Su təmizləmə qurğularında texnoloji və digər standartlar: - qurğunun standartı necə olmalıdır?
Su həyatımızın və sağlamlığımızın bir parçasıdır, hətta əsas parçasıdır desək həqiqətdən uzaq olmaz. Birbaşa su qəbulunda deyil, hətta qidalarda istifadə etdiyimiz meyvə və tərəvəzlərin belə inkişaf etməsi və bizim istifadə edə biləcəyimiz hala gəlməsi üçün suya ehtiyacı var.
Su sağlamlıqdır, amma bu maddənin sağlamlıq rəmzi olması üçün təmiz və saf olması lazımdır. Tarix boyu insanlar içdiyi suyu təmizləmək üçün yüzlərlə üsullar düşünmüş və tətbiq etmişdir. Hazırda isə texnologiya əsridir və bütün müasir texnologiyalara cavab verən su təmizləmə qurğuları mövcuddur.
Ölkədə son illərdə su təmizləmə qurğuları bazarında böyük rəqabət yaranıb. Əsas sual da burada yaranır; bu qurğular lazımdır mı? Su təmizləmə qurğularında standart nədir? Bu qurğulara necə xidmət göstərilməlidir?
Su təmizləmə qurğuları: yararlı texnologiya, yoxsa lazımsız texnika?
Ölkəmizdə gündəlik istifadə zamanı qəbul etdiyimiz su, mənbəyində təmizləmə qurğuları vasitəsilə təmizlənir və evimizə çatdırılır. Araşdırmamız zamanı məlum olur ki, bu informasiyanı bilən sakinlər su təmizləmə qurğularının yararsız, evə gələn suyun onsuz da təmiz olduğunu bildirirlər.
Lakin bunu da bilmək lazımdır ki, evə gələn su yüzlərlə kilometrlik borular vasitəsilə daşınır və çatdırılır. Nəticə etibarilə su mənsəbə (evimizə) çatdığı zaman heç də mənbəyində olduğu qədər təmiz olmur. AMEA Mikrobiologiya İnstitutunun direktor müavini Pənah Muradov da öz açıqlamasında, mənzillərə verilən suyun tərkibindən danışıb. Onun sözlərinə görə, Azərbaycanda suyun keyfiyyəti müəyyən standartlara cavab versə də, idealdan uzaqdır. "Su keyfiyyətli olsaydı, biz gedib dükanlardan filtrdən keçirilmiş su almazdıq. Su borularının çoxu köhnədir və bu da suyun çirklənmə ehtimalını artırır. Ona görə filtrdən istifadə edilməsini məsləhət görürəm." — ekspert bildirib. Ölkəmizdə əhalinin su ehtiyacını təmin edən "Azərsu"-nun rəhbəri Qorxmaz Hüseynov etiraf edir ki, şəbəkələr köhnə olduğundan mənzillərə qədər su müəyyən miqdarda çirklənmələrə məruz qalır: "Təbii ki, şəbəkələrdə köhnəlmə nəticəsində müəyyən sahələrdə çirklənmələr ola bilir. Bununla bağlı monitorinq aparırıq. İaşə müəssisələrində, məktəblərdə, uşaq bağçalarında, eyni zamanda kommunikasiyaların riskli nöqtələrində monitorinqlər həyata keçirilir. ". Araşdırmalara görə, sözügedən çatdırılma zamanı su hətta mənbədə təmizlənməmişdən öncəki halından belə daha çirkli və kimyəvi olaraq yararsız vəziyyətdə olur. Ötürücü boruların uzun müddət təmizlənməməsi, müəyyən korroziya və kimyəvi proseslər səbəbindən suyun tərkibinə orqanizm üçün yüksək səviyyədə zərərli olan bir sıra maddələr – arsenik, florür, qurğuşun və s. qarışır. Bu maddələr isə insan sağlamlığı üçün olduqca zərərlidir və uzun
müddətli qəbul zamanı xərçəng və bir sıra xroniki xəstəliklərin yaranmasına gətirib çıxara bilər.
Göründüyü kimi, su təmizləmə qurğuları əslində sağlamlığımız üçün olduqca yararlı texnologiyadır. Hazırda müştərilərə təklif olunan qurğular suyu orqanizm üçün uyğun və içməli vəziyyətə gətirir.
Su təmizləmə qurğularında texnoloji və digər standartlar: qurğunun standartı necə olmalıdır?
