərin vəfatı ilə əlaqədar, vəfat edənin vərəsələrinə: orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət.

6. Müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar rəhbər heyətə daxil olanişçilərə: orta aylıq əmək haqqının ən azı üç misli miqdarında müavinət.

7. Əmək müqaviləsində nəzərdə tutulmuşsa, bu halda da işçilərə müavinət ödənilməlidir.

8. Kollektiv müqavilədə nəzərdə tutulmuşsa, bu halda da işçilərə müavinət ödənilməlidir.

9. İşəgötürənin təşəbbüsü və könüllü iradəsi əsasında ödənilən müavinətlər və ya əmək haqqı

10. İşçi ilə hər hansı bir razılaşma əsasında ödənilən müavinətlər və ya əmək haqqı.

11. İstifadə edilməmiş əsas məzuniyyətlərə görə kompensasiya ödənişləri.

12. Əmək müqaviləsinə xitam verilərkən İşəgötürən, AR-sı Əmək Məcəlləsində və ya razılaşmalarda olan məbləğdən az ödəyə bilməz, lakin yüksək məbləğdə ödəyə bilər.




Paylaş:


Müəllif : Tarix:
18-02-2025, 11:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər