"Başçı gəlib, vədlər verib, getdi” - GİLEY
"Ötən qış qapımızdakı axırıncı çinarı da kəsib, yandırdıq... Bu qışı nə bir metr odun var, nə də odun almağa pul...” DİA.AZ bildirir ki, Yevlaxın Bəydili kənd sakinləri TV-yə kəndin problemlərindən danışıb.
Bəydilidə təxminən 110 yaşayış evi var. Əhalisinin sayı 700 civarındadır. Kəndin əsas problemləri qaz, yol, məktəblə bağlıdır. Sakinlərin deməsinə görə, rayonun demək olar ki, bütün kəndləri qazlaşdırılıb. Qazlaşdırılmayan tək-tük kəndlər qalıb ki, bunlardan biri də Yevlaxla Mingəçevirin arasında yerləşən Bəydilidir.
Kənd sakini İradə İsmayılova: "Sovet vaxtı kənddə qaz olub, 1994-cü ildə ölkənin hər yerində olduğu kimi, bizim kəndə də qaz verilişi dayandırılıb, sonradan bərpa olunmayıb. Qaz xətləri də kəsilib, satılıb. Hazırda kəndin dörd tərəfində yerləşən qonşu kəndlərdə qazlaşma işləri aparılıb. Bircə bizim kəndə çəkmirlər. 2015-ci ilin noyabrında qonşu kəndlərdən birində mavi yanacağın verilməsi ilə bağlı mərasim keçirilirdi, bizim kəndin ağsaqqalları yığışıb getdi, həmin mərasimdə iştirak edən məmurlara narazılığını bildirdi. İcra hakimiyyətinin başçısı söz verdi ki, 2016-cı ilin birinci kvartalına qədər Bəydili də qazlaşdırılacaq. 2019-cu ilin sonuncu kvartalıdır, hələ də ortada heç nə yoxdur”.
Sakinlərin sözlərinə görə, bu ilin aprelində "Azəriqaz” ASC-nin nümayəndələri kənddə olub, qazlaşdırma aparılacağını deyərək evləri siyahıya alıblar, ancaq elə o gedəndirlər, bir daha kənddə görünməyiblər. Qarşıdan gələn qışın istiliklə bağlı qayğıları indidən kənd sakinlərinin canına üşütmə salıb:
"Hər evdə uşaq, qoca, xəstə... Kasıb kənddir, heç kimin odun almağa imkanı yoxdur, başqa kəndlərdə qaz var deyə, oduna ehtiyacları yoxdur, kimin həmin kəndlərdə qohumu varsa, deyir, gəl, həyətdəki qurumuş ağacı kəs, apar... Ötən qış Mingəçevirdəki bir qohum dedi, gəl, bağda qurumuş ağaclar var, getdik, kəsdik, gətirdik, doğrayıb odun kimi istifadə elədik. Üstəlik, qapımızdakı axırıncı çinarı da kəsdik, bu il nə edəcəyimizi bilmirik. Nə kəsməyə ağac qalıb, nə bir metr odun var, nə də odun almağa pul... Dəstəsi 5-10 qəpikdən göyərti satıb dolanırıq, onu da hələ dekabrdan yığıb satmağa başlayacağıq. İş yeri yox, maaş yox, əhali qalıb ortalıqda...”
Sakinlər deyir, ana qaz xətti Yevlaxdan magistral yolla Mingəçevirin girəcəyinədək uzanır. Bəydilinin girəcəyində ana xətdən bu kəndə çıxış da qoyulub ki, gələcəkdə həmin xətt uzadılıb kəndin içərisinə aparılsın. Ancaq sonradan həmin çıxışın istiqaməti Gülövşə kəndinə çevrilib və qaz xətti həmin kəndə uzadılaraq qazlaşdırma aparılıb.
Kəndin ikinci problemi məktəblə bağlıdır. Sakinlərin deməsinə görə, kənddəki köhnə məktəbin yerində yenisi tikiləndə seviniblər. Əvvəl onlara deyilib ki, məktəb 9 illik olacaq, ancaq məktəb istifadəyə veriləndə məlum olub ki, burada təhsil 4 illikdir. Xanım Səfərova:
"4-cü sinifdən sonra uşaqları 13-15 kilometr aralıdakı kəndlərə aparıb gətiririk. Bir mikroavtobus ayrılıb, ona da 14-15 uşaq sığır. Maşını olan qonşuluqdakı 3-4 uşağı da öz uşağıyla birlikdə aparıb gətirir, ancaq kənddə maşını olan azdır deyə, uşaqlar ortalıqda qalıb. Elə uşaqlar var ki, səhər saat 6-da yuxudan oyanıb piyada 13-15 kilometr yolu piyada gedirlər, dərsdən qayıdanda da bir o qədər yolu geri qət edirlər. Məktəb vaxtı soyuq aylara düşür, kənddə qış sərt keçir, bunun yağışlı, qarlı günləri var. İkinci növbədən qayıdan uşaqlar qışda qaranlığa düşürlər, həyatları təhlükədə olur. Hökumətdən ikinci tələbimiz məktəbin 9 illik olmasına görədir”.
Daha bir narazılıq isə yolla bağlıdır. İllərdir ki, Bəydili sakinləri tozlu, palçıqlı kənd yolların təmir-bərpası üçün aidiyyəti qurumlara müraciət edirlər, ancaq müsbət cavab almırlar. Bu ilin iyulunda kənd sakinləri Yevlax-Xaldan-Mingəçevir yolunu kəsməklə bağlı qərar qəbul ediblər. Bundan xəbər tutan Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov kəndə gedərək sakinlərlə səyyar görüş keçirib. Sakinlər danışır:
"İyul ayı idi, başçı gəldi, görüş keçirtdi, dedi, oktyabr ayınadək səbr edin, qazlaşma işləri başlanacaq, digər problemlər də həllini tapacaq. Oktyabr da başa çatmaq üzrədir, bundan sonra qulağımız hansı nağıllar eşidəcək, bizə maraqlı deyil. Qarşıdan sərt qış gəlir, şirin vədlərə doymuşuq, odun da tapmırıq, kəndi qazlaşdırsınlar, kəndin məktəbini 9 illik etsinlər, bu qədər əhalini, uşağı əzabdan xilas etsinlər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-10-2019, 09:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-10-2019, 09:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09