Nazirin də üstünlüyünü etiraf etdiyi sistemə niyə keçə bilmirik? - “Pul silmək üçün...”
Qonşu Gürcüstan da daxil olmaqla, bir çox ölkələrdə şagirdlər artıq məktəbə kitab daşımır. Təhsil sistemində İKT-nin tətbiqi səbəbilə həmin ölkələrdə ənənəvi dərsliklər tarixə qarışır. Bir neçə gün öncə təhsil naziri Ceyhun Bayramov da elektron dərsliklərin üstünlüklərindən danışıb.
Ölkəmizdə illərdir ki, valideynlər kitabların və eləcə də məktəb çantalarının ağırlığından, bunun şagirdlərin sağlamlığına zərərindən şikayətçidir. Bəs Azərbaycanda tamamilə e-dərsliklərə keçilməsinin qarşısını alan hansı maneələr var?
Bu barədə təhsil üzrə ekspert Etibar Əliyev “Yeni Sabah”a bildirib ki, bu sistemə keçid müəllim və şagirdlərdə adaptasiya problemi yarada bilər.
“Bu birbaşa texnologiya ilə bağlıdır və sizə deyim ki, dünyanın digər inkişaf etmiş ölkələri hələ də dərsliklərdən tam imtina etməyiblər. Tanış olduğum Fransa, Almaniya, İngiltərə kimi inkişaf etmiş ölkələrin məktəbləri hələ bu sistemə tam keçməyib. Axırıncı dəfə “Vokruq Sveta” jurnalında oxudum ki, İtaliyada valideynlər çantanın ağırlığından şikayət edirlər. Ola bilsin ki, onların kitabları məzmun, poliqrafiya baxımından bizim dərsliklərdən fərqlənir. Ümumiyyətlə, dərsliklərdən imtina üçün dərslik materiallarının hər hansısa İKT alətinə yazılması istər evdə istifadə üçün, istərsə də məktəbdə istifadə üçün vacibdir. Bunun özü də xeyli vaxt və vəsait tələb edən işdir. Bizim bu sistemə keçidimiz xeyli mürəkkəbdir. Təkcə bu məsələ deyil, məktəblilərin və müəllimlərin uyğunlaşması ilə bağlı da çətinlik yarana bilər. Ola bilsin ki, bir neçə pilot layihə həyata keçirilsin. Pilot layihələr pul silmək üçün yox, hər hansı dərsliklərin məzmununun İKT alətinə yazılmasına yönəlmiş treninqlərin təşkil olunmasına istiqamətlənməlidir".
Ekspert özündə mövzunu yaxşı ehtiva edən, əlavə vaxt aparmayan, eyni zamanda şagirdin tənqidi təfəkkürünün formalaşmasına kömək edən dərsliklərin tərəfdarı olduğunu dilə gətirib:
“Elə fənlər var ki, onları elektron tədris etmək mümkündür, məsələn, coğrafiya, əmək təlimi və s. Bəzilərini isə elektrona keçirmək mümkün deyil. Bilirsiz, indi onsuz da öz üzərində çalışan müəllim xarici elektron vəsaitlərindən istifadə edir. Məncə dərsliklərin elektron vəsait ilə əvəzlənməsinin təhsilin keyfiyyətinə elə bir müsbət təsiri yoxdur".
Paylaş:
Müəllif : Yazar
Tarix:31-10-2019, 15:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:31-10-2019, 15:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
Dünən, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
Dünən, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
Dünən, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Dünən, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56
Qanunlara əməl olunarsa, əmək fəaliyyəti ilə məşğul olmaq istəyən və belə hüququ olan heç bir əlil işsiz qalmaz.
13-11-2024, 10:54