reklam
Regionxeberlericom.az » Sosial » İbrahim Cəfərov onları "ələ verəcəkmi"? - İTTİHAM

reklam

İbrahim Cəfərov onları "ələ verəcəkmi"? - İTTİHAM

"Saxta diplomlarla bağlı yeni faktlar meydana çıxıb.Bir ay bundan qabaq Azərbaycan Texnologiya Universitetinin müəllimi Qəhrəman müəllim Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş əməliyyat məlumatları ilə əlaqədar müvafiq məhkəmə qərarları əsasında həbs olunmuşdu.Daha sonra, Gəncə və İsmayıllı şəhərlərində keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Gəncə Dövlət Universitetinin Fiziki tərbiyə və çağırışa qədərki mülki müdafiə kafedrasının müdiri vəzifəsində işləmiş Məmmədov Ələddin Hətəm oğlu , həmin kafedrada laborant vəzifəsində işləyən Qasımov Elmir Müzadil oğlu ,ADAU-nun Ekologiya kafedrasının müəllimi Arif İmamquliyevin oğlu,şəhərdə fotoqraf işləyən İmamquliyev Azər Arif oğlu bu qanunsuz işlərlə bağlı həbs olunmuşlar.Bu şəxslərin evlərindən müxtəlif universitetlərə məxsus möhürlər,ağ diplomlar,müxtəlif saxta sənədlər, ayrı-ayrı şəxslərin adlarına yazılmış müxtəlif ali və orta-texniki təhsil müəssisələrinin diplomları və sair sənədləri aşkar olunaraq götürülmüşdür". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalə müəllifi daha sonra yazır: "Bu şəxslərin ifşa olunmasına baxmayaraq,mütəşəkkil cinayətkar qrupun digər üzvləri hələ də azadlıqdadır.Məsələn, Azərbaycan Dövlət Aqrar Universitetinin "Ekologiya mühəndisliyi və meşəçilik" kafedrasının dosenti Musa Bayramov və həmin universitetin "Torpaqşünaslıq və aqrokimya" kafedrasının dosenti Namiq Hüseynov.

Məlumat üçün qeyd edək ki, hər iki şəxs qudadır,yaxın qohumluq əlaqəsinə də malikdir.Bunlar saxta diplomdan əlavə narkotik maddələrin satışı ilə də məşğul olurlar.Belə ki, Musa Bayramovun qardaşı narkotik maddələrin satışı ilə əlaqədar bir müddət bundan əvvəl həbs olunub. Hər iki şəxs müxtəlif sənədləri saxtalaşdırmaqla bərabər, həm də qanunsuz tələbə qəbulları həyata keçirirlər.Beləliklə,Musa Bayramov, həm də Namiq Hüseynov Dövlət İmtahan Mərkəzində hələlik adı naməlum olan şəxslə yaxın əlaqə qurmuşdur.

DİM-də işləyən həmin şəxsin tapşırığı ilə bu quda olan müəllimlər müştəri tapır,pulunu alır və bu abituriyentlərə tapşırır ki, Siz imtahanda iştirak edin,amma cavab kartında heç bir sualın cavabını qaralamayın, biz özümüz həll edəcəyik. Beləliklə, qəbul imtahanında bu iki şəxsin xeyir duası ilə müvafiq məbləğ qarşılığında cavab kartı ağ təhvil verilir, sonradan isə lazımi düzəlişlər edilir və tələbənin qəbulu həyata keçirilir. Bundan başqa , bu iki şəxsin rəhbərliyi ilə imtahanda abituriyentin əvəzinə başqa şəxs girib imtahan verir.

Bu gün istintaqa ifadə verən Ələddin Məmmədov müəyyən faktları etiraf edib.Belə ki, Ələddin Məmmədov bildirmişdir ki,Musa Bayramov və Namiq Hüseynovun rəhbərliyi ilə müəyyən məbləğdə rüşvət hesabına abituriyentin əvəzinə başqa şəxs girib imtahan verib.Nəticədə bu gün, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubu əsasında 2 nəfər Azərbaycan Texnologiya Universitetinin Menecment ixtisasından, 1 nəfər Gəncə Dövlət Universitetinin fiziki tərbiyə və idman ixtisasının 2-ci kursundan,4 nəfər isə Gəncə Tibb Kollecindən qovulmuşdur.Buna səbəb odur ki, Ələddin Məmmədov öz ifadəsində bildirib ki,həmin qovulan tələbələrin əvəzinə imtahana Musa Bayramov və Namiq Hüseynov tərəfindən başqa adam salınıbmış.

Gəncə Dövlət Universitetinin rektoruna bu məktub daxil olan kimi həmin tələbənin fiziki tərbiyə və idman ixtisasının 2-ci kursundan qovulması üçün dərhal əmr verilib və saxta yolla qəbul olunan tələbə universitetdən qovulub.

Azərbaycan Texnologiya Universitetinin rektoru müvafiq əmri hələ verməyib.Tibb kollecində də həmin tələbələr bu gün kollecdən azad edilib.Bütün bu qanunsuzluqları edən dosent qudalara hələ heç kim heç nə demir.

Görünən odur ki,Ələddin Məmmədovun izahatları çox başları papaqsız qoyacaq.Gəncə Elektrik Şəbəkəsində işləyən Elşad adlı şəxsi danışdırmaq kifayətdir ki,bu dosent qudaların fəaliyyətinin qaranlıq məqamları işıqlansın.

Maraqlı burasıdır ki,həmişə pafosla düzgünlükdən danışan,sosial şəbəkələrdə aktiv olan ADAU-nun rektoru İbrahim Cəfərov bu məsələlərdən hali olsa da diplom satan,saxta tələbə qəbulları ilə məşğul olan Musa Bayramov, Namiq Hüseynov,Məhəmməd Hüseynov və s. kimi müəllimliyə yararsız saxta sənəd alverçilərini işdə saxlayır".


Paylaş:


Müəllif : Tarix:
31-10-2019, 09:28
Sikayət   


loading...
Загрузка...