Qərbdən Azərbaycan müxalifətinə maliyyə dəstəyi verilirmi... - İLGİNC
Zaman-zaman Qərbdən Azərbaycan müxalifətinə maliyyə dəstəyinin göstərildiyi barədə iddialar meydana çıxır. Milli Şuranın 19 oktyabrda keçirdiyi icazəsiz aksiyadan sonra bu haqda fikirlər yayılır.
Konkret olaraq, müxalifətin bu kəsiminə gizli şəkildə müxtəlif yollarla Qərbdən maliyyə dəstəyi verildiyi iddia edilir. Məhz bu səbəbdən Bakının mərkəzində o formada gərginlik yaradıldığı ehtimal olunur. Qərbdə, Avropada fəaliyyət göstərən anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı təzyiq etmək üçün bu cür yollarla əldə etdiklərinə dair mülahizələr səslənir.
Qeyd edək ki, indiyə qədər Qərbdən Azərbaycan müxalifətinə ayrılan maliyyə yardımları ilə bağlı bəzi zamanlarda faktlar belə meydana çıxıb. 2005-ci ildə “narıncı inqilab”ın baş verməsi üçün Qərbdən ölkə müxalifətinə axan pullar hələ də yaddaşlardan silinməyib. Eləcə də 2013-cü ilin martında Azərbaycanda “feysbuq inqilabı”nın baş verməsi üçün ayrılan 2 milyon da unudulmayıb. Soros Fondu ilə bağlı faktları isə sadalamağa ehtiyac yoxdur.
YAP-çı deputat Elman Nəsirov mövzu ilə bağlı danışarkən öncə ABŞ-Azərbaycan münasibətlərində heç bir problem olmamasına toxundu: “Ara-sıra belə məlumatlar Kütləvi İnformasiya Vasitələrində yayılır. Ancaq heç zaman əldə dəqiq məlumat, fakt olmadan hər hansı bir hadisə ilə bağlı fikir söyləməyin əleyhdarıyam. Sadəcə, onu söyləyə bilərəm ki, burada yanaşma düzgün olmalıdır. ”Amerika və onun ali siyasi rəhbərliyi Azərbaycan əleyhinə işlər gördü, müəyyən addımlar atdı" kimi yanaşmaları qəbul etmirəm. Ona görə ki, Azərbaycan-ABŞ münasibətləri strateji xarakter daşıyır. Bunun təsdiqi kimi Amerika prezidenti Donald Trampın cənab prezident İlham Əliyevə son ünvanladığı məktubların mətni ilə tanış olsaq, bu qənaətə gəlmək olar. Tramp dəfələrlə qeyd edib ki, Azərbaycan bu gün regionun güclü dövlətidir, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan beynəlxalq sülhə və təhlükəsizliyə çox ciddi töhfələr verir və Amerikanın ən yaxın tərəfdaşıdır. Biz bunların şahidiyik. Eyni zamanda onun da fərqindəyik ki, Birləşmiş Ştatlarda Konqresdə kifayət qədər çoxlu ermənipərəst siyasi qüvvələr var. Hətta orada Ermənistanın dostu qrupu fəaliyyət göstərir. Konqres və Senatda Azərbaycan əleyhinə təbliğat aparan, müəyyən qanunların qəbuluna çalışmaq istəyən qüvvələr var. Bu hər kəsə bəllidir. Eyni zamanda ermənipərəst qüvvələrin əlaltısına çevrilmiş QHT-lər var. Bunlar da mütəmadi olaraq, Azərbaycanın daxili işlərinə qarışmaq, ölkəmizi ləkələmək, qaralamaq kimi kampaniya aparıblar. Yenə də söyləyirəm ki, burada söhbət Amerika və onun siyasi rəhbərliyindən getmir. Bir daha vurğulayıram ki, Azərbaycan-ABŞ münasibətləri strateji xarakter kəsb edir. Sadəcə olaraq, bu ölkənin daxilindəki ermənipərəst qüvvələrin ölkəmiz əleyhinə apardıqları kampaniyanın şahidi oluruq. Ona görə də 19 oktyabrda radikal müxalifətin keçirməyə cəhd etdiyi qeyri-qanuni aksiyaya dəstək verilmə faktları üzə çıxarsa və bu faktlar təsdiqini taparsa, təbii ki, biz bunun əleyhinəyik, biz bunu pisləyirik, Azərbaycan ictimaiyyəti bunu pisləyir. Bu birbaşa Azərbaycanın daxili işlərinə qarışmaq anlamına gələr. Ancaq bu faktlar gərək təsdiqlənsin. Təəssüflər olsun ki, Amerika daxilində Azərbaycan əleyhinə fəaliyyət göstərən ermənipərəst və onların himayə etdiyi qüvvələr var".
Deputat gələcək baxımından müxalifətə Qərbdən dəstəyin gəlmə ehtimallarının olub-olmadığına da toxundu: “Münasibətlərin strateji xarakter daşıması bilirsiniz nə deməkdir? Fundamental məsələlərdə mövqelərimiz üst-üstə düşür. Birləşmiş Ştatlar üçün həyatı əhəmiyyətli məsələ beynəlxalq terrorizmə qarşı mübarizədir ki, bu mübarizəyə Azərbaycan böyük töhfələr verir. Bilirsiniz ki, Azərbaycan Amerikanın sülhməramlı əməliyyatlarına dəstək verir. Sülhməramlılarımız Əfqanıstanda xidmət edir. Eyni zamanda Azərbaycanın hava məkanından müəyyən dərəcədə yükdaşımalar üçün istifadə edilir. Avropanın enerji təhlükəsizliyinə ölkəmizin verdiyi töhfələr hər kəsə məlumdur. Bunları Amerika yaxşı görür. Azərbaycan prezidentinə gələn məktublarda bunlar öz əksini tapır. Bütün bunlardan çıxış etsək, dövlət səviyyəsində radikal müxalifətə dəstək ola bilməz. Bu Amerikanın region, Cənubi Qafqaz, Azərbaycanla bağlı siyasətinə daban-dabana ziddir. Maraqlar onu tələb edir ki, Azərbaycana qarşı hər hansı bir təxribatçı addım olmasın. Birləşmiş Ştatlarda siyasətin rəngləri müxtəlifdir. Trampın öz əleyhinə nə qədər siyasi qüvvələr var. Onu impiçmentlə hədələyirlər. Həmin siyasi dairələr, ermənipərəst qüvvələr tərəfindən gələcəkdə Azərbaycan əleyhinə müəyyən təxribatçı addımların atılması istisna edilmir. Amma bunlar Bakı-Vaşinqton arasında strateji xarakter daşıyan münasibətlərə əngəl törədə bilməz. Bir faktı deyim ki, ABŞ, Rusiya və NATO-nun ali siyasi rəhbərliyi düz beş dəfə 2017-ci ildən bəri görüşlər keçiriblər. Təsəvvür edin ki, bunun beşi də Bakıda baş tutub. Bu nə deməkdir? Əgər Azərbaycan hakimiyyətinin yeritdiyi siyasətdən, onun atdığı addımlardan, demokratiyanın inkişafı istiqamətində gördüyü işlərdən və digər bu kimi amillərdən narazı qalsaydılar, Azərbaycanı qeyri-sabit ölkə hesab etsəydilər, cənab prezidentin siyasətini bəyənməsəydilər, təbii ki, bu görüşlər olmazdı. Bütün bunlar onu göstərir ki, Azərbaycan və onun rəhbərliyinə xüsusi rəğbət var. Bütün bunların sayəsində həmin beş görüş paytaxtımızda keçirildi”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:25-10-2019, 12:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-10-2019, 12:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
Dünən, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
Dünən, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
Dünən, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Dünən, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56
Qanunlara əməl olunarsa, əmək fəaliyyəti ilə məşğul olmaq istəyən və belə hüququ olan heç bir əlil işsiz qalmaz.
13-11-2024, 10:54