Ağsunun yeni Başçısı bələdiyyə sədri təyin edir? - İLGİNC
Ölkədə Prezident tərəfindən son vaxtlarda ciddi məmur islahatları aparılır. Bu islahatların içərisində rayon icra başçılarının dəyişdirilməsi də mühüm yer tutur. Xaçmaz və Yevlax rayonlarına təyin olunan başçıları qəbul edən cənab İlham Əliyev bütün başçılara ciddi mesajlar verdi. Ölkə rəhbəri həmin görüşlərdə bildirdi ki, rayon başçıları yerli əhali ilə mütəmadi əlaqələr saxlamalı, problemləri dinləyib həll etməli, rüşvətxor məmurlara qarşı barışmaz mövqe tutmalı, sahibkarlara münbit şərait yaratmalı və tam nöqsansız çalışmalıdırlar. Cənab Prezident onu da vurğuladı ki, "mətbuat mənim dostumdu, məmurların nöqsanlarını mən mətbuatdan oxuyuram."
Bu açıqlama özündə çox ciddi məqamları ehtiva edir. Deməli, Prezident ciddi mətbuata inanır və məmurlara nəzarət baxımından jurnalistlərdən dəstək gözləyir. Zatən medianın peşə borcu da elə budur. Biz də müstəqil sayt olaraq, Prezidentin məlum çıxışına köklənərək, az müddət əvvəl Ağsu rayonuna başçı təyin olunmuş Vahid Tağıyevin iş prinsipi, apardığı islahatların yaratdığı ictimai abu-hava ilə maraqlanmaq qərarına gəldik.
DİA.AZ xəbər verir ki, Vahid Tağıyev bir aydan bir az artıqdı ki, Ağsu rayonuna başçı göndərilib. Özü də xeyli problemləri yığılıb qalmış rayona. Ağsudakı ictimai mənbələrimizdən əldə etdiyimiz məlumatlara görə, yeni Başçı rayonda ciddi islahatlara başlayıb. Tez-tez kəndlərə səyyar qəbullara gedən V. Tağıyev hər bir sakini sonadək dinləyib, problemlərinin həll olunması üçün konkret göstərişlər verir. Hər həftənin beşinci günləri isə İcra Hakimiyyətinin binasında qəbul təşkil edir və vətəndaşların çətinliklərinin aradan qaldırılmasına xüsusi diqqət ayırır. Başçının bir müavinini və şəhər icra nümayəndəsini işdən azad etməsi bunu göstərir ki, V. Tağıyev düzgün işləməyən heç bir məmura güzəştə getməyəcək. Yerli əhali hələ ki, yeni Başçıya çox inanır. Lakin...
Lakin yerli sakinlərdən aldığımız məlumatlarda bəzi fırıldaqçıların Vahid Tağıyevi inandıraraq, aldatmağa müvəffəq olmaları da yer alır. Belə ki, Zaur Dəmirov adlı şəxs Başçıya yeni şəhər bələdiyyə sədri "sırımaq" istəyir. Əldə olunmuş informasiyalarda bildirilir ki, Zaur Dəmirov Bakı şəhərində 23 saylı Notariat kontorda notarisdur. Quba rayonunda həmin vəzifəni tutan Z.Dəmirov təzəlikcə indiki işinə təyin olunub. V. Tağıyevlə Z. Dəmirovun münasibətləri də elə Qubadan başlayıb. Axı, V. Tağıyev Xaçmaz rayonunda hüquq sistemində mühüm vəzifə daşıyıb. Ağsuya Başçı təyin olunandan sonra V. Tağıyevə yaşamaq üçün evi də Z. Dəmirovun tutduğu bildirilir. Hətta, onların münasibətləri o qədər istidir ki, tez-tez bir süfrə arxasında əyləşirlər. Z. Dəmirov bu yaxınlıqdan istifadə edərək, Ağsu rayonunda bir neçə vəzifəyə öz qohumlarını, tanışlarını yerləşdirmək istəyir. Bir az da qabağa gedərək, Z. Dəmirov tanışı Nadir Orucovu dekabrda keçiriləcək bələdiyyə seçkilərində bələdiyyə sədri "seçdirmək" istəyir. Məlumatlarda Z. Dəmirovun N. Orucovu başçıyla görüşdürdüyü də xəbər verilir. İH-dən sızan informasiyaya görə, Başçı bu "təyinat" a razılıq da verib. Seçkili orqanın işinə, ümumiyyətlə, seçkiyə müdaxilə heç bir başçıya yaraşmaz, xüsusilə də Prezidentin etimad göstərib, yeni təyin etdiyi icra başçılarına. Xəbər aldıq ki, V. Tağıyev N. Orucovun namizəd kimi qeydə alınması üçün artıq tapşırıq verib.
Nadir Orucov kimdir? Bu sualın da cavabını araşdırdıq. Ağsu rayonundakı mənbələrimiz bildirdilər ki, N. Orucov rayonda fırıldaqçı kimi tanınanlardandır. İki dəfə kiçik dövlət işlərinə təyin olunan N. Orucov hər iki işdə qısa müddətdə çalışıb, yəni işdən azad olunub. Daha əvvəl bir şəxsin tikinti materialları dükanında işə düzəlib və az müddətdə həmin dükanı hansı yollasa ələ keçirməyi bacarıb. Bundan sonra sözügedən dükanın materialları ilə "Asiman" adlı şadlıq evi tikdirib. 20 ilə yaxındır ki, Ağsu rayonunda yaşamayan N. Orucov bələdiyyə sədri olacağı təqdirdə həmin şadlıq evini Zaur Dəmirova "şirinlik" kimi verəcəyinə söz verib. Rayondan aldığımız məlumatlarda o da qeyd olunur ki, rayonda nüfuzu olmayan bir adamı Z. Dəmirov şəxsi münasibətlərindən istifadə edərək bələdiyyə sədri təyin elətdirmək istəyir. Belə məsələlər, Vahid Tağıyevin Ağsu rayonunda yenicə formalaşmış ciddi nüfuzuna kölgə salır. Rayon nümayəndələri redaksiyamıza bildirdilər ki, yeni Başçı əgər fırıldaqçılara etimad göstərsə, qısa müddətdə ciddiyə doğru formalaşmış nüfuzunu itirəcək. Yaxşı olar ki, V. Tağıyev azad bələdiyyə seçkiləri keçirilməsinə şərait yaratsın. Rayon əhalisinin ümumi istəyi belədir.
Media olaraq, qarşı tərəflərin də münasibətlərini öyrənməyə və dərc etməyə hazırıq.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-11-2019, 17:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-11-2019, 17:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29