"İşi məhkəmələrdə olan neçə məktəb direktoru var" - RƏSMƏN AÇIQLANDI
“Bu il ərzində məktəbdə müəllimlərin bir-birindən öyrənmək imkanlarına daha çox diqqət yetirməliyik”.
regionxeberlericom.az-un APA-a istinadən məlumatına görə, bunu "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib. Onun sözlərinə görə, dünyanın çox ölkəsində müəllimləri dəstəkləyici hansısa mərkəzlər, idarələr mövcud deyil. Dövlətin standartı var və bu standart dövlətin tələbidir: “Dövlət bu işlərin görülməsini gözləyir. Hər bir məktəbdə bunu etmək üçün yetəri qədər potensial var. Amma potensialın idarə olunması sistemləşdirilməlidir. Ümumilikdə məktəbdaxili peşəkar birinin verdiyi töhfə, yaratdığı imkan qədər ikinci bir imkanı axtarmaq düzgün deyil. Daxili lokomotivi işə salmaq lazımdır. Heç bir direktor bunu tək edə bilməz. Hansısa məktəbə yeni direktor gəlir və o məktəb davamlı inkişafa başlayır. Çünki orada yatmış, idarə olunmamış potensial, resurs var”.
M.Vəliyeva bildirib ki, məktəblərdə neqativ hallar hələ də davam etməkdədir: “Bir insan başqalarının yanında qaydaları pozursa, qarşısındakına "qaydalara əməl et" tələbini qoya bilməz. Bəlkə də bu gün məktəblərdə keyfiyyət göstəricilərinin aşağı olmasının, valideynlərin məktəbdən uzaq, incik düşməsinin əsas səbəblərindən biri bu cür neqativ halların olmasıdır. Təhsil naziri Ceyhun Bayramov müəllimlərin sentyabr konfransında açıqladı ki, neçə direktorun işi hüquq-mühafizə orqanlarına göndərilib. Hələ də işi məhkəmələrdə olan neçə məktəb direktoru var. Dünyada texnologiya sürətlə inkişaf edir və bu yeniliklər özünü birbaşa təhsildə biruzə verir. Bütün bunları qoyub hələ də neqativ hallarla mübarizə aparırıq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-10-2019, 17:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-10-2019, 17:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
Bu gün, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
Bu gün, 08:54
Səbail icra başçısının bələdiyyə əməliyyatı: Vüqar Zeynalov biznesmenlə niyə anlaşıb? – VİDEO
Bu gün, 08:52
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun tələblərini pozur.
7-01-2025, 19:59