reklam
Regionxeberlericom.az » Sosial » “Azərbaycanda sovet təfəkkürünün tam ləğvi baş verir” - VİDEO

reklam

“Azərbaycanda sovet təfəkkürünün tam ləğvi baş verir” - VİDEO


“Prezident kadr dəyişmir, hökuməti dəyişir. Hətta mən deyərdim ki, Azərbaycanda sovet hökuməti təfəkkürünün tam ləğvi baş verir”.
regionxeberlericom.az xəbər verir ki, bunu Real TV-nin rəhbəri Mirşahin Ağayev deyib. O, bildirib ki, sosializm ideologiya kimi əhəmiyyətini itirərərk, sosial həyat tərzi mahiyyətinə keçir.

“Əliyev səmimidir. Hər kəsin anlaya biləcəyi bir tərzdə izah edir, öz siyasətini anladır. Köhnələrlə nəzakətlə vidalaşır. Amma onların yeni zaman saatından geri qaldıqlarını da cəmiyyətə çatdırmaqdan çəkinmir. Yeni təfəkkür üçün qəbul edilməz reallıqların üzıərinə çılğın, amma soyuqqanlı görünərək gedir”.

M. Ağayev Azərbaycan siyasətinin kifayət qədər nüfuzlu fiquru, bütün bir epoxanın simvolu sayılan Raiz Mehdiyevin vəzifədən azad edilməsindən də danışıb: “İlham Əliyev patriarxı qəbul edərkən geniş danışdı, onun layiqli qiymətini verdi, bütün bunlar öz yerində, amma dövlət başçısının çıxışının bir yeri var ki, orda dayanmaq istərdim:

İlham Əliyev: Heydər Əliyev tərəfindən Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunmusunuz və bu çox önəmli və məsul işdə böyük nailiyyətlər əldə etmisiniz. Son 16 il ərzində isə biz birlikdə işləyirik. Demək olar ki, hər gün əlaqədəyik, gündə bir neçə dəfə təmasdayıq. Ölkəmizin uğurlu, hərtərəfli inkişafında sizin çox böyük və danılmaz rolunuz var. Mənim sizə böyük hörmətim var. Siz həmişə dövlətçiliyi hər şeydən üstün tutmusunuz və bu gün Azərbaycan dövləti inkişaf edir, qarşıda duran bütün vəzifələr icra olunur. Bu vəzifələrin icrasında sizin böyük rolunuz vardır.

Ancaq həyat yerində durmur, artıq yaşınız səksəni keçib və siz də həmişə deyirdiniz ki, biz gərək gəncləri irəli çəkək, gənclərə yol verək, onlar da yetişsinlər ki, bizim inkişafımız uzunmüddətli olsun. Gənclər elə yetişməlidir ki, gələcəkdə onlar ölkəmizi layiqincə idarə edə bilsinlər. Gənclər milli ruhda tərbiyə olunmalıdır. İndi siz də yaxşı bilirsiniz, bu qloballaşma adı altında demək olar ki, bəzi ölkələrin, xalqların milli mənliyi elə bil, silinmək təhlükəsi ilə üzləşib. Qloballaşma adı altında eyniləşmə gedir, bəzi xalqlara yad olan dəyərlər aşılanır və biz buna müqavimət göstəririk. Biz elə gənclər yetişdirməliyik ki, onlar Vətənə, xalqa bağlı olsunlar, müstəqilliyi hər şeydən üstün tutsunlar. Ona görə də gənc kadrların qabağa çəkilməsi onlara imkan verir ki, həm təcrübə toplasınlar, həm də artıq yaşlı kadrlar öz məsləhətlərini verməklə onları düzgün yola istiqamətləndirirlər”.

Beləliklə, struktur islahatlarının aparılmasının əsas şərti fiziki və mənəvi gəncləşdirmədir və Prezident həftə ərzində bunu bir neçə yerdə elan etdi. Ramiz Mehdiyevin cavabında da yeni şəraiti dürüst anlayan qocaman, müdrik bir siyasətçinin boy verdiyini gördük:

Prezident Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin çıxışını təqdim edirik.

“Siz müstəqil Azərbaycanın dövlət qulluğu sisteminin yeni bir sivil ənənəsini yaratdınız. Bu gün bütün Azərbaycan cəmiyyəti uzun müddət Azərbaycan dövlətçiliyinə xidmət göstərmiş, dövlət qulluğu sistemində məsuliyyətlə və sədaqətlə çalışmış yüksək vəzifəli şəxslərin ölkə Prezidenti tərəfindən hansı hörmət və izzətlə yola salınması prosedurundan danışır. İnanıram ki, bu ənənə gələcəkdə də dövlət-cəmiyyət münasibətlərində öz xoş izlərini buraxacaq. Bu ənənə vəzifəyə təyin olunan insanlar üçün hansı xoş əhval-ruhiyyəni bəxş edirsə, vəzifəsini başa vurub təqaüdə gedən insanlar üçün də eyni xoş ovqatı aşılayacaqdır. Bu ənənəni yaratdığınız üçün, cənab Prezident, Siz böyük şəxsiyyət kimi bir daha ucaldınız”.

Və burda bir məsələ üzərində dayanmaq istərdim. Prezidentin kadr islahatlarını sadəcə qocalığa işarə ilə şərh etmək kimi səthi, yüngül bir yanaşma görürəm. Filankəs getdi, filankəs qaldı, adamların pasportunda eşələnmək kimi qeyri-ciddi yanaşmalar Nəsimi ilini Afət Fərmanqızının mahnısı səviyəsində qavramaq kimidir.

İndiki halda nəzərə alsaq ki, qocalıq həm də uşaqlıqdır, ləyən qarışıq atmaq kimi tendensiyanı cəmiyyətə aşılamaq olmaz. Qocalar həm də peşəkarlardır. Prezident yaşlılara istefa vermiş yaşıdlarından nümunə götürməyi tövsiyə edib və yalnız tövsiyə edib. Bu tövsiyəni dövlət başçısının pensiyaya ərizə yaz! Şifahi sərəncamı kimi təqdim və təlqin etməyi məsləhət görməzdim”.

“Ola bilsin ki, kənardan Prezidentin çıxış və qəbulları ətrafında çox dayandığım qabarıq görünür. Bəli. Bu belədir, çünki, Prezident mənə təkcə Dövlət başçısı kimi yox, eyni zamanda mühüm addım, hərəkət və müxtəlif məqamlardakı çıxışları ilə vahid xətt, kamil bir platforma kimi maraqlıdır. Onun dəyişikliklıər anonsunu, menecmenti yeni formaya keçirdiyini izah edərkən mənə maraqlı gələn bir detalı da qeyd edim.

Düşünürəm ki, Prezidentin ayrı-ayrı məmurlarla görüşdə kostyumsuz, daha doğrusu pencəksiz olması da yeni formaya keçidin anonsudur. Hər halda belə zənn etmək olar. Yeni məzmun üçün yeni forma. Və ya xalqa daha bir köynək yaxın olmaq”.



Paylaş:


Müəllif : Tarix:
28-10-2019, 09:07
Sikayət   


loading...
Загрузка...