Əhmədzadənin daha bir adamı hədəfdə... - İTTİHAM
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Fərman və Qərarı ilə təsdiqlənmiş "Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları"na əsasən, magistral və təsərrüfatlararası kanallar və kollektorlar boyu su mühafizə zonalarının minimum eni onların su buraxma qabiliyyətindən asılı olaraq aşağıdakı hədlərdə qəbul edilir: 3 kbm/san-yə qədər olduqda—5 m; 3—10 kbm/san olduqda—10 m; 10—30 kbm olduqda—25 m; 30—50 km/san olduqda—60 m; 50 kbm/san-dən artıq olduqda—100 m.
Mövcud qanunvericiliyə və normativ sənədlərə görə, su mühafizə zonalarında - aviasiya vasitəsilə bitkilərin pestisidlərlə tozlandırılması, bitki ziyanvericilərinə, əstəliklərinə və alaq otlarına qarşı kimyəvi mübarizə vasitələrindən istifadə edilməsi, torpaqların gübrələnməsi üçün peyin axarlarından istifadə edilməsi, heyvandarlıq fermalarının, qəbiristanlıq və zibilxanaların yerləşdirilməsi; gübrə və pestisidləri saxlamaq üçün anbarların və pestisid aparatlarının doldurulması meydançalarının yerləşdirilməsi; neft məhsulları anbarlarının, mexaniki emalatxanaların, avtomobillərə və texnikalara texniki xidmət məntəqələrinin, çirkab sularını, habelə avtomobillərin yuyulması nəticəsində əmələ gələn çirkab sularını toplamaq üçün qurğuların tikilməsi və yerləşdirilməsi; su mühafizə zonalarının eni 100 metrdən az və su obyektlərinə bitişik ərazilərinin yamaclarının mailliyinin 3 dərəcədən artıq olduqda bağ və bağ-bostan sahələrinin salınması; su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan faydalı qazıntıların, boru, kabel və digər kommunikasiyaların çəkilməsi, ictimai-iaşə və digər xidmət müəssisələrinin yerləşdirilməsi, tikinti, partlayış, torpaq qazma, buruq qazma və digər işlərinin aparılması qadağandır.
Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri onların torpaq sahələrində yerləşən su mühafizə zonaları və sahil mühafizə zolaqları üçün müəyyən edilmiş istifadə rejiminə riayət etməlidirlər.
Yuxarı Qarabağ Kanalının mühafizə zolağında isə çoxlu sayda qanunsuz obyektlər fəaliyyət göstərməkdədir. Redaksiyamıza daxil olan məlumatlardan və apardığımız müşahidələrdən bəlli olur ki, bu özbaşınalıqlara Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinə hələ İlyas Səfərov rəhbərlik edən vaxtı rəvac verilib, həmin obyektlər isə məmurlara, vəzifəli şəxslərə məxsusdur. Hazırda Yuxarı Şirvan Kanalı İstismar İdarəsinin rəisi vəzifəsində işləyən İlyas Səfərovun özünün də orada üzümlüyü, alma və alça bağları, balıq vətəgəsi vardır. Uzun müddətdir ölkənin meliorasyia və su təsərrüfatı sistemində idarə rəisi vəzifələrində işləyən İlyas Səfərov özünə geniş biznes şəbəkəsi yaratmağı bacarıb. Bir neçə il əvvəlki iddialara əsasən, İlyas Səfərovun oğlu Vüqar Səfərov bahalı avtomobili ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq vətəndaşı vurub. Məsələ ilə bağlı danışan məmur isə KİV-ə bildirmişdi ki, haqqında deyilənlər həqiqəti əks etdirmir: “Mətbuat 5 il bundan qabaq olan hadisəni şişirdir. Oğlum Vüqar Səfərov üçün xaricdən bahalı “Jeep” gətirtməmişəm. Bizim belə bahalı maşınımız heç vaxt olmayıb. Oğlumun “Hyundai Tucson” markalı avtomobili Bakı-Qazax avtomobil yolunun Yevlax ərazisində hərəkət edərkən sürətlə qarşıdan gələn “Lada 2107″ ona çırpılıb. Hadisə nəticəsində Ləzgiyev Ceyhun Novruz oğlu dünyasını dəyişib. Oğlumun içkili olmadığı və idarə etdiyi avtomobilin 13 min manatdan artıq dəyəri olmadığı halda mətbuatın belə qərəz nümayiş etdirməsini başa düşmürəm”. Beləliklə, idarə rəisinin özü də övladının cinayət törətməsini təsdiqləsə də, maraqlıdır ki, hadisəni törədən Vüqar Səfərov azadlıqda qaldı. Bu isə təxmin etməə əsas verir ki, İlyas Səfərovun kanalın kənarında obyekt tikməyə, qanunsuz təsərrüfat salmağa icazə verdii şəxslər sırasında hüquq-mühafizə və cinaət təqibi orqanları əməkdaşları da var.
Kanalın mügafizə zolağında qanunsuz fəaliyyət göstərən təsərrüfatların bir çoxunun isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin Çağırış bölməsinin rəisi Qoşqar Muradxanova məxsus olduğu deyilir. Məlumatda o da qed olunur ki, özü Dövlət Xidmətinin yerli strukturunda işlədiyi halda Qoşqar Muradxanov qanunsuz işlətdiyi sahibkarlıq subyektlərində işə cəlb etdiyi insanlarla əmək müqaviləsi bağlamır, vergi qanunvericiliyinin tələblərinə əməl etmir.
Ümid edirik ki, aidiyyati qurumlar Qoşqar Muradxanovun qanunsuz obyektlərinin fəaliyyətin araşdıracaq və müvafiq ölçü götürəcəklər. //azerinfo.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:30-10-2019, 11:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-10-2019, 11:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
Dünən, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
Dünən, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
Dünən, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Dünən, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56
Qanunlara əməl olunarsa, əmək fəaliyyəti ilə məşğul olmaq istəyən və belə hüququ olan heç bir əlil işsiz qalmaz.
13-11-2024, 10:54