reklam
Regionxeberlericom.az » Sosial » Yaşlı deputatların parlamentə təkrar yolunu açan qanun: - Heç bir qadağa yoxdur

reklam

Yaşlı deputatların parlamentə təkrar yolunu açan qanun: - Heç bir qadağa yoxdur


Ölkədəki kadr dəyişiklikləri ilə bağlı deputatların yaşı və neçə dəfə seçilməsi məsələsi ciddi müzakirəyə səbəb olub.

Dünyada, o cümlədən, Azərbaycanda deputatların yaşı və neçə dəfə seçilməsi ilə bağlı məhdudiyyət olmasa da, məsələ gündəmdən düşmür. Ölkə başçısının məlum kadr islahatlarından və pensiya yaşına çatmış məmurların istirahətə getməsi ilə bağlı çağırışından sonra yaşlı deputatların yerlərini cavanlara verməsi tələbi ilə çıxış edənlər də az deyil.

Məsələ qanunvericilikdə necə tənzimlənir?

Cebhe.info xəbər verir ki, 2016-cı ilin 26 sentyabr referendumunda Azərbaycan Konstitusiyasına edilən dəyişikliyə görə, 18 yaşına çatmış şəxsə deputat seçilmək hüququ verilib. Bu yeniliyədək deputat seçilmək yaşı 25-dən başlayırdı.

Bununla yanaşı, qanunvericilik 18 yaşından aşağı olan şəxslərin hər hansı siyasi partiyalara üzv olmasını qadağan edir.

Konstitusiya Prezident seçilmək, Baş nazir, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə təyinat üçün ali təhsil şərti qoyur. Parlamentin deputatı seçilmək üçün isə belə şərt yoxdur. Yəni nəzəri baxımdan, 125 yerlik Azərbaycan parlamentinin bütün deputatları ali təhsilsiz şəxslər də ola bilər. Məlumat üçün bildirək ki, Rusiya və Gürcüstanda 21, Türkiyə və Ermənistanda 25 yaşa çatmış şəxs parlamentə seçilə bilər. Qərb ölkələrinə gəlincə, Almaniya Konstitusiyası parlamentin deputatı seçilmək yaşını 18 müəyyən edib. ABŞ-da Konqresin Aşağı Palatası üçün 25, Yuxarı Palatası üçün 30 yaş senzi var. Bu ölkələrin də parlamentlərində təmsil olunmaq üçün ali təhsil tələbi qoyulmur.

Bundan əlavə, Seçki Məcəlləsində deputat seçilmək üçün ancaq aşağı yaş həddi göstərilir. Bir insanın neçə dəfə deputat seçilməsi ilə bağlı da xüsusi norma yoxdur.


Paylaş:


Müəllif : Tarix:
29-10-2019, 09:52
Sikayət   


loading...
Загрузка...