reklam
Regionxeberlericom.az » Sosial » “Sosial yardımlarla bağlı süründürməçilik halları var”

reklam

“Sosial yardımlarla bağlı süründürməçilik halları var”



















“Ünvanlı dövlət sosial yardımlarının təyin edilməsi ilə bağlı çətinliklər və süründürməçilik halları hələ də mövcuddur”.

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Bildirilib ki, sosial yardımın alınması üçün müraciətlər “Ünvanlı yardım” (VEMTAS) altsistemi tərəfindən 15 iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Həmin Qaydalara əsasən, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə aidiyyəti üzrə tapşırıq göndərilir.

“Bu Qaydalarda dəqiq müddətin müəyyən olunmasına baxmayaraq, bir çox hallarda ailənin maddi-məişət şəraitinin müayinəsi daha uzun müddətlərdə aparılır ki, bu da sosial yardımın təyin olunmasında ləngimələrə və süründürməçilik hallarına səbəb olur”, - deyə məruzədə bildirilir. 




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 10:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər