Bağça müdirəsi pulları qaytara bilmir: - "İcarə haqqına vermişəm"
Dələduzluqda təqsirləndirilən bağça müdirəsi növbəti dəfə hakim qarşısına çıxarılıb. O, hazırda ev dustaqlığındadır.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Musazadə Şəfiqə Məhəmməd qızının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə məhkəmə iclasında zərərçəkmişlər ifadə verib.
İşə düzəlmək üçün Şəfiqə Musazadəyə müxtəlif məbləğlərdə pul verdiklərini deyən zərərçəkmişlər söyləyiblər ki, pullarını geri ala bilmirlər.
Hakim Şəfiqə Musazadədən dəymiş zərəri ödəyib-ödəməyəcəyini soruşub.
Ş.Musazadə söyləyib ki, aldığı pulları bağçanın icarə haqqına və işçilərin ilk aylardakı əmək haqlarına ödəyib.
O, hazırda zərəri ödmək imkanının olmadığını deyib: "Hansı bilir ki, pulu icarə haqqına ödəmişəm".
Hakim isə Ş.Musazadəyə bildirib ki, bu, vətəndaşların pulunu qaytarmamaq üçün əsas ola bilməz: "Bu adamların sizə icarə haqqında borcu var idi? Pulu sizə buna görə verməyiblər".
Prosesdə iştirak edən zərərçəkmişlər pullarını tələb edirlər.
Məhkəmə iclası noyabrın 7-də davam etdiriləcək.
Qeyd edək ki, Şəfiqə Musazadəyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzliq) maddəsi ilə ittiham irəli sürülüb. O, hazırda ev dustaqlığındadır.
Şəfiqə Musazadə uzun illər Sumqayıt şəhərində müxtəlif məktəblərdə ibtidai sinif müəlliməsi işləyib. Daha sonra bir neçə dövlət bağçasının direktoru olub.
Ötən il isə Şəfiqə Musazadə özəl bağça açmaq qərarına gəlib. Musazadənin planına uyğun olaraq bağça açılıb və istifadəyə verilib.
Daha sonra Ş.Musazadə bir neçə nəfərdən bağçaya işə düzəltmək adı ilə 1500-3000 manat arası pul alıb. Həmin şəxsləri bağçaya müəllimə, xadimə, mühafizəçi kimi işə götürüb.
Lakin bağça aylarla fəaliyyət göstərsə də cəmi 9 nəfər uşaq olub. Bağçaya uşaq cəlb edə bilməyən Ş.Musazadə işə götürdüyü şəxslərin aylıq məvaciblərini verə bilməyib.
Buna görə də Ş.Musazadənin pul alaraq işə götürdüyü Yeganə Mahmudova, İlahə Abdullayeva, Vasif Cəfərov, Ülviyyə Qazıyeva və Gülümnaz Şirəliyeva ondan hüquq-mühafizə orqanlarına şikayət ediblər.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-11-2019, 13:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-11-2019, 13:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39