reklam
Regionxeberlericom.az » Sosial » İş adamları “GünayBank”ı necə çətin duruma salıb... - Krediti qaytara bilmirlər...

reklam

İş adamları “GünayBank”ı necə çətin duruma salıb... - Krediti qaytara bilmirlər...


«GünayBank» kredit verdiyi iş adamlarının yarısı bankın pulunu qaytara bilmir.

regionxeberlericom.az FED.az-a istinadən xəbər verir ki, bankın iş adamlarına ayırdığı kreditlərin yarısının qaytarılmasında problem var.

Bu ilin 9 ayının nəticələrinə görə, “GünayBank” 161 milyon 703 min manat kredit verib. Bankın kredit portfelinin 132 milyon 824 min manatı müştərilərə verilən xalis kreditlər təşkil edir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,91% azdır.

Bank kredit portfelinin 149 milyon 967 min manatını paytaxtda verib ki, bu kreditlərin də 73 milyon 899 min manat və ya 49,27%-i nin vaxtı keçmiş kreditlər təşkil edir.

«GünayBank» kredit portfelindən 125 milyon 074 min manatını və ya 77,34%-ni biznes sahəsinə, 2 milyon 003 min manatını istehlak kreditlərinə, 34 milyon 624 min manatı isə daşınmaz əmlak sahəsinə verib.

Kreditlərin bölgələr üzrə bölgüsünə baxdıqda isə görürük ki, paytaxtadan sonra bank ən çox krediti Abşeronda verib.

Belə ki, Abşeronda bank 6 milyon 580 min manat kredit verib ki, bukreditlərin də 2,40 min manatının vaxtı keçib. Sumqayıt şəhərinda verilən 5 milyon 003 min manatının isə 33,70 min manatının vaxtı keçib.

Şabranda 150 min kredit verilib. Göyçayda isə 2,30 min manat kredit verilib. Xoşbəxtlikdən bu iki bölgədə verilən kreditlərdə bank üçün problem yaşanmayıb. Digər bölgələrdə isə bank kredit verməyib.

Bankın kredit portfelinin məbləğ , bölgə və sahə bölgüsünə nəzər saldıqda görürük ki, bank məhz ən çox krediti Bakıda biznes sahəsinə verib. Lakin kreditlərin əksəriyyətinin qaytarılmasında problemlər yaşanır.


Paylaş:


Müəllif : Tarix:
25-10-2019, 09:42
Sikayət   


loading...
Загрузка...