reklam
Regionxeberlericom.az » Sosial » Sahil Babayevin işçilərinə qarşı SƏRT İTTİHAMLAR - Müraciət...

reklam

Sahil Babayevin işçilərinə qarşı SƏRT İTTİHAMLAR - Müraciət...

Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəyli küçəsi, ev 68, mənzil 24-də yaşayan Səfərov Ramiz Ələsgər oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə, eləcə dəd digər aidiyyatı qurumların rəhbərlərinə müraciət edən şikayətçi yazır:

“Mən, 1960-cı ilin avqustun 1-də Ucar rayonun Bərgüşad kəndində anadan olmuşam. Hazırda 59 yaşım tamam olmuşdur.

1977-ci ilin avqustun 31-dən Bakı Dəniz Liman flotda “Dəniz çirklənməsinə qarşı mübarizə üzrə nəqliyyat işçisi kimi əmək fəaliyyətinə başlamışam. 1978-1980-ci illərdə hərbi xidmətimi başa vurub, Bakı Dəniz Limanında doker mexanizator kimi əmək fəaliyyətimi davam etdirmişəm. Və bu vəzifədə müxtəlif dərəcələrdə 1994-cü ilədək çalışmışam. 1994-2006-cı ilədək yenə həmin idarədə hərbiləşdirlmiş mühafizə dəstəsundə 2012-ci ilədək müxtəlif sahələrdə işimi davam etdirmişəm.

Hal-hazıradək fasiləsiz olaraq İdarənin təmir-tikinti və texniki xidmət depertamentində əmək fəaliyyətimi davam etdirirəm. Fasiləsiz olaraq 41-ci ildir ki, əmək fəaliyyətim olub. Bu 41 ilin 13 ilini xüsusilə ağır kateqoriyalı işlərdə əmək fəaliyyətim olmuşdur. Yəni bu gün ən azı 40 il sığorta stajına malikəm və bu müddətin ən azı 13 ilini fasiləsiz olaraq xüsusi ağır işlərdə əməklə məşğul olmuşam. Fərdi hesabımın sığorta hissəsində qeydə alınmış pensiya kapitalım əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatım var. Ona görə də əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq istəyirəm.

Mən də bir Azərbaycan vətəndaşı olaraq aşağıda qeyd edilən və qanunların icazə verdiyi halda güzəştli şərtlərlə pensiya hüququndan istifadə edib, pensiyaya çıxmaq istəyirəm:

“Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir.

Buna baxmayaraq ƏƏSMN-yi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat idarəsi 21 may 2019-cu il tarixli “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” barədə ərizəmə əsassız cavab olaraq 20 iyul 2019-cu il tarixli məktubla bildirmişlər: “Təqdim etdiyiniz sənədlərdə sizin əmək fəaliyyəti ilə məşğul olduğunuz doker-mexanizator peşəsi Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 N-li siyahısında nəzərdə tutulmamışdır”.

Hesab edirəm ki, nazirliyin idarəsinin cavab məktubu aşağıda qeyd etdiyim qanunvericiyin tələblərinə görə tam əsassızdır. Belə ki, Nazirliyin Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat idarəsi rəhbərliyi “Əmək pensiyaları haqqında” Azərbaycan respublikası Qanunun 9.8-ci və 9.1-ci maddələrini təkrar-təkrar oxumalarını və ğyrənmələrini tövsiyə edirəm.

Bir daha nazirlik əməkdaşlarına xatırlatmaq istərdim ki, işlədiyim “doker mexanizatorları” vəzifəsi AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 N-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 2 nömrəli Siyahısı”nda qeyd olunmasa da , AR Nazirlər Kabinetinin 06.10.2008-ci il tarixli 236 N-li qərarı ilə “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” təsdiq edilməsi barədə AR Nazirlər kabinetinin 2007-ci il tarixli12 N-li qərarına 21 saylı bölmnin 21.2 bəndinin “C” yarımbəndinə əlavə edilmişdir. Deməli, bu hal mənim hüquqi vəziyyətimi yaxşılaşdırdığından onun mənə münasibətdə geriyə qüvvəsi tətbiq olunmalı və bununla da mənə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Həmin normanın mənə tətbiq olunması sosial ədalət prinsipinə də uyğundur.

Göründüyü kimi, hər iki hal mənə münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunun 13-cü maddəsinə əsasən mənə 57 yaşım tamam olduğu tarixdən, yəni 01.08.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi.

Bütün mövcud qanunvericiliyin göstəricilərinə əsasən mənə 19.02.1981-ci ildən 09.11.1983-cü il qədər və 13.03.1984-cü ildən 06.10.1994-cü ilə qədər işlədiyim dövrü güzəştli iş stajına daxil edilməklə 57 yaşım tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli idi. Lakin çox təəssüflər olsun ki, Nazirliyin Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat idarəsi rəhbərliyi bilərəkdən, şüurlu surətdə qanunvericiliyin əksinə olaraq, qanunları qəsdən səhv təfsir edərək 20 iyul 2019-cu il tarixli rəsmi cavabları ilə Nazirliyin Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat idarəsi rəhbərliyi qarşısını almışlar.

Çox hörmətli cənab Prezident!

Hesab edirəm ki, mənim timsalımda digər insanlara qarşı güşəştli şərtlərlə pensiya təyin olunmasının qarşısını bilərəkdən almış Əmək və Əhalinin Sosial Təminat Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat idarəsi rəhbərliyi tezliklə qanunazidd hərəkətlərinin qarşısı alınmalı, qanunvericiliyə uyğun olaraq mənə güzəştli şərtlərlə pensiya təyin olunmalıdır. Odur ki, Sizdən xahiş edirəm qanunvericiliyə uyğun olaraq mənə güzəştli şərtlərlə pensiya təyin olunmasına köməklik göstərəsiniz. Əvvəlcədən təşəkkür edirəm”.
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //Hurriyyet.org//


Paylaş:


Müəllif : Tarix:
22-10-2019, 15:48
Sikayət   


loading...
Загрузка...