Bakıda 20 milyonluq “xarabalıq”... - İşgəncə ilə ələ keçirilən Ticarət Mərkəzinin son durumu
Bakının Qaradağ rayonunda “Sədərək” və “Binə” ticarət mərkəzlərinin yaxınlığında yerləşən “Karvansaray” ticarət mərkəzinin tikintisi aparılan zamanlarda buranın ölkənin 3 ən böyük alış-veriş mərkəzindən birinə çevriləcəyi haqda söhbətlər dolaşırdı. Rəqib TM-nin sahiblərinin müflis olacağı, onlara ən böyük rəqibin yarandığı deyilirdi. Amma...
Bura yeni açılan zamanlarda digər TM-lərdə çalışan tacirlər icarə haqqının ucuz olmasına görə buraya gəlməyə başladılar. Dükanlar, mağazalar tez bir zamanda dolmağa başladı. Şirkətlər burada ən böyük mağazalarını açdılar. İcarə haqqı az olduğu üçün qiymətlər də ucuz idi. Proses buranın çox uğurlu olacağını göstərirdi, lakin ticarət mərkəzi özünü doğrultmadı.
Bir tərəfdən onun yaxınlığındakı iki nəhəng bazarın olması, digər tərəfdən buranın sahiblərinin çoxluğu daxili mübahisələrə yol açdı və “Karvansaray”ın uğursuz proyekt olması ilə nəticələndi. İndi isə “lələ köçüb, yurdu qalıb”. Burada işləmək nə sahibkarlar üçün əlverişlidir, nə də obyekt alıb, icarəyə vermək…
Müştərilərin isə “Binə” və “Sədərək” bazarlarından çıxıb, “Karvansaray”a üz tutması nadir hallarda baş verir. Onlar istəsələr belə, burada ala biləcəkləri bir şey yoxdur. Bəzən buraya nəsə almağa gələn olur, onlar da balıqçı dükanına üz tutanlardır. Digər mağazalar bağlı və ya anbar kimi istifadə edilir. Bəzi mağazalar isə şüşəsi qırıq halda, baxımsız durumdadır. Rəqib olması gözlənilən “Karvansaray” indi onların anbarına çevrilib.
Bu bazarın başı əvvəldən bəlalıdır. Ondan çox sahibkarın bir araya gəlib, pul yatırıb, işə başlaması, sonradan aralarında yaranan narazılıq TM-ni uğursuzluq yoluna itələyən zamanda kənar əllərin kölgəsi başlarının üstünü kəsdirdi.
Belə ki, yerli mediada gedən yazılarda vurğulanır ki, “Karvansaray” ticarət mərkəzi sahiblərindən 2012-ci ildə zorla və işgəncələrdən sonra alınıb. Ticarət mərkəzində payı olmuş Elşən Kərəmoğlu istintaqa ifadələrində deyib ki, “Karvansaray” MMC-ni 20-yə yaxın sahibkar 2010-cu ildən tikdirməyə başlayıb. Tikintiyə ümumilikdə 20 milyon manata yaxın vəsait qoyulub. 2012-ci ilin əvvəllərində ləğv olunmuş keçmiş MTN-nin hazırda həbsdə olan generalı Akif Çovdarov “Karvansaray” MMC-nin rəhbəri Nizami Quliyevdən sabiq nazir Eldar Mahmudov üçün 20 mağaza istəyib. Amma sahibkarlar A.Çovdarovun istəyini yerinə yetirməyib. Mağazaları verməyən sahibkarların qara günləri də elə bundan sonra başlayıb. Ticarət mərkəzini tikən podratçı şirkətin rəhbərliyinə qarşı sahibkarlardan MTN-ə şikayət yazdırıblar.
Bundan sonra Akif Çovdarovla müttəhimlər kürsüsünü bölüşən işçisi Səlim Məmmədov 2 ay ərzində ticarət mərkəzində yoxlama aparıb. Sahibkarların podratçı şirkətə 4 milyon pul ödəməli olduğu haqda saxta sənəd hazırlanıb. Həmin borcu isə sonradan 40 mağaza ilə əvəzləyiblər. Sahibkarlar düşünüblər ki, bununla problemləri bitib və mərkəzin açılışına hazırlığa başlayıblar. Lakin yenidən ticarət mərkəzinin qapısında MTN-çilər peyda olublar.
Bu dəfə “Karvansaray”ın rəhbəri heç bir əsaslı səbəb olmadan MTN-ə, Akif Çovdarovun, ardından isə MTN-də nazir müavini olmuş Hilal Əsədovun hüzuruna aparılıb. Ondan ticarət mərkəzini təhvil verib, kənarlaşması tələb edilib.
Sahibkarın istintaqa dediklərindən: “Bizim MMC-nin rəhbərini Akif Çovdarov yanına çağırıb, təhqir edirdi, söyürdü. Növbəti gün də Hilal Əsədov bunu təkrar edirdi. 8 aylıq dəhşətlərdən sonra ”Karvansaray” MMC-nin təsisçilik hüququ Eldar Mahmudovun yaxın qohumu Dilrübə Məhəmməd qızı İmranovanın adına keçdi.
Dedilər ki, Dilrübə İmranova Eldar Mahmudovun həyat yoldaşının əmisi qızıdır. Dilrübə İmranova ora gəlib-getmirdi. Məni də icraçı direktor vəzifəsindən çıxarıb, ora Natiq Hümbətovu qoydular. Dedilər ki, Natiq Hümbətov Akif Çovdarovun bacısı oğludur. Bütün əmlakımızı əlimizdən aldılar, özümüzü də çöllərdə qoyublar”.
Hazırda qeyd etdiyimiz kimi bura sahibsiz halda qalıb. TM-nin bir hissəsi dayanacaq, digər hissəsi anbar kimi istifadə edilir. Kiçik bir hissədə 3 mağaza var. İkisi balıqçı dükanı kimi, digəri isə market olaraq fəaliyyət göstərir.
Vaxtı ilə buradan mağaza alan və ya icarəyə götürənlər müflis olub. Bəziləri hələ də banklara kredit ödəyir, bəziləri malını eləcə mağazada saxlayıb, bəziləri isə “Sədərək” və ya “Binə” TM-də yer götürərək, orada işinə davam edib.
“Karvansaray”ın karvanının nə zaman yola düşəcəyi bəlli deyil. Bəlli olan budur ki, E.Mahmudov işindən çıxarılıb, A.Çovdarov həbsdə, bazar onların qohumlarının nəzarətində, ticarətçilər isə müfis vəziyyətdə…
musavat.com
Paylaş:
Müəllif : Yazar
Tarix:22-10-2019, 15:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-10-2019, 15:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
Dünən, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
Dünən, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
Dünən, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Dünən, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56
Qanunlara əməl olunarsa, əmək fəaliyyəti ilə məşğul olmaq istəyən və belə hüququ olan heç bir əlil işsiz qalmaz.
13-11-2024, 10:54