reklam
Regionxeberlericom.az » Sosial » ”BOA Kollektor” “Unibank”ın göstərişlərini icra edir? - İTTİHAM

reklam

”BOA Kollektor” “Unibank”ın göstərişlərini icra edir? - İTTİHAM


"BOA Kollektor” agentliyi problemli müştərilərlə əlaqə yaratmaq üçün hazırda da fəaliyyətini qeyri-qanuni davam elətdirən bir təşkilatdır. Bu təşkilat problemli borcların qaytarılması üçün müştərilərlə qanundan kənar əlaqə yaradır onları görüşə çağırır və onlardan borcların qaytarılmasını tələb edir. Müştərilər onlara inanmamalı, əgər bu barədə zəng olarsa, onlarla görüşdən imtina etməlidirlər”.

Bu sözləri Miq.Az-a hüquqşünas Əkrəm Həsənov mediada "Unibank”-a aid olduğu iddia olunan problemli borcların qaytarılmasını yerinə yetirmək üçün yaratdığı "BOA Kollektor” agentliyinin fəaliyyətinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, müştərilərə banka olan borcları ilə bağlı zənglər gələrsə və ya vətəndaşların evlərinə həmin agentlik trəfindən müəyyən şəxslər gələrsə, dərhal polis xidmətini məlumatlandırmalıdır:

"Vətəndaşlara bu hallar baş verərsə dərhal hüquq mühafizə orqanlarını məlumatlandırmalıdırlar. Onların harasa çağırılıb borc məsələlərinin həll edilməsi qeyri-qanunidir. Bank müştərisi yalnız özü banka dəvət edə bilər və bu barədə müzakirələr aparıla bilər. Vətəndaşlar öz hüquqlarını bilməli, bu məsələdə aldanmamalıdırlar. Bundan başqa digər hərəkətlər və hansısa fəaliyyəti qeyri-qanuni olan təşkilatların agentliklərin zəngi, onları harasa çağırması qapılarına gəlməsi qanundan kənardır”.

Mediada dəfələrlə "BOA Kollektor” agentliyinin "Unibank”la əməkdaşlıq etməsi və problemli borcların qaytarılması üçün müştərilərlə qeyri -qanuni əlaqə yaradaraq onları görüşə çağıraraq hərbə zorba gəlməsi barədə məlumatlar yayılmışdı. Hətta, bu barədə bir neçə vətəndaşın şikayəti də ictimailəşdirilmişdi.


Paylaş:


Müəllif : Tarix:
29-10-2019, 09:15
Sikayət   


loading...
Загрузка...