Texniki-Humanitar Liseydə bazar qanunları - İTTİHAM
Bakının Nəsimi rayonundakı direktoru Səidə Zeynalova olan Texniki-Humanitar Liseydə korrupsiya baş alıb gedir. Məlumat üçün bildirək ki, liseydə təhsil alan şagirdlərdən birinin valideyinin redaksiyamıza verdiyi ilginc faktları araşdırarkən maraqlı məqamlarla qarşılaşdıq.Belə ki, S.Zeynalova əvvəllər Qərb Universitetinin nəzdində fəaliyyət göstərən orta məktəbdə müavin işləyib və rus dili müəlliməsidir. Özünün Bakı Şəhər İcra Hakimiyyətinin yaxınlığında hər bir şəraiti olan lyüks evi, altında bahalı CİP-I və şəhərin bir neçə yerində obyektləri var. Qeyd edək ki, liseydə tədris ikinövbəlidir və ora qəbul beşinci sinifdən aparılır. Burada Azərbaycan və rus bölmələrində 44 sinifdə 1087 nəfər şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 98 nəfər müəllim məşğul olur. Hər il qəbul vaxtı ilk öncə direktor liseyə qəbul olmaq istəyən şagirdləri özü testdən keçirir və biliyi olmayan şagirdlərin valideyinləri ilə anlaşma aparır ki, sizin uşağı 1500 manatın müqabilində ikinci mərhələdə qəbul edəcəm. Direktor birinci mərhələdə Baş Təhsil İdarəsindən komissiya təşkil edir və onların iştirakı ilə əvvəlcədən seçdiyi şagirdlərdən imtahan götürür. Onlar gedəndən sonra pullu şagirdləri Baş Təhsil İdarəsindəki havadarlarının vasitəsi ilə ikinci etapda liseyə qəbul edir. Şagirdlər inciməsinlər, amma bütün müşahidələr belə düşünməyə əsas verir ki, onların heç birindən Azərbaycanın gələcək tərəqqisi üçün töhfə gözləməyə dəyməz. Çünki həmin şagirdlər bu gün təhsil aldıqları məktəbin onların valideynlərindən qopardığı rüşvəti, sabah işləyəcəkləri sahələrdən oğurlamağa borclu düşürlər – bu, bir aksiomadur.
Səidə Zeynalovanın , V-IX siniflərin şagirdlərindən illik 30 manat, X-XI sinif şagirdlərindən illik iki dəfə artıq, yəni hərədən 60 manat “fond pulu” yığılır. 1 stəkan çayın 20 qəpiyə satıldığı bufet direktora aylıq 400 manat haqq verir. Müəllimlər elə məktəbdəcə repetitorluq fəaliyyəti ilə məşğuldurlar. Repetitor-müəllimlər hazırladıqları hər şagirddən aldıqları puldan ayda 10 manat direktora verirlər. Bu hal elə təsəvvür yaradır ki, liseydə təhsil pulludur. İkinci növbədə dərslər qaydasında keçirilmir. Bölünməli olan fənlər (rus bölməsində Azərbaycan dili, xarici dil; Azərbaycan sektorunda rus dili, xarici dil) bölünmür, çünki sinif çatmır. Siniflərdə I növbənin müəllimləri II növbədə repetitorluq edirlər.
5-ci dərs saatından sonra X-XI sinif şagirdləri evə buraxılırlar, onlara VI-VII dərslər keçilmir, lakin müəllim keçmədiyi dərs saatlarının pulunu alır. Fond pulunu da yuxarı sinif şagirdləri ona görə artıq verirlər ki, direktor onları 5-6, hətta 8-ci saatlardan azad edir. Bildirilir ki, bayramlarda, ad günlərində direktor özünə və müavinlərinə pul yığdırır. Məsələn, müəllimlər günü ilə əlaqədar hər uşaqdan 50 manat toplanıb. Qeyd olunur ki, sinif rəhbərləri şagirdlərdən pulu valideyn komitəsinin əli ilə yığıb “pay-püşk” edir: Direktora – 100 manat, müavinlərin hər birinə – 50 manat, 2 fəndən dərs deyən müəllimlərə 40-50 manat arası, 1 fəndən dərs deyən müəllimə 30 manat, qalanı isə sinif rəhbərinin özünə çatır. Bütün bunlar hələ harasıdır, 2000 manat verib tədris ili boyunca yerli-dibli dərsə gəlməyən şagirdlər də vardır. Onlara qayıb yazılmır, qiymətləri yazılır. Bundan başqa, direktor ilin əvvəlində dərs bölgüsü zamanı müəllimlərə fakültativ dərslərin hər 3 saatını 50 manatdan satıb. Bu keçirilməli olan dərslərin əslində heç biri keçirilmir, sadəcə, jurnala mövzunun adı yazılır.
Mənbəmiz onu da bildirir ki, bəzi şagirdlər(etika xatirinə adları yazmırıq, ancaq adlar bizə məlumdur) həftədə heç bir gün gəlmədiklərinə görə direktora 200 manat ödəyirlər. XI «a» sinfindən də bir neçə şagird direktordan repetitor yanına getdikləri günlər üçün icazə alıblar. XI «e» sinfindən bir neçə şagird direktora pul verib dərsə gəlmədiyi halda müəllimlər ona qiymət yazmağa məcburdurlar. Həftədə 3 gün dərsə gəlməyən daha bir şagird də 800 manat veribAldığımız məlumatlara görə liseydə baş alıb gedən qanunsuzluqlara, özbaşınalıqlara “yuxarıdan” dəstək verən şəxs birbaşa təhsil naziridir. Bunu Səidə xanımın öz yaxın ətrafına dediyinə görə Prezident Administrasiyasında işləyən qohumu keçmiş təhsil naziri Mikayıl Cabbarova məcburi qaydada onu bu vəzifəyə təyin etdiribdir. Yeni nazir Ceyhun Bayramov da bunu bildiyindən ona toxuna bilməz. Toxunulmazlığından ruhlanan S.Zeynalova təkcə bu il şagird qəbulundan 150.000, məktəbli formasının satışından isə 80.000 manat qazanc əldə etmişdir. Bu rəqəmlərə yuxarıda sadaladığımız pul yığımlarını da əlavə etsək direktorun oliqarxa çevrilməsinə az qaldığına şübhımiz belə olmaz.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq. //bizimdovr.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:19-10-2019, 10:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-10-2019, 10:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07