Qiymətindən asılı olmayaraq, hətta ən kiçik məbləğdə bir məhsul üçün belə uzun-uzadı analizlər aparır, el dili elə desək “dəyib-dəyməyəcəyini” müəyyənləşdiririk. Bəs, görəsən, sağlamlığımız üçün yararlı olan su təmizləmə qurğuları üçün standart nədir? Əldə etdiyimiz zaman hansı xüsusiyyətlərə nəzər yetirməli və seçim aparmalıyıq? Suallara cavab tapmaq məqsədilə Türkiyədə bu sahədə uzun illərdir fəaliyyət göstərən şirkətlərdən biri ilə bu mövzuda araşdırmalar apardıq və nəticəni sizə təqdim edirik.
Şirkətin verdiyi məlumata görə, su təmizləmə qurğuları 5 əsas mərhələdə proses aparır; birinci mərhələdə suyun tərkibindəki “böyük radikallar” deyilən maddələr – palçıq, pas və s. tamamilə çıxarılır, növbəti mərhələdə pis dad və qoxuya səbəb olan xlor və s. maddələr sudan ayrılır, daha sonraki prosesdə isə bu tip maddələr suyun tərkibindən tamamilə təmizlənir. Dördüncü və əsas mərhələdə su qurğunun əsas hissəsi olan membran filtrdən yüksək təzyiqlə keçərək ən kiçik ölçülərə qədər olan hissəciklər sudan tamamilə çıxarılır və saf hala gətirilir. Sonuncu mərhələdə isə suyun öz təbii dadını alması və minerallaşdırılması prosesi aparılır. Nəticədə saf və içməli su əldə etmiş oluruq. Burada sakinləri maraqlandıran əsas sual meydana çıxır; əgər bütün qurğular eyni mexanizmlə çalışırsa, biz hansı qurğuları əldə etməliyik?
Şirkət bu barədə bildirir ki, qurğuların eyni mexanizmdə çalışmasına baxmayaraq, qurğunun və qurğuya daxil olan hissələrin keyfiyyəti, həmçinin qurğuya göstəriıən xidmətin daimi və professional olması da vacibdir. Çox zaman bəzi işbazlar qurğunu daha ucuz satmaq adı ilə orijinal olmayan hissələrlə təchiz olunmuş qurğular təqdim edir, nəticədə isə bir müddətdən sonra qurğu öz xidmət qabiliyyətini itirir. Eyni zamanda onu da bildirdilər ki, qurğunun hissələrinə müəyyən zaman aralıqlarında keyfiyyətli və professional xidmət göstərilməsi həm suyun keyfiyyətinin stabil saxlanılmasında, həm də qurğunun uzunmüddətli işləməsində böyük rol oynayır.
Bu səbəbdən ailələr “ucuz” adı ilə satılan qurğulara aldanmamalı, düzgün və peşəkar xidmət göstərən şirkətlərdən qurğu əldə etməlidir. Nəzərə almaq lazımdır ki, ölkədə bu işlə məşğul olan bir sıra şirkətlər qurğunun alışdan
sonraki xidməti ilə ya ümumiyyətlə maraqlanmır, ya da qeyri-professional şəkildə xidmət göstərərək həm müştərinin sağlamlığı, həm də su təmizləmə qurğularının bazar etibarı ilə oynayır. Sözügedən məsələ ilə bağlı bu yaxınlarda AİB sədri Eyyub Hüseynov öz açıqlamasında, "Ötən həftə bizə su filtri quraşdıran şirkətlə bağlı belə bir şikayət daxil olmuşdu. Biz araşdırdıq, məlum oldu ki, su filtri satan şəxsin heç ofisi də yoxdur, internet vasitəsilə sifariş edir, gətirib insanların evinə quraşdırır, sonra da telefon nömrəsini dəyişib aradan çıxır. Biz bu şikayəti araşdıraraq zərərçəkmiş şəxsin pulunu geri qaytarmağa nail olduq." -deyə bildirmişdi. Buna görə də sakinləri aldanmamağa, bu qurğuları alarkən diqqətli olmağa dəvət edirik.
https://sputnik.az/life/20161223/408216468/bakida-menzillere-verilen-suyun-terkibi.html
http://www.xalqcebhesi.az/news.php/news.php?id=1617
https://globalnews.ca/news/3861992/halifax-auditor-general-water-safety/
https://www.who.int/news-room/fact-sheets/detail/arsenic
Paylaş:
Müəllif : Yazar
Tarix:26-03-2019, 16:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-03-2019, 16:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16