“Arif Hacılı karyerası üçün bütün dostlarını xərcləməyi bacaran adamdır” - İTTİHAM
Noyabrın 3-də Müsavat Partiyası Məclisinin sessiyası keçirilib. Qurultaydan sonra keçirilən ilk iclasda gizli səsvermə yolu ilə Məclisin sədri və katibi müəyyənləşib. Həmçinin MNTK-da boş qalan yerlərə və Divana seçkilər keçirilib. Nüşabə Sadıqlı yenə də Məclisin sədri seçilib. Fəridə Ələsgərli isə Məclisin katibi olub.
Tamilla Axundova və Sadiq Abdullayev MNTK üzvü seçiliblər. Divana isə Almaz Əliqızı, Fəridə Ələsgərli, Könül Əliyeva, Nüşabə Sadıxlı, Fərəc Kərimli, Gülağa Aslanlı, Hidayət İsmayıl, Mustafa Hacıbəyli, Nemət Kərimli, Osman Kazımov, Rafiq İsmayıl, Razim Əmiraslanlı, Səxavət Soltanlı, Yusif Tağı üzv seçiliblər.
Müsavat başqanı Arif Hacılı iclasda aparat rəhbəri və müavin vəzifələrinə təyin etdiyi şəxslərin adlarını açıqlayıb. Məclis üzvləri açıq səsvermə ilə bu təyinatları təsdiqləyib. Gülağa Aslanlı Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, Razim Əmiraslanlı təşkilatı, Fərəc Kərimli təbliğat, Nemət Kərimli hüquq siyasəti və ictimai əlaqələr, Osman Kazımov hüquq və insan haqları, Səxavət Soltanlı isə xarici siyasət məsələləri üzrə Müsavat başqanının müavini təyin olunublar.
Müsavat Divanına seçkilər və başqan müavinlərinin təyinatları geniş müzakirələrə səbəb olub. Eyni zamanda partiya daxilində ciddi narazılıq yaradıb. Buna səbəb də Müsavatda Arif Hacılıdan narazı şəxslərdən heç birinin Divana, demək olar da Məclisə düşməmələridir. Əslində narazılıq qurultaydan başlamışdı. Hətta A.Hacılının 2014-cü ildə seçilməsində böyük əmək sahibi olanlardan da Müsavat Divanına düşməyənlər olub.
Partiya Divanına düşməyənlərdən biri də Başxanım Abbaslıdır. O, “Yeni Müsavat”a açıqlamasında sərt danışdı: “Uzun müddətdir ki, Müsavat Partiyasının üzvüyəm. Bərpa qurultayında iştirak edən qadınlardan təkcə mən qalmışam. Partiyada olanlardan, indi yaşananlardan və gələcəkdə ola biləcək şeylərdən az-çox başım çıxır. 2014-cü ildəki qurultayda Arif Hacılının özündən irəli kimsənin getməməsi üçün nələr etdiyini hər kəs gördü. Qurultaydan sonra cüzi səslə ona uduzan Qubad İbadoğlu və onun tərəfdarlarının partiyadan çıxarılması üçün nələr edildiyi gözümün qabağında idi. Orada mənim Məclisə seçilməyim qurultayda oldu. Hər zaman demişəm, yenə də deyirəm ki, o zaman Qubad İbadoğlunun tərəfdarları mənə səs vermişdilər. Divan üzvü olduğum son beş ildə Arif bəyin özü dəfələrlə mənə deyib ki, Başxanım müəllimə, sizin seçilməyinizi heç zaman istəməmişəm. Təsadüfi şəkildə ora düşdüyümü deyə bilərəm. Düzdür, hər kəs öz komandası ilə işləmək istər, öz komandasını qurar. Amma Arif Hacılının hərəkətlərində bir qərəzlilik var.
Onun sözünü deməyən, onunla hesablaşmayan adamlarla heç vaxt sona qədər işləmir. 2014-cü ildə formalaşan Divana seçilən Elman Fəttahın, Vəfa Cümşüdlünün və Nailə Yaqublunun son bir ildə Divanın iclaslarına qatılmamaları onun göstəricisi idi. Halbuki Vəfa onun seçilməsi üçün dəridən-qabıqdan çıxırdı. Başqaları haqqında da bunu demək olar. İndi də Arif Hacılı hər şeyi, sadəcə, öz komandası üzərində qurdu. Divan üzvü seçilməyəcəyimə hazır idim. Düzdür, Divan üzvü seçilməyim üçün səs də istədim. Amma bilirdim ki, siyahı əvvəlcədən tutulub. Kimlərin Divan üzvü olacağı məlum idi. Arif bəy ələyatımlı adamlarla işləmək istəyir. Ona əl çalan, tərif deyən, sözünün qabağına söz deməyən adamlar onun ətrafında ola bilər. Düzdür, sözlərimi oradakıların hamısına aid etmirəm. Orada vicdanlı insanlar da var. Hörmətim olanlar da az deyil. Sadəcə olaraq, Arif Hacılı böyümədi. O, necə var idisə, elə də qaldı. Son beş ildə partiya hansı vəziyyətdədirsə, hansı vəziyyətə salınıbsa, bundan sonra da elə qalacaq. Arif Hacılı, sadəcə, başqan olmağı düşünür. Partiyanın qabağa getməsini, uğur qazanmasını heç düşünmür. Bu sözlərimdən sonra Arif bəy qıcıqlanıb nəsə desə, cavabını daha sərt verəcəm. Seçilmədiyim üçün zərrə qədər peşman deyiləm. Müsavat əsgəriyəm. Partiyaya heç kəsə görə getməmişəm. Müsavat bərpa olunduğu gündən oradayam. Əlimdən nə gəlirsə, bundan sonra da partiya üçün etməyə hazıram. Təəssüf ki, bundan sonra Müsavat irəli getməyəcək. Arif Hacılı nə qədər başqandırsa, Müsavat qabağa getməyəcək, partiyanın nailiyyətləri olmayacaq. Sadəcə olaraq, vədlər veriləcək ki, partiyanı hakimiyyətə gətirəcəm, Müsavatı parlament partiyası edəcəm. Bunların hamısı sözdə deyiləcək. Partiyanın gələcəyini görmürəm”.
Müsahibimiz Divana seçilən bəzi şəxslərin onun üçün gözlənilməz olduğunu da qeyd etdi: “Almaz Əliqızı seçilməli idi, seçildə də. Hər zaman proseslərin içərisində olub. KXCP-dən Müsavata gəldi, həmçinin Nüşabə xanım. Limunət xanım namizədliyini vermişdi. Respublikada nailiyyətləri olan alimlərdən biridir. Partiyada tapşırıqları can-başla yerinə yetirən bir adamdır. Təsəvvür edin ki, ona cəmi 7 səs verdilər. Tutaq ki, mənə səs verməmələri üçün başqa səbəblər var idi. Təsəvvür edin ki, seçilənlərin hamısı çox yüksək səslə seçildi. Yerdə qalanlar səslərdə onlardan çox geri qaldılar. İndi partiyada Arif Hacılıya alternativ fikirdə olanların partiyadan uzaqlaşdırılmasını gözləyirəm. Düşünürəm ki, bu baş tutacaq. Kimliyindən asılı olmayaraq, kim ona rəqibdirsə, həmin şəxsin partiyadan uzaqlaşdırılması üçün hər şeyi edir. Sizə dediyim fikirləri son beş ildə Divan iclaslarında dəfələrlə Arif Hacılının üzünə demişəm. İndi çox ürəklə danışıram. Çünki sözlərimi zamanında demişəm. Arif bəy başqanlığa gələndən bir sıra rayonlarda təşkilatlar belə yoxdur. Bir fakt deyim. 2014-cü ildə 500-ə yaxın qurultayda nümayəndə olduğu halda, indi 392 nəfər idi. Onların bəziləri səsvermədə iştirak etmədilər və 333 nəfər səs verdi. Arif Hacılı bunları görmür ki, partiya aşağı gedir? Dəfələrlə deyib ki, mən başqanlığa gələndən Müsavat 2005-ci ildəkindən daha güclüdür. Sonradan 2005-i 2009 etdi. Bu yüksəlişin şahidi olmadım. O, nədən danışır, anlamaq çətindir. Partiya hakimiyyətə gəlməyi qarşısına məqsəd qoyan bir qurumdur. Əgər sən bunu edə bilməmisənsə, parlament partiyası olmamısansa, nəyi qabağa aparmısan, nə etmisən?”
B.Abbaslı Müsavatın keçmiş başqanı, MSDM rəhbəri İsa Qəmbərin, ümumiyyətlə, namizədliyini Divana vermədiyini söylədi: “İsa bəy nə 2014-cü ildə, nə də indi Divana namizədliyini vermədi. Sadəcə olaraq, Məclis üzvü kimi Məclisin iclaslarına qatılır. Namizədliyini Divana versəydi, mütləq seçilərdi. O, şübhəsiz ki, Müsavatın lideridir. Bunu kimsə dana bilməz. Onu da deyim ki, seçilməyənlərdən biri kimi Müsavatdan heç zaman istefa vermərəm. Tofiq Yaqublu heç Məclis üzvü də deyil. O, həbsdədir, Allah qapısını açsın. Ona qarşı da haqsızlıq oldu. Arzu Səmədbəyli, İkram İsrafil kimi şəxslər namizədliyini verməmişdilər. İkram bəy rayonda yaşadığı üçün gedib-gəlməyin çətin olduğunu bildirib, namizədliyini Divana verməyib. Arif bəyin ən yaxın dost hesab etdiyi şəxslərdən də Divana düşən olmadı. Deməli, onun üçün müqəddəs dost da yoxdur. İstədiyi vaxt karyerası üçün kimi istəsə, xərcləyə bilər. Bunu tam məsuliyyətimlə deyirəm. Karyerası üçün bütün dostlarını xərcləməyi bacaran adamdır”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:5-11-2019, 10:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-11-2019, 10:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16