reklam
Regionxeberlericom.az » Sosial » Ağdamda səhiyyə sistemi bərbadlığı... - İTTİHAM

reklam

Ağdamda səhiyyə sistemi bərbadlığı... - İTTİHAM


Son günlər ölkədə aparılan köklü islahatların bütün sahələri əhatə edəcəyi hər kəs tərəfindən müzakirə mövzusudur. Ölkə Prezidenti İlham Əliyevin son kadr islahatları da bir daha göstərdi ki, gələcək inkişaf üçün bütün addımlar atılacaq, kimliyindən asılı olmayaraq inkişafa təsir göstərən şəxslər ciddi şəkildə cəzalandırılacaq.
Ümumiyyətlə, insanların ən çox narazı təbəqəsi həm də səhiyyə sahəsin əhatə edir. Son illər demək olar ki, ölkənin bütün rayon və kəndlərində fəaliyyət göstərən xəstəxanalar yenilənib, bütün avadanlıqlarla təmin olunub. Amma nə sirdirsə insanların səhiyyə barədə olan fikirləri dəyişmir ki dəyişmir. Çünki xəstəxana baş həkimləri rüşvət alır, ən ucuz dərmanları belə xəstələrin özünə aldırır, adi pambıq belə pulla satılır və sairə…
Hətta bəzi rayonların baş həkimləri satdırdıqları dərmanların pulu ilə böyük biznes də qurur, istirahətlərə yollanır. Kim bu baş həkimlər? Belə baş həkimləri nədən vəzifədə saxlayırlar? Ölkə mətbuatında adı neqativlərlə dolu məsələlərdə rekord qıran , Mərkəzi Rayon Xəstəxanasının baş həkimi barədə Faktaz.com-un redaksiyanın elektron ünvanına maraqlı faktlar daxil olub. İlk öncə qeyd edək ki, Eıxan Ələsgərov Ağdam Rayon Ağsaqqallar Şurasının sədri Sosialist Əməyi Qəhrəmanı Sədrəddirn Ələsgərovun oğludur.
Elə bunun nəticəsidir ki, atasına görə, oğul baş həkimə nə icra başçısı, nə də başqa bir adam gözün üstə qaşın var demir. Daxil olan məlumatlarda qeyd olunur ki, baş həkim Elxan Ələsgərov hətta Səhiyyə Nazirliyindən gələn tapşırıqları belə ciddi qəbul etmir, “haqqlarını verirəm daha nə istəyirlər?” kimi fikirlər səsləndirməkdən belə çəkinmir.
Ölkədə işsizlik probleminin tüğyan etdiyi bir zamanda “ölü canlar” saxlayan baş həkim adları olub özü olmayan insanların əmək haqqını cibinə qoymaqla yanaşı, xəstəxana otaqlarını diş həkimlərinə aylıq almala satır. Dövlət tərəfindən Agdam rayonununa göndərilən dərmanlar baş həkimə yaxın olan apteklərdə satılır və bu pulların 30 faizi özünə, 70 faizi isə Bakıya göndərilir.
Elektron ünvana gələn bəzi faktları hələlik içtimailəşdirmək fikrindən uzağıq. Çünki bu faktların hər biri ayrı-ayrılıqda araşdırma tələb edir və aidiyyatı qurumlara bu barədə ətraflı məlumatlar göndəriləcək. Sadəcə baş həkim Elxan Ələsgərov nədən hər an vəzifəsini itirməyə yaxın olan Səhiyyə naziri Oqtay Şirəliyev üçün başağrısına çevrilmək istəyir.
Ölkədə aparılan islahatların fonunda Ağdam rayonunda xəstə insanlara qarşı laqeydlik nəyin təzahürüdür? Yəqin ki, nazir və ətrafındakılar bir daha baş həkimlərin fəaliyyətini araşdırmalıdır, dəyişiklik aparmalıdır. “Ölü canlar” saxlayan baş həkimlər isə həbs olunmalıdır. Bu fakt konkret cinayət məsuliyyəti tələb edir.


Paylaş:


Müəllif : Tarix:
29-10-2019, 08:55
Sikayət   


loading...
Загрузка